Prezident İlham Əliyev Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir:
“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”.
Maraqlıdır, Ermənistanın “Qarabağ Azərbaycandır” bəyanı hansı mexanizm əsasında reallaşmalıdır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, Qarabağ var:
“Dağlıq Qarabağ” SSRİ dövründə siyasi məqsədlərlə rəsmi leksikona gətirilmiş ifadədir və onun siyasi, tarixi və hüquqi baxımdan heç bir əsası yoxdur.
Qarabağın mövzu olduğu Ermənistan-Azərbaycan münaqişəsi də artıq həll edilib. Məsələ ondadır ki , münaqişənin həll olunmadığını deyənlər və ya “Dağlıq Qarabağ” münaqişəsi ifadəsini işlədənlər regionu yeni təhlükələrə sürükləməyə çalışanlardır.
ABŞ Dövlət Departamenti, Fransanın səfiri elə dayanmadan təkrarlayırdı ki, “Dağlıq Qarabağ” münaqişəsi həll olunmayıb.
Bu, Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir. Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir və ediləcək. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib.
Azərbaycan Prezidenti də dedi ki, Ermənistan rəsmən “Qarabağ Azərbaycandır “ deməlidir.
Prezident İlham Əliyev 2021- ci ildə konkret bunları bildirdi: “Azərbaycan Prezidenti kiki deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! “Dağlıq Qarabağ” yoxdur, status yoxdur! Zəngəzur bizim dədə-baba torpağımızdır"!
Bu hansı mexanizmlə baş verəcək?
Nikol Paşinyan 3 ildən sonra ilk dəfə üzbəüz formatda keçirdiyi mətbuat konfransında bildirdi ki, rəsmi İrəvan Rusiyanın təklifləri çərçivəsində Qarabağ məsələsinin nizamlanması ilə bağlı sənədi imzalamağa hazırdır: “Biz Rusiyanın təkliflərinə əsaslanan sənədi imzalamağa hazırıq və bu gün mən bunu bir daha təsdiq edirəm.
Məsələni təxirə salmaqdansa, indi həll etmək vacibdir. Gecikmiş qərar qarşıdurmanın davam edəcəyi anlamına gəlir və s.”
Nikol Paşinyan parlamentdə Azərbaycanla danışıqlar prosesi və və bu prosesin ləng getməsinin Ermənistanın üçün yaratdığı təhlükə haqqında çıxış edərkən ölkəsinin Azərbaycanın Qarabağ bölgəsi də daxil ərazi bütövlüyünü tam şəkildə tanıdığını bir daha təkrarladı.
Bu, əlbəttə, Nikol Paşınyanın növbəti manipulyativ gedişidir, çünki bunu iddia edən ölkə rəhbəri bu şərtlərdə mövcud olan sülh sazişini imzalamalıdır”.
Politoloqun sözlərinə görə, Ermənistanın Qarabağın Azərbaycan ərazisi olduğunu təsbit edən sülh sazişini imzalamaması onun üçün böyük risqlər formalaşdırır:
“Bu halda biz danışıqlarda sərhədlərimizlə bağlı SSRİ-nin tərkibinə daxil olduğumuz şərtlərə qayıdacağıq. Bu isə 70 il ərsində hissə-hissə Ermənistana verilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün proseslərə start verilməsi ilə nəticələnəcək ki, bu məsələ də Ermənistan üçün ciddi siyasi, dini və ideoloji fəsadlara nəticələnəcək növbəti münaqişəyə gətirib çıxaracaq. Əvvəlki xəritələrə görə, Ermənistanın indiki ərazisi 29,743 km²-dən 10,000 km²-ə qədər azala biləcək. Məhz buna görədir ki, baş nazir Nikol Paşinyan dünən parlamentdə Azərbaycanın, Qarabağ bölgəsi daxil, ərazi bütövlüyünü tam şəkildə tanıdığını qeyd etdi”.
Məhəmmədəli QƏRİBLİ