çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin acı taleyi - daşnaklar axır ki, etdilər...

Image


İrəvan şəhərinin binasının qoyulmasından 1988-ci ilə qədər burada Azərbaycan türkləri yaşayıb və təhsilin, maarifin, elmin inkişfında, mətbuatın, teatrın yaranmasında çox böyük rol oynayıblar.

Azərbaycan şəhəri İrəvanın mədəni, elm və təhsil həyatında azərbaycanlıların xidmətləri o qədər böyük olub ki, onun izini daşnaklar heç zaman silə bilmir. İrəvanda müəllimlər seminariyasının, İrəvan Türk Pedoqoji Texnikumunun yaradılması azərbaycanlı maarifçilərin adı ilə bağlıdır. Məqsəd Qərbi Azərbaycanın aborigen əhalisi olan Azərbaycan türklərindən müəllim kadrları hazırlamaq və onların Azərbaycandilli məktəblərdə fəaliyyətlərini təmin etmək idi. Həm İrəvan Türk Pedaqoji Texnikumu yaradıldı, həm İrəvan Pedaqoji İnstitutunun nəzdində Azərbaycan şöbəsi açıldı. Amma çox təəssüf ki, erməni daşnakları, şovinstləri həyata keçirdikləri mənfur düşmənçilik siyasəti ilə bu işə əngəl törədirdilər. İrəvan Pedoqoji İnstitutun nəzdində Azərbaycan bölməsinin açılması isə daşnakları ciddi şəkildə narahat edirdi və bütün gücləri ilə bizim dildə ali təhsilin əleyhinə idilər. Bir sıra araşdırmaçılr görə, hətta şovinistlər imkan vermək istəmirdilər ki, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə azərbaycanlı gənclər qəbul olunsun. Onlar birmənalı olaraq buna qarşı idilər. Ermənilərin məqsədi o idi ki, azərbaycanlılar gedib Azərbaycanda ali təhsil alsınlar və orada qalıb geri dönməsinlər, bununla da pedaqoji kadrlar olmasın, məktəblər bağlansın. Amma azərbaycanlı ziyalılar bu məsələdə geri çəkilmək istəmir və mübarizə aparırdılar.

“İrəvanda izim qaldı” rubrikasında İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin acı taleyindən danışacağıq ki, onu dəfələrlə bağlayıblar, erməni şöbəsinə birləşdiriblər, azərbaycanlıların sayına limit qoyublar, sonra da ləğv ediblər.

ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Nəcəf Nəcəfovun yazdıqlarına görə,  İrəvanda heç zaman azərbaycanlılar üçün ayrıca pedaqoji institut olmayıb, azərbaycanlı kadrlar İrəvan Erməni Pedaqoji İnstitutunun nəzdindəki bölmələrdə hazırlanıb. “Ermənilər azərbaycanlılar üçün müstəqil ali təhsil ocağının olmasına, yüzlərlə azərbaycanlının, həm də müəyyən elmi-mədəni hazırlığa malik soydaşlarımızın bir yerə toplanmasına qətiyyən imkan verməzdilər. Ona görə də Ermənistanda azərbaycanlıların ali təhsil almaq məsələsinə həmişə qısqanclıqla yanaşılmışdır.  Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və keşməkeşli bir yol keçmişdir...Sovet rejimi öz ideoloji dayaqlarını möhkəmləndirmək məqsədilə Azərbaycanda ermənilərin, Gürcüstanda və Ermənistanda azərbaycanlıların təhsil probleminin həlli sahəsində də müəyyən işlər görmüşdür. Lakin digər müttəfiq respublikalardan fərqli olaraq, şovinist Ermənistanda azərbaycanlıların ali təhsil alması müşkül məsələyə çevrilmişdi. "Böyük Ermənistan" xülyası ilə yaşayan bu "fanatiklər" öz çirkin məqsədlərinin həyata keçirilməsi üçün min cür hiylələrə əl atır, azərbaycanlıların ali təhsil almalarını əngəlləyirdilər. Yüz minlərlə soydaşımızın yaşadığı bu sovet respublikasında onların ali təhsil almaları erməniləri heç də narahat etmirdi. Ona görə də azərbaycanlılar ali təhsil almaq üçün çox zaman Bakıya üz tutur, ümidlərini Azərbaycana bağlayırdılar. Hər dəfə ali təhsilli mütəxəssislərin hazırlanmasına dair məsələ qaldırılanda ermənilər min bir bəhanə ilə buna imkan olmadığını deyir, kadr çatışmazlığını əsas tutaraq, öz fikirlərini bir sıra arqumentlərlə əsaslandırırdılar. Bəzi obyektiv, subyektiv səbəblər də hər dəfə onların köməyinə gəlirdi. Odur ki, Ermənistanda ali təhsilli azərbaycanlıların sayı artmırdı, ayrı-ayrı rayonlarda ali təhsillilər barmaqla göstərilirdi. Ermənilər də elə bunu arzulayırdılar. Lakin bu məsələyə onlar nə qədər müqavimət göstərsələr də, onun qabağını tam kəsə bilmirdilər. Təsadüfi deyildir ki, 1924-1925-ci dərs ilində azərbaycanlılar üçün ilk dəfə İrəvanda türk işçi fakültəsi açıldı. Bu iş onların ürəyincə olmasa da, bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk ali təhsilli kadrlar hazırlandı. Bu barədə mətbuatda da yazılar gedirdi. "Qızıl şəfəq" qəzetində 1935-ci ildə bu barədə yazılan bir məqalədə türk fakültəsinin çətinliklərlə qarşılaşmasından bəhs edilirdi. Qəzetin məlumatına görə, burada cəmi 18 tələbə oxuyurdu. Azərbaycan dilində ədəbiyyatın yoxluğu, mütəxəssis kadrların çatışmaması işin keyfiyyətinə öz təsirini göstərirdi. 1936-37-ci dərs ilində İrəvan Qiyabi Pedaqoji İnstitutu da təsis edildi. Beynəlmiləlçilik siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi də açıldı. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il "Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan böyük ehtiyac nəzərə alınaraq" qiyabi institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlərə əl atmaq lazım gəlirdi. Az sonra, yəni 1937-ci ildə İrəvanda ikiillik müəllimlər institutunun Azərbaycan şöbəsi də açıldı. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi şərait də yaradılmırdı. Bir faktı xatırlatmaq yerinə düşərdi ki, İrəvan Dövlət Universitetinin nəzdindəki şərqşünaslıq fakültəsində azərbaycanlıların oxumasına hər cür maneçilik törədilirdi. Bura maraq göstərənlər olsa da, qarşıya belə bir tələb qoyulmuşdu ki, şərqşünaslıqda oxuyanlar erməni dilini mükəmməl bilməlidirlər. Deməli, o fakültədə yalnız ermənilər, ya da erməni məktəbini bitirənlər oxuya bilərdi...” deyə N.Nəcəfov qeyd edib.

Tədqiqatçının verdiyi bilgiyə görə, Azərbaycanda isə ermənilərin təhsilinə kifayət qədər qayğı göstərilirdi. Hələ ötən əsrin 30-40-cı illərində Azərbaycan Pedaqoji İnstitutunda erməni bölməsi fəaliyyət göstərirdi. Hətta qəbul planının 15-20 faizi bu bölmə üçün nəzərdə tutulurdu. Erməni alimlər isə, hər il bunun az olduğundan yuxarılara şikayət edirdilər, çox vaxt öz məqsədlərinə nail olurdular.

Alim qeyd edir ki, İkinci Dünya müharibəsi illərində şovinstlərin əl-qolu nisbətən bağlı olduğu səbəbindən İrəvan Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan bölməsində dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri hazırlanırdı. “Onlar buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər. Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda "Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər" kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların "mədəni deportasiyası" 1948-ci ildə onun da İrəvanı tərk etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan Pedaqoji İnstitutunda dərs aparmışdır. İnstitut köçürüləndə o da Bakıya gəlmiş, burada dissertasiya müdafiə edərək, elmlər doktoru adını almış, 400-dən çox məqalənin müəllifi kimi tanınmışdır. Ermənilərin sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların deportasiyasının yeni dalğası gözlənilirdi. Elə bu zaman İrəvan Pedaqoji İnstitutunun Elmi Şurası Azərbaycan bölməsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan bölmələri erməni bölmələri ilə birləşdirildi. Azərbaycan bölməsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli mənəvi dəyərlərə ağır zərbə vuruldu. Müəllimləri də, tələbələri də məcbur edirdilər ki, ermənilərlə birgə nəfəs alsınlar, necə deyərlər "onların çaldığı havalarla oynasınlar". Ona görə də günü-gündən Azərbaycan bölməsində kadr potensialı zəifləyirdi. Buranın Azərbaycan bölməsində dərs deyənlərin çoxu əsasən İrəvan Pedaqoji Texnikumuna keçirdilər. Çünki stabil kollektivi parçalanan bu institutdan fərqli olaraq texnikumda sanballı kadr potensialı hələ də qalırdı. Bu mənəvi sıxıntılara baxmayaraq, bu prosesi sönməyə qoymayan tarixi səbəblər də vardı. Xatırladırıq ki, sovet hakimiyyətinin ilk illərində Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alanların sayının sürətlə artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i ancaq İrəvan qəzasında idi…” - deyə N.Nəcəfov vurğulayıb.

İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi fəaliyyəti dövründə saysız çətinliklərlə üzləşsə də, daşnaklara qarşı mübarizə apara bilib, çox təəssüf ki, terrorçu Ermənistan sonda daşnakların fikrinə şərik çıxıb və təhsil mühitini kor qoyub. Amma inanırıq ki, biz yenidən o torpaqlara qayıdcağıq və ana dilimizdə orta, eyni zamanda ali təhsil məsələsinə nail olacağıq.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ