çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Yaradılışından ləğvinə kimi İrəvan xanlığının 9 türk xanı - hanı ermənilər?

Image


Ermənilər yüz ildən çoxdur ki, Qərbi Azərbaycan ərazisində kütləvi şəkildə məskunlaşıblar (məskunlaşdırılıblar). Bu dövr ərzində bu toplum ərazilərimizi mənimsəmək üçün hər cür terror hadisələri, deportasiyalar, qətliamlar, saxtalaşdırma kampaniyaları həyata keçiriblər.

Eləcə də, 1918-ci ildə paytaxt yaratmaqları üçün onlara verilən İrəvan şəhərinin tarixini də saxtaşdırmaqdan çəkinməyiblər. Amma ermənilər nə qədər çalışsalar da, tarixdən gerçəklikləri silməyə nail olmayıblar. Köhnə İrəvanla, Qərbi Azərbaycanla bağlı bütün məlumatlar, mənbələr, məxəzlər ermənilərin əleyhinə işləyir, onların saxtalaşdırma hərəkətlərini iflasa uğradır. Dünyanın heç yerində obyektiv alimlər, sadə insanlar İrəvanı erməni şəhəri kimi tanıyıb qəbul etmir, ağlı başında olan adamlar bu şəhərin bir türk şəhəri olduğunu yaxşı bilirlər. Məlumdur ki, müasir İrəvan şəhərinin əsası orta əsrlər dövründə qoyulub və İrəvan xanlığının da 9 xanının hamısı Azərbaycan türkləri olub və adı bəlli türk soyların təmsilçiləri olaraq tanınıblar.  

“İrəvanda izim qaldı” rubrikasında tarixi Azərbaycan şəhəri İrəvanın xanlarından danışacağıq ki, onların da arasında nəinki erməni, heç bir nəfər də olsun qeyri-türk yoxdur. Məlumdur ki,  İrəvan xanlığı 1747-ci ildə yaradılıb və 1828-ci ildə Rusiya imperiyası tərəfindən süquta uğradılıb.

İrəvan xanlığının birinci xanı Mirmehdi xan Qasımlı-Əfşardır ki, o xanlığın əsasını qoyub. Yazılanlara görə, Fətəli xan Əfşar Azərbaycan və İran torpaqlarını ələ keçitmək uğrunda Kərim xan Zənd və Məhəmmədhəsən xan Qacara qarşı mübarizəyə başladığı zaman Azərbaycan hökmdarlarına müraciət edərək onları ittifaqa çağırdı. O, İrəvan xanlığına, yəni Mir Mehdi xana da müraciət etdi. Lakin Mir Mehdi xan rədd cavabı verdikdən sonra 1751-ci ilin sonunda müttəfiqi Azad xanı oraya göndərdi. Mir Mehdi xan Kartli hökmdarı olan II İrakliyə müraciət etdi. II İrakli ona Qazax və Borçalı azərbaycanlılarından ibarət olan qoşun göndərdi. Və beləliklə Mir Mehdi xan Azad xana qalib gəlmiş oldu. Mirmehdi xan özü də Əfşarlar sülaləsindən olub. Fətəli xan Əfşar tərəfindən Mir Mehdi Xanın devrilməsindən sonra Xəlil xan Özbək İrəvanın xanı təyin edilib. Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi. İrəvanın üçüncü xanı Həsənəli xan Qacar olub. Həsənəli xan Xəlil xan oğlu 1755-ci ildə İrəvanın hakimi idi. O, xanlığa Azad xan Əfqanın yardımı ilə yiyələnmişdi. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı.

Həsənəli xan 1759-cu ilədək İrəvanın müstəqil hakimi olub. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı. Bu barədə Ə.Çingizoğlunun, F.Əliyevin, U.Həsənovun tədqiqatlarında qeyd edilir.

İrəvanın dördüncü xanı Hüseynəli xan Qacardır ki, onun xanlığı dövründə İrəvan çox inkişaf edib. İrəvan xanı  Hüseynəli xan Qacar Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimidir. Tədqiqatçılara görə, İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olub. Bunu tarixçilər yazır. Onlar qeyd edirlər ki, Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. Uzun illər hakimiyyət sürən Hüseynəli xan çox böyük işlər görüb. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat edib. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəlib. Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü.

İrəvanın beşinci xanı Qulaməli xan Ziyadoğlu-Qacardır ki, taxta çıxdığı zaman ona qarşı üsyan olmuş, üsyan yatırılsa da, qısa müddət sonra sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Qars muhafızının İstanbula göndərdiyi hesabat görə, o, rus və gürcülər tərəfindən qətlə yetirilib. Qulaməli xanın qətlindən sonra hakimiyyətə Məhəmməd xan Ziyadlı-Qacar gəlib ki, o İrəvan xanlığının altıncı xanı olaraq tarixə düşüb. Qeyd edilənə görə, Məhəmməd xan Ziyadlı-Qacar Rus-Qacar müharibələrinin iştirakçısı, Abbas Mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi olub. Haqqında o qədər də məlumat yoxdur, bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. Məhəmməd xan Ziyadlı-Qacardan sonra Mehdiqulu xan Dəvəli-Qacar hakimiyyətə gəlib. İrəvanın yeddinci xanı barədə yazılır ki, 1805-ci il iyununda İrəvana hakim təyin edildi. Yeni İrəvan hakimi Qacar soyundan olmaqla bərabər Fətəli şah Qacarın qohumu və sevimli sərkərdələrindən biri idi.Onun dövründə müharibə nəticəsində xanlığın kənd təsərrüfatı dağıldığından yerli əhali xanın bu ağır tələblərini yerinə yetirmək iqtidarında deyildi. Mehdiqulu xanın əlavə vergi yığması və ərzaq tələb etməsi İrəvan əhalisinin narazılığına gətirib çıxardı. Mehdiqulu xanın İrəvanda apardığı siyasətdən şah özü də narazı idi. Çünki o, öz siyasəti ilə xalqın rus qoşununa rəğbət bəsləməsinə səbəb olmuşdu. Digər tərəfdən, rus qoşunlarına qarşı müvəffəqiyyətsiz mübarizə Mehdiqulu xanı tamamilə nüfuzdan salmışdı. 1806-cı il iyulun 23-də Şörəyeldə rus qoşununa qarşıd öyüşdə Mehdiqulu xanın qoşununun məğlubiyyətə uğramasından hiddətlənən Fətəli şah qəti tədbirlər görməyə məcbur oldu. Avqustun əvvəllərində Mehdiqulu xan İrəvandan geri çağırıldı. Beləliklə, İrəvanada 1 il 1 ay hakimiyyətdə olmuş Mehdiqulu xan Tehrana qayıtdı.

Mehdiqulu xan İrəvanda hakimiyyətdən götürülərək, şahın digər qohumu marağalı Əhməd xan Müqəddəmə ilə əvəz olundu. Yeni hakim ilk olaraq oğlunu 1000 nəfərlik qoşunla İrəvana göndərdi. Lakin Mehdiqulu xan onu İrəvana buraxmaq istəməmişdi. Bu xəbəri eşidən Əhməd xan şahın göstərişi ilə avqust ayının əvvəllərində 500 süvari və 4 topla Təbrizdən İrəvana doğru hərəkət etdi. Əlacsız qalan Mehdiqulu xanın şahın əmrinətabe olmaqdan başqa çıxışyolu qalmadı. Beləliklə, 1806-cı ilin avqustunda marağalı Əhməd xan İrəvan hakimliyinə başladı. Qısa müddətdə xanlığı idarə edən səkkizinci xan Əhməd xan Müqəddəm əslən Marağadan idi və Marağanın da xanı olub.

Sonuncu, doqquzuncu İrəvan xanı isə Hüseynqulu xan Sərdar olub. O, 1806-cı ildən 1827-ci ilə, yəni rus işğalına qədər İrəvanda xanlıq edib. Tarixçilər yazırlar ki, Hüseynqulu xan Qovanlı-Qacar və ya Hüseynqulu xan Sərdar (1742-1831) Azərbaycan sərkərdəsi, siyasi xadim, İrəvan xanı kimi tariximizdə özünəməxsus yer tutur. Qacarların Qovanlı tayfasına mənsub olub. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olub. Tarixi mənbələrdə Hüseynqulu xanın adı ilk dəfə Şirazda sarayın üzvü kimi xatırlanır, O, burada qullarağası kimi fəaliyyət göstərmişdir. Hüseynqulu xan Fətəli şahın etibarlı sərkərdələrindən olmuşdur. Fətəli şahın hakimiyyəti dövründə Qəzvin ilə Tehran arasındakı yolun mühafizəsinə rəhbərlik etmişdir. Sonra isə Xorasanın sərhəd qoşunlarının komandanı təyin edilmişdir.

Hüseyqnulu xanın Qacar şah sarayı ilə qohumluq əlaqələri də vardı. Belə ki, Fətəli şah Hüseynqulu xanın bacısı ilə evlənmişdir. Habelə, vəliəhd Abbas mirzənin qızı Hüseynqulu xanın oğlu Məhəmməd ilə evlənmişdir. I Rusiya-Qacar müharibəsi zamanı Qacar sarayının etibarlı sərkərdələrindən olan, İrəvan xanı Əhməd xan Müqəddəmin ölümündən sonra 1806-cı ildə Fətəli şah İrəvana yeni xan kimi Hüseynqulu xanı təyin etdi. İvan Şopen bu haqda yazırdı: "...nəhayət şah sarayı İrəvana sərhəd qoşun başçılarından biri Hüseynqulu xan Qacarı ildə 600 tümən, eyni zamanda xərcləri üçün xanlığın vergisindən 6000 tümən məvacib verərək onu sərdar təyin etdi. Hüseynqulu xan özünün bacarığı və cəsurluğu ilə aşağı rütbədən bu vəzifəyə yüksəlmişdi". Əlimizdəki faktlar, yazılanlar aydın göstərir ki, İrəvanda rus işğalına qədər bir nəfər də olsun qeyri-türk hakimiyyətdə olmayıb və İrəvan xanlarının hamısı Azərbaycan türkü olub. Qacarlar, Əfşarlar və başqa türk sülalələrinin nümayəndələri olan bu şəxsiyyətlər İrəvanın həyatında müstəsna rol oynayıblar. İrəvana, Qərbi Azərbaycana ermənilər rus işğalından sonra kütləvi olaraq kğçürülüb, ona qədər İrəvanda ermənin izi yox idi...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ