Bazar günü günü, 13 sentyabr 2026
     

“Azərbaycan bu cinayət əməllərinə görə Ermənistanın layiqli cəzasını alacağına əmindir” - Vüqar Rəhimzadə

Image


Ermənilər hər addımlarında 44 günlük İkinci Qarabağ müharibəsində məğlubiyyətlərini həzm edə bilmədiklərini, sülh müqaviləsini imzalamaqda maraqlı olmadıqlarını təsdiqləyirlər.

Bu günlərdə İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırıldı. Bu, beynəlxalq əhəmiyyətli bir tədbirin iştirakçısına ev sahibinin hörmətsizliyi, beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması ilə yanaşı ermənilərin nə qədər vəhşi, Azərbaycan xalqına, dövlətinə nifrət bəslədiklərini nümayiş etdirən bir olaydır. Dövlət atributuna hörmətsizlik edilib yandırılır, amma yenə də dünyada bir süstlük müşahidə edilir. Ermənistana bu sığallar nə zamanadək davam edəcək? Bəzi dünya gücləri nə zaman maraqlarından geri çəkilib baş verən hadisələrə ədalət, beynəlxalq hüquq meyarından yanaşıb düzgün addım atmaq barədə düşünəcəklər? Belə bir hörmətsizlik, dövlət rəmzinə  təhqir başqa bir ölkədə edilsəydi, dünya yenə də bunu adi qəbul edəcəkdimi? Ermənistanın bu vəhşiliyi qardaş Türkiyədə də hiddətlə qarşılanır. Bu çağırış edilir ki, Qarabağda amansız qətliamlar törədən vəhşilərin bu gün öz ölkələrində keçirilən beynəlxalq idman yarışında sərgilədikləri qorxaq və iyrənc hücuma dünyanın münasibət bildirməsini gözləyirik. Ermənistan hökumətinin bu irqçi və düşməncəsinə mövqeyini qətiyyətlə rədd edir, bu çirkin əməl qarşısında Avropa Ağır Atletika Federasiyası və beynəlxalq idman qurumlarından Ermənistana lazımi cəzanın verilməsini gözləyirik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu hörmətsizliyin, təhqirin Azərbaycanın rəmzinə edilməsi artıq məsələnin mahiyyətinin nədən ibarət olduğunu açıqlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bayrağımızın yandırılması Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümüdür. Ermənistan hökuməti tədbiri təşkil edən tərəf kimi bu kimi hadisələrin qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Aktı törətmiş şəxsin ilkin olaraq saxlanılması, sonradan təmtəraqlı alqışlarla azad edilməsi birmənalı qarşılana bilməz. Ermənistan tərəfi nifrət zəminində baş verən bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməli olduğu halda, amma görünən budur ki, bu vəhşiliyi törədən cəzalandırılmır, əksinə, “qəhrəman” kimi təqdim edilir. Reallıq budur ki, Azərbaycan bayrağının yandırılması əvvəlcədən planlaşdırılıb və açılış mərasiminin tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan Paşinyan ailəsinə yaxın şəxsdir. Artıq bu fakt özündə bütün məqamları  ehtiva edir. Belə bir vandallıq aktının ssenarisinin Ermənistan hakimiyyətinin özünəməxsus olması hansı niyyətin güdüldüyünü açıqlayır. İşğalçı dövlət belə rüsvayçı əməlləri ilə havadarlarına nəyi çatdırmaq istəyir? Eyni zamanda, Ermənistan törətdiyi çirkin əməllərlə sülh müqaviləsinin imzalanması prosesində vaxt qazanmaq istəyirsə, yanılır, bununla da öz şansını itirir. Nifrət zəminində baş verən, ermənilərin vəhşi xislətinin təzahürləri olan bu kimi olaylar gələcəklə bağlı atılacaq addımlara yenidən baxılmasını bir zərurətə çevirir.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı xüsusi vurğulayıb ki, Ermənistan həm monodövlətdir, həm də irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır. Ermənistanın baş nazirinin və bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında qonaq ölkənin bayrağına qarşı iyrənc irqçi hərəkəti izləyən Ermənistan hakimiyyəti şiddətlə qınanılır. Vəhşi xislətini hər bir addımında nümayiş etdirən ermənilərin insanlığa sığmayan əməlləri gözləniləndir. Bu günlərdə Ermənistan tərəfinin əsir götürdüyü azərbaycanlı əsgərlərə amansız, insanlığa sığmayan  işgəncələr verməsi və bu vəhşilikləri sosial şəbəkələrdə yaymalarına hansı adı verək? Amma Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə azaraq Azərbaycan tərəfinə keçdikdə saxlanılıb. Azərbaycanın onlara qarşı humanist addımı, dərhal Ermənistana sağ-salamat geri qaytarması dünyanın gözü qarşısında baş verib. Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytardı, əksinə öz vəhşi əməllərini, verdikləri işgəncələri sosial şəbəkələrdə yaydı. Budur, erməni xisləti!

Vüqar Rəhimzadə bildirib ki, bayrağımızın yandırılması, əsgərlərimizin əsir götürülərək işgəncələrə məruz qalması beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulmasıdır. Tarixi Zəfəri ilə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu sübut edən Azərbaycan bu cinayət əməllərinə görə də işğalçı dövlətin layiqli cəzasını alacağına əmindir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ