çərşənbə axşamı günü, 10 noyabr 2026
     

"Əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin dəstəyi nəticəsində uğurla inkişaf edir" - Kamran İmanov

Image


Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün yeniləşən və qüdrətlənən Azərbaycanda, ölkəmizin nüfuzunun artmasında görürük, dövlət başçısı cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla keçirilən varislik xəttində hamımızı müzəffər-millət və qalib-xalq səviyyəsinə gətirən cənab İlham Əliyevdə görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibəti məşhur kəlamın dili ilə ifadə etsək: “İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur”.

Trend-in məlumatına görə, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.

K.İmanov bildirib ki, bugünkü reallıqlar Ulu öndərin qələbəsidir, xilaskarlıq missiyasından şanlı zəfər yolundadır, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsidir.

“Kapitulyasiya aktını imzalayan Ermənistan rəhbərləri və separatçı qalıqları hal-hazırda ağa axtarışındadır, “gah nala vurur, gah mıxa”. Odur ki, 18 mart 2023-cü ildə dövlət başçımız İlham Əliyevin müraciətindəki fikirləri xatırladıram: “Ermənistanın 29 min kv.km ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kv.km ərazidə, hansı ki, indi onlar ancaq bunu istəyirlər, rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var...”.

Aprelin 18-də isə Salyan şəhərində AzTV-ə verdiyi müsahibədə isə demişdir: “...onlar [separatçılar] ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar ”.

Sözləri və hərəkətləri fariseyliklə dolu erməni siyasətçilərə bu xəbərdarlıq məlumatı yaddaşlarında həkk etmək heç də artıq olmaz”, - deyə K.İmanov bildirib.

O qeyd edib ki, yaxın keçmişə müraciət etsək, görürük ki, riyakarlıq və ikiüzlülük, uydurma və saxtakarlıq hay-erməni siyasətinin aparıcı ana xətti olub.

“Haylara məxsus olmayan armen / erməni etnonimini və Arminiya (Ermənistan) adlı qədim toponimini mənimsəyərək, hay-erməni tarixşünaslığı Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra Şərqi və Qərbi Armeniya, hətta uydurma “böyük Armeniya” mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başladı. Çar Rusiyasının 1827-ci ildə işğal və Qacar İranın ruslara güzəşt etdiyi İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “Şərqi Armeniya” ərazisi elan olundu, hal bu ki, müqavilənin 16 maddəsindən heç birində bu toponim barədə tək kəlmə belə qeyd olunmamışdı.

İrəvan xanlığının torpaqlarında çar Rusiyası tərəfindən yaradılan və süni şəkildə şişirdilən yersiz hay-erməni ərazi iştahası Naxçıvan qəzasının Qarabağ, Zəngəzur torpaqlarına da iddialara təkan vermiş oldu. Hətta, bolşevik obrazına girmiş ikiüzlü erməni milliyyətçiliyi və daşnak terroru sonralar bu torpaqların bir qisminin qopartmasına gətirib çıxardı.

1918-ci ildə V.Lenin Naxçıvanın və Zəngəzurun daşnaklara verilməsi haqqında dekret imzaladı, yalnız N.Nərimanovun sovet rəhbərlərinə ünvanlandığı sərt tələbləri, bu torpaqlarda yaşayan əhalinin şiddətli etirazları və Türkiyənin qəti mövqeyi 1921-ci ildə Türkiyə və Sovet Rusiyası arasında yaradılmış Naxçıvan Muxtar Respublikasının Azərbaycanın protektoratı altına verilməsi haqqında müqavilə ilə nəticələndi. Erməni iddialarının könlünü almaq üçün isə əvvəlcə Zəngəzur qəzası, 1922-ci ildə isə Göycə (Şərur-Dərələyəz) Azərbaycandan qoparılıb Ermənistana verildi. Bu azmış kimi, bir də 1923-cü ildə Azərbaycan ərazisində Dağlıq-Qarabağ Muxtar vilayəti yaradıldı.

Nədir Şərqi Armeniya? Uydurma “Şərqi Armeniya” torpaqsız Sovet Armeniyasının məhz bu yolla Azərbaycan əraziləri hesabına yaradılmasıdır.
Əvvəlcə “Şərqi Armeniya” çar Rusiyasına birləşməsi adı altında Azərbaycan ərazilərində yaradılmış bu milli erməni yuvası mahiyyətcə ərazilərin hərbi işğalı ilə nəticələnən təcavüzkarlıq, Sovet dövründə isə sülh yolu ilə ermənilərin ərazi iddialarını təmin edən güzəşt olmuşdur. Uydurma “parçalanmış erməni torpaqları” tarixi İkinci Dünya müharibəsindən sonra aktuallaşdı, çünki, Sovet Rusiyasının Ərdahanı və Qarsı Türkiyəyə qaytarılmasını nəzərdə tutan və 1921-ci ildə imzalanan Türk-Sovet müqaviləsinə yenidən baxılmasını planlaşdıran Stalinin niyyətlərinə uyğun idi. Şükür, Stalinin niyyəti baş tutmadı, ancaq mövcud olmayan “Şərqi Armeniya” çərçivəsində tarixi Azərbaycan əraziləri haylar tərəfindən erməniləşdirildi, bu azmış kimi Sovet tarixi elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başladı. Bunun üçün qondarma hay-erməni çar sülalələri uyduruldu, “Şərqi Armeniyanın” Rusiyaya xəyali birləşməsi aspektində Kürəkçay müqaviləsinin əsasnamələri təhrif olunmağa başlandı, Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi, ümumiyyətlə hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut” edə biləcək hər bir şey saxtalaşdırılaraq mənimsənilməyə məruz qaldı”, - deyə K.İmanov vurğulayıb.

K.İmanov əlavə edib ki, bu gün də hay-erməni uydurma qədimliliyi erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur.

“XV əsrdə patriarx taxtının Eçmiyədzinə köçürülməsindən sonra (Eçmiədzində patriarxat yeparxiyasız fəaliyyət göstərirdi, çün ki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiyədzin dövrü” adlandırdılar.

Bundan başqa onlar müxtəlif siyasi və elmi dairələrdə belə bir fikir yaymağa başladı ki, “Qərbi Ermənistan” hələ də Türkiyənin tərkibində qalıb.
Ümumiyyətlə, erməniçilik sayca neçə Armeniya adlı toponim işlədir?

Armenistlərin yazı ənənəsini qoyan “erməni tarixinin atası” M.Xorenski V və ya VII əsrlərdə, bəlkə də XIV əsrdə (əslində müəlliflik və yazı tarixi sual altında qalır) yazdığı “Патмутюн Хайоц” (“Hayların tarixi”), “İncili” təftiş, “Xalqlar cədvəli”nə Hayk, Armenak və s. fantomları daxil edərək, hay etnosunun Sakalara, Qəmərlilərə qohumluğunu çatdıraraq, hətta Torqom (Toqarma) əcdadlarına (türk soy-kökü) çevirərək, 5 Armeniya (1-4 və yunan) iddiasını irəli sürmüşdü. İki əsr sonra isə A.Şirakatsi öz “Aşxaratsuyts”unda (“Coğrafiya”) yenə də anonim deyil, müəllif kimi artıq 8 Armeniya vermişdi, indi isə “Armeniya”ların sayı 35-ə çatıb.

Bəs neçə dənə “Armeniya” adlı dövlət mövcud idi? Bu günkü dövlətləri istisna olmaqla, heç bir dənə.

Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixi“ni yox, Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəst-xətti mifologiyadır.

Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir. Fikir verin. Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Tarixi haşiyənin sonunda ən məşhur qərb filosof-hüquqşünasların dəfələrlə istinad etdiyimiz fikirlərini yada salmaq yerinə düşərdi. Nobel laureatı, liberal fəlsəfənin banisi Fridrix fon Hayek deyirdi: «İnsanların həyatını mümkün edən onların fəaliyyətinin nizamlanması, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir». Əks halda, digər qərb alimi, liberal hüququn banisi İyeremiya Bentamın dediyi kimi, «Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar». Vətən müharibəmiz, Qarabağnaməmiz, müzəffər Ali Baş Komandanın qətiyyəti, əsgər və zabitlərimizin şücaəti bir daha bu deyilənlərin əyani sübutudur.

Ümummilli liderin uzaqgörənliyi nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin səyləri və dəstəyi nəticəsində uğurla inkişaf edir.

Özü də ƏM-in sürətlə dəyişən anlayışı dövründə, özündə çərçivə, sistem formalaşdıran amil kimi hüquq (yurisprudensiya) ilə yanaşı, iqtisadiyyatı və sosiologiyanı nəzərdə tutan dövrdə.

Bu isə o deməkdir ki, bir tərəfdən ƏM institutunun sinergetikası, emergentliyi nəzərə alınmalıdır, digər tərəfdən isə ƏM ekosisteminin institusional dəyişikliklərini gündəmə gətirilmiş olur.

Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir.

Bu isə institusional islahatın effektivliyinin təsdiqidir.

Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin (ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları) və müəlliflik hüququnun (Copyright) bir örtük altında birləşdirilərək Əqli Mülkiyyət Agentliyinin yaradılması, Respublika Elmi-Texniki Kitabxanasının Agentliyin tərkibinə verilməsi. Agentliyin tabeliyində üç mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası, Əqli Mülkiyyət Hüquqlarının Təminatı və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzləri yaradılması ilə nəticələnib.

Həyata keçirilən digər infrastruktur layihəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təlim mərkəzlərinin statusuna bərabər olan “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”, habelə Agentliyin nəzdində Bakı Dövlət Universitetinin bizim Agentliklə birgə yaradılan Əqli Mülkiyyət Hüququ kafedrası və kafedranın filialı fəaliyyətdədir, Agentlikdə tələbələrin təhsili üçün müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalar ayrılmışdır. Belə bir kafedra Memarlıq və inşaat universitetində də yaradılıb və onun filialı Agentlikdə yerləşəcək.

İnfrastrukturun təkmilləşdirilməsi və institusional dəyişikliklər sahəsində Agentlikdə yaradılan sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunun həyata keçirildiyi “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi xüsusi olaraq qeyd olunmalıdır. Bu sahədə tətbiq edilən “vahid pəncərə” və “istənilən yerdən xidmətə əlçatanlıq” prinsipi açıqlıq, operativlik və şəffaflığı təmin etmiş, ixtira və patent fəallığının artmasına müsbət təsir göstərmiş, həmçinin dövlət xidmətlərinin səviyyəsini yüksəltmişdir.

Avrasiya ölkələri içərisində ilk olaraq ölkəmizdə rəqəmsal üçölçülü (3D) obyektlər üzrə iddia sənədlərinin qəbuluna başlanılmışdır.

Dövlət başçısının səyləri nəticəsində aparılan islahatlar funksional fəaliyyətdə də bəhrələrini verir”, - deyə K.İmanov əlavə edib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ