çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Rusiya Ermənistanın son Laçın təxribatına da konkret və ünvanlı qiymət vermədi…

Image


Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova sərhəddə baş verən son insidentlə bağlı fiiirlərini açıqlayıb:

“Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin nümayəndələri Dığ kəndi yaxınlığında gərginliyi azaltmaq üçün tədbirlər görüb”.

Onun sözlərinə görə, hazırda ərazidə olan rusiyalı nümayəndələr dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyi azaltmaq üçün addımlar atıblar:

“Baş verənlər bir daha təsdiq edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərə ciddi əməl olunması zəruridir”.

Rusiyanın bəyanatında konkretlik niyə yoxdur və təxribatın ermənilər tərəfdən törədildiyi hansı səbəbdən etiraf edilmir?

Siyasi şərhçi Turab Rzayev “Bakı-Xəbər”ə bildirdi ki, açıq şəkildə etiraf etmək lazımdır ki, Rusiyanın verdiyi bu açıqlamada bir neytrallıq, ümumilik var: “Halbuki, bir çox hallarda Avropa İttifaqının missiyası, səhv olsa da, birtərəfli bəyənat verir. Ancaq biz gördük ki, bu dəfə Azərbaycana qarşı son hadisələrlə bağlı verilən bəyənatda konkretlik çatmır. Bunun da bir neçə səbəbi ola bilər. Əsas səbəb ondan ibarətdir ki, cəbhə xəttində baş verən bu proseslər, ən azından görüntü olaraq, Ermənistan hakimiyyəti üçün də sürpriz oldu. Paşinyan hakimiyyətinin görüntü olaraq göstərmək istədiyi Paşinyanın iclası yarımçıq tərk edib qayıtması, xarici işlər nazirinin xaricdən geri qayıtması sanki sürprizə bənzəyir. Yəni bu itkilər, cəbhədə baş verən toqquşma Ermənistan hakimiyyəti üçün gözlənilməz oldu. O zaman belə bir sual yaranır: Cəbhədə təxribatı törədənlər kimlərdir? Yəni ola bilərmi ki, məhz cəbhədə olan təxribat həm də Paşinyan hakimiyyətinə qarşı, onu  hakimiyyətdən endirmək və yaxud müxalifətin əlini gücləndirmək üçün olsun? Düşünürəm ki, bu da tamamilə yaşamaq şansı qazanan versiyalardan biridir. Rusiyanın da bununla bağlı ard-arda bir neçə açıqlaması oldu”.

Ekspertin sözlərinə görə, Zaxarova dünən belə bir çıxış etdi ki, Ermənistan NATO ilə keçirilən ortaq təlimlərlə bağlı bizə izahat verməlidir: “Bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşməsi planlaşdırılırdı. Amma bu təxribatlardan bir gün sonra hər iki nazir Moskvada görüşəsi oldu. Düşünürəm ki, bütün bunlar müəyyən qədər örtülü məqamlara aydınlıq gətirəcək faktlardır. Zaxarova Paşinyandan NATO ilə birlikdə keçirilən hərbi təlimlərin izahını istəyir, Vaşinqtonda görüşməli olan nazirlər Moskvada görüşürlər. Amma bir neçə gün öncə Paşinyanın etdiyi çıxışlara  fikir verək. Üç gün öncə Paşinyan açıq şəkildə bildirdi ki, KTMT istəsə də, istəməsə də Ermənistanla razılaşmalıdır. KTMT-nin təlimləri Ermənistanda qadağan idi, yekun bəyənatına imza atılmamışdı. Ancaq artıq KTMT ilə bağlı Ermənistandan daha yumşaq mövqe görürük. Əslində KTMT ilə müəyyən ortaq məsələlər davam etdirilə bilər. Bütün bunlar onu deməyə məcbur edir ki, bu təxribatların arxasında, böyük ehtimal, Ermənistan hakimiyyəti daxilində hələ də Rusiyaya bağlı olan, göstərişi Rusiyadan alan keçmiş Qarabağ klanına aid şəxslər durur. Düzdür, bizim bunu konkret sübut etmək üçün əlimizdə yetəri qədər dəlil yoxdur. Ancaq ümumi mənzərə bunu deməyə əsas verir və onu göstərir ki, əgər Paşinyanın özü üçün, xarici işlər naziri üçün bu hücum bəlli deyilsə, bu hücumdan sonra Paşinyan əvvəlki plandan imtina etməyə məcbur olursa, Rusiya ondan hesabat tələb edirsə, demək bu hücumda Ermənistan hakimiyyətində Rusiyaya bağlı şəxslərin iştirakından şübhələnə bilərik. Çünki, hətta iyul müharibəsi dövründə də Azərbaycana qarşı olan hücumlarda cəbhənin qarşı tərəfindəki Ermənistan hərbi korpusunun komandiri Paşinyanın bir neçə gün öncə həbs etdiyi Xaçaturyanın oğlu idi. Həmin dövrdə də Putinin tələbi ilə Paşinyan Xaçaturyanın oğlunu buraxmağa məcbur olmuşdu və həmin oğlan qarşı tərəfdə, bizim Tovuzla üzbəüz Talış dedikləri ərazilərdə hərbi mövqelərin sahibi idi. Yəni bütün bunları nəzərə alanda bəlli olur ki, əslində sərhəddə çox dərin bir təxribatla üz-üzəyik. Dərin siyasi oyunların başlanğıcındayıq. Artıq həmin siyasi oyunlar səhnəyə qoyulub. Ona görə də, Rusiya bu məsələdə neytral mövqe nümayiş etdirməyə məcburdur. Çünki Rusiya hansısa şəkildə Ermənistan tərəfi ittiham etmək istəmir. Ermənistan tərəfi ittiham etdikdə, əslində hücumun digər tərəfdən olduğunu təsdiqləmiş olur. Rusiya eyni zamanda, böyük ehtimal, Ermənistan tərəfdən təxribat törətmiş şəxslərin də adlarını açıqlamaq istəmir və yaxud sənədlərdə bu şəkildə keçməsini istəmir. Ona görə də məsələyə ümumi yanaşır. Hər iki  tərəfi sülhə çağırır. Sanki kiçik bir sərhəd toqquşması kimi bu məsələni yekunlaşdırmağa çalışır. Düşünürəm ki, əslində bu, Rusiyanın oynadığı böyük oyunun sərhəd nöqtəsindəki bir inikasıdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ