“Rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusunun müharibə meydanında göstərdiyi qəhrəmanlıqlarının sayəsində uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızın işğaldan azad olunmasına və Azərbaycan xalqına bu möhtəşəm Qələbə sevincini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bununla yanaşı, müraciətim əsasında babam - Azərbaycan Ordusunun yaradıcılarından biri, artilleriya qoşun növünün istedadlı generallarından sayılan, tam artilleriya general-leytenantı Əliağa Şıxlinskininin məzarının bərpa olunmasına görə də təşəkkür edirəm.
Babamın məzarının təmiri ilə bağlı Sizə müraciət etdikdən qısa müddət sonra Azərbaycanın fəxri, general-leytenant Əliağa Şıxlinskininin məzarının yerləşdiyi ərazidə təmir-bərpa işlərinə başlanıldı. Hazırda ərazidə abadlıq işləri aparılıb və babamın məzarın önündə onun büstü ucalır.
...Mən general-leytenant Əliağa Şıxlinskininin varisi olaraq, Vətən müharibəsində qazanılmış böyük qələbə münasibəti ilə bir daha Sizi ürəkdən təbrik edirəm.
Uca Tanrımıza dua edirəm ki, Sizin rəhbərliyiniz altında bizim doğma Azərbaycanımızın qələbələri davamlı olsun, Allah Sizi və Azərbaycan xalqını qorusun”.
Bunu Bakıdan Prezident İlham Əliyevə müraciətində ehtiyatda olan hərbi qulluqçu, Qarabağ müharibəsinin veteranı Şıxlinskaya Solmaz bildirib.
Baki-xeber.com