çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib” - Vüqar Rəhimzadə

Image


Bu reallıq inkaredilməzdir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Dərin tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir.

Dünya siyasətinə təsir imkanları getdikcə artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha da uğurlu inkişafından böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında qeyd etdiyi kimi, xalqlarımız öz milli qürurunu müdafiə etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Ölkə Prezidenti “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ilə iki dost ölkənin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratdı. Azərbaycan və Türkiyə daim ədalətin və beynəlxalq hüququn yanında olduqlarını atdıqları real addımlarla təsdiqləyirlər. İki qardaş dövlətin birgə səyləri nəticəsində türk dünyasının birliyi möhkəmləndirilir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə qurumun dünya siyasətində rolunun artması istiqamətində atdığı addımlar öz uğurlu nəticəsini verdi. Azərbaycan sədrliyi qardaş Türkiyəyə təqdim edərkən bu inamı ifadə etdi ki, Türkiyə özünün beynəlxalq münasibətlər sistemində artan rolundan bəhrələnərək Türk Dövlətləri Təşkilatına böyük nüfuz qazandıracaq. Keçilən yol bu əminliyə əsas verir ki, bundan sonra da Türkiyə və Azərbaycan ancaq və ancaq irəliyə gedəcək.

Bu fikirəri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə hər bir sahədə təkmil təcrübəsi, uğurlu inkişafı ilə diqqətdədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri bölgədə sülhün, təhlükəsizliyin təminatında, əməkdaşlığın coğrafiyasının genişlənməsində öz sözünü deyir. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Tarixin bütün sınaqlarından şərəflə çıxan iki qardaş ölkə bu gün sözün əsl mənasında dünyaya dostluğun və qardaşlığın nümunəsini göstərirlər.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə, iqtisadi sahə ilə yanaşı, bir çox digər istiqamətlərdə də inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görülür. Statistik rəqəmlərə diqqət yetirək. Ötən dövr ərzində təhsil sahəsində 10,3 milyard Türk lirəsi olan illik büdcə 304 milyard Türk lirəsindən çox artırılıb. Bu faktı xüsusi qeyd etməyimiz səbəbsiz deyil. Hər bir ölkənin gələcək inkişafı təhsillə sıx bağlıdır. Qardaş ölkədə təhsilin inkişafının prioritetliyi dövlət büdcəsindən ayırmalarda özünün aydın ifadəsini tapır. Bununla bərabər səhiyyə, nəqliyyat, hava yolları sahəsində yüksək göstəricilər ələ edilib. Ümumi daxili məhsul 238 milyard dollardan 1 trilyon dollara qədər artıb. Müdafiə sənayesinə gəldikdə isə Türkiyə öz tələbatını qarşılamaqla yanaşı, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib.

Vüqar Rəhimzadə vurğulayıb ki, türk dünyasının öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına sadiqlik iki ölkənin gündən-günə möhkəmlənən dostluq və qardaşlığında özünü nümayiş etdirir. Bu çağırış daim səsləndirilir ki, Azərbaycan və Türkiyə nə qədər güclü olsalar, həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. Bir o qədər də beynəlxalq arenada sözümüz eşidiləcək. Türkiyə-Azərbaycan “Bir millət, iki dövlət”dir. Məhz bu birliyin sarsılmazlığının nəticəsində Cənubi Qafqazda sabitliyin yaranmasına əngəl olan, erməni məkrindən qaynaqlanan uydurma iddiaların əsl səbəbləri dünya ictimaiyyətinə çatdırılır, düşmənin bəd niyyətləri ifşa olunur. Yalnız ikitərəfli deyil, AŞPA, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edən iki ölkənin birliyi və həmrəyliyi ümumilikdə türk dünyasının gücünü artırır. Bu həmrəylik ölkələrimizin regional təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış etməsinə töhfəsini verir. Qardaş ölkələrimizin iqtisadi sahədə potensialı da ildən-ilə artır, qlobal enerji və iqtisadi layihələr icra edilir. Enerji və nəqliyyat layihələrinin uğurlu sonluqla başa çatdırılması üçün Azərbaycan və Türkiyə qətiyyət, siyasi iradə nümayiş olunur.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Türkiyənin siyasi və mənəvi dəstəyindən güc alan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ədalət və beynəlxalq hüquq zəfər çaldı. Reallıq budur ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin dünyadakı yeri və əhəmiyyəti artıb. Türkiyənin müstəqil xarici siyasət həyata keçirməsi təmin edilib. Türkiyə, dünyada söz sahibi olan, öz siyasətini həyata keçirən bir ölkəyə çevrilib. Hər bir beynəlxalq problemdə Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və müdaxiləsi vacib haldır. İsrail-Fələstin, Rusiya-Ukrayna münaqişələri başda olmaqla Suriya, Liviya kimi regionlarda sülh şəraitinin yaradılmasında Türkiyə ən mühüm ölkə hesab olunur. Bu gün Türkiyənin türk dünyası ilə əlaqələri əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb. Qardaş ölkə özünün gündəliyi olan müstəqil aktor mövqeyinə yüksəldi. Artıq heç bir güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Türkiyənin maraqları üçün lazımı qərarlar xarici mərkəzlərdə deyil, Ankarada qəbul edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ