Prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamına əsasən Adil Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.