çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Naxçıvanın muxtariyyətini hədəfə alanlar Heydər Əliyevin bu çıxışını xatırlayırmı...

Image


“Heydər Əliyev İli” çərçivəsində redaksiyanın ilin əvvəlində tərtib etdiyi plana uyğun olaraq,  "Heydər Əliyev bunu nə üçün demişdi" rubrikasında Heydər Əliyev və Naxçıvanın muxtariyyətinin möhkəmlənməsi mövzusuna toxunacağıq. 

Bildiyimiz kimi, xeyli müddətdir ki, Naxçıvan Muxtar Respublikasının (MR) muxtariyyətinin ləğvi  ilə bağlı söz-söhbət gəzir. Bəziləri məsuliyyətsizcəsinə Naxçıvanın muxtariyyətinin ləğvinin gerçəkləşməsinə çalışır. Halbuki, Naxçıvanın statsunun ləğv edilməsi heç də müsbət hadisə olmazdı. 

Məlumdur ki, ümumilli lider Heydər Əliyev özü çıxışlarında Naxçıvanın muxtariyyətinin qorunub saxlanmasının vacibliyini qeyd edib, bildirib ki, Naxçıvanın muxtariyyəti milli sərvətdir, bunu qorumaq lazımdır, Naxçıvanın itirilmiş torpaqlarının da qaytarılması üçün bu məsələ çox önəmlidir. H.Əliyev çıxışlarından birində bildirirdi: “Mən Naxçıvanın muxtariyyəti ilə əlaqədar keçən dəfə demişəm, bu gün bir az geniş danışdım. Ona görə geniş danışdım ki, tarixin bu səhifələri bu gün bir az yada düşsün. Mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhəddi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçıvanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrlə nizamlanarkən Azərbaycanın Türkiyə ilə kiçik də olsa bir sərhəddi yaranıbdır. O sərhəd 1921-ci ildə həmin müqavilələrlə yaranıbdır. Amma 1991-1992, 1993-cü illərdə o sərhəddin olmasının və 1991-1992-ci illərdə o körpünün yaranmasının Türkliyə ilə Azərbaycan arasındakı əlaqələrdə nə qədər böyük rol oynadığını artıq hamı görür.

Mən bax, bəzi tarixi məqamları yada salaraq bildirmək istəyirəm ki, Naxçıvanın muxtariyyətini qoruyub saxlamalıyıq və Naxçıvana ona lazım olan hüquqlar verilməlidir”.

  • “Naxçıvana muxtariyyət verilməsinin hüququ, tarixi əsası olub, tarix göstərir ki, bu, zamanında atılan zəruri bir addım olub”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Naxçıvanın muxtariyyətinin ləğvini düşünən, bunu yersiz gündəmə gətirən adamlar Heydər Əliyevin Naxçıvanın muxtariyyətinin qorunub saxlanmasının əhəmiyyəti barədə fikirləri ilə tanış olmalıdır. “Son dövrlərdə bəzi tarixi proseslərdəki nöqsanları  aradan qaldırmaq, ağ-qara ləkələri götürmək, tariximizin təhrif olunmuş səhifələrini yenidən yazmaq kimi məsələlər aktual idi ki,  biz tarixçilər bu işin öhdəsindən gəldik. Hətta ulu öndər hakimiyyətə ikinci dəfə qayıdışından qısa müddət sonra dedi ki, Azərbaycanın tarixi yenidən yazılmalıdır. Xüsusilə də XIX-XX əsrlər tarixinin yenidən yazılmalı olduğunu tövsiyə edirdi. Elə məsələlər var ki, yenidən qayıdıb onu düzəltmək tələb olunur. Amma elə məsələlər də var ki, bəzi adamlar tarixi bilmədən, proseslərdən xəbəri olmadan, onun əhəmiyyətinə varmadan fikir yürüdürlər. Naxçıvanın muxtariyyətinə toxunmaq olmaz, amma bəziləri durub bu barədə mülahizə yürüdürlər. O mülahizə yürüdənlərdən soruşmaq istəyirəm ki, sizin Naxçıvanın tarixi barədə məlumatınız varmı, onun muxtariyyətinin saxlanılmasının əhəmiyyətini dərk edirsinizmi? Naxçıvanın muxtariyyətinin qorunub saxlanılmasının əhəmiyyəti, vacibliyi barədə ulu öndərin fikirləri çox qiymətlidir. Naxçıvana muxtariyyət verilməsinin hüququ, tarixi əsası olub, tarix göstərir ki, bu, zamanında atılan zəruri bir addım olub. Amma “Dağlıq Qarabağ Muxtar Vilayəti” heç bir hüququ, tarixi əsası olmadan yaradılmışdı. Naxçıvan Muxtar Vilayətinin isə yaradılması bir zərurət idi. Çünki o ərazilər Azərbaycandan ayrı salınmışdı, ona da muxtariyyət hüququ, statusu vermədən saxlamaq olmazdı. Azərbaycanın bu tarixi torpağına muxtar statusu verilməsəydi Şimaldan Rusiya imperiyası, Cənubdan da fars İran ölkəsi Naxçıvanı parçalaya, mənimsəyə bilərdilər. Ona görə də o çətin dövrlərdə Türkiyənin əlinə bir imkan keçdi və Naxçıvanın müqəddaratını həll etmək üçün Qars müqaviləsinə maddə də daxil etdi. Ona görə də bu məsələlərdə bir az diqqətli olmaq lazımdır. Hay-küy salmaq lazım deyil. “Naxçıvanın statusu ləğv edilməlidir” deyənlər hansı arqumentlər gətirirlər, onlar hansı əsaslandırmalarla Naxçıvanın muxtariyyətinin ləğv olunmasına tərəfdardırlar?

Ulu öndərimiz dəfələrlə Naxçıvanın muxtariyyətinin qorunub saxlanılmasının vacibliyini qeyd edib və  öz çıxışında bunu çox yüksək səviyyədə əsaslandırıb. O vaxt ulu öndərimiz Naxçıvanın muxtariyyətinin tarixi əhəmiyyətini qeyd edib və o ərazini qoruyub saxlamaq üçün  muxtariyyətin saxlanılmasının vacibliyini vurğulayıb. Biz Naxçıvanın muxtariyyətini möhkəmləndirməliyik ki, gələcəkdə onun üçün təhlükə yaranmasın. Çünki o elə bir yerdədir ki, onu  məlum qonşularımız blokadaya salmaq və ona zərbə vurmaq istəyərlər.  Necə ki, uzun müddət blokada olub da.  Bu gün Naxçıvanda gözü olanlar var. Bir tərəfdən İran, bir tərəfdən də Ermənistan Naxçıvana göz dikib. Ona görə də bu məsələdə bir qədər həssas və diqqətli olmaq lazımdır. Naxçıvanın muxtariyyətinin qorunması və möhkəmləndirilməsi ölkəmizin təhlükəsizliyi baxımından da çox vacibdir”.

Q.Hacıyevin sözlərinə görə, Naxçıvanın muxtariyyətinin qorunması və möhkəmləndirilməsi vacibdir, Naxçıvanın muxtariyyətinin əleyhinə çıxanlar isə düşmən dəyirmanına su tökməyə çalışanlardır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ