Türkiyə Respublikasının Ankara şəhərindən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, professor Aygün Attar Prezident İlham Əliyevə müraciət edib:
“Qəhrəman ordumuzla birlikdə bizə bəxş etdiyiniz Qarabağ zəfəri üçün Sizə təşəkkür edirəm. Sizin sayənizdə mənim Azərbaycandakı doğmalarım artıq məcburi köçkün deyillər. 30 illik problemi 44 gündə uğurla həll edərək yazdığınız tarixi uzun illər siyasi tarix sahəsində fəaliyyət göstərən elmi işçi kimi qiymətləndirir və iftixar hissləri keçirirəm.
2021-ci ilə Sizin rəhbərliyinizlə Azərbaycanın yeni və şərəfli tarixinin qızıl səhifələrinin yazıldığı günlərin sevinci ilə başladıq. Bu ilin ilk günlərində mədəniyyətimizin beşiyi olan Şuşa şəhərini Azərbaycanımızın mədəniyyət paytaxtı elan etdiyinizə və Qarabağın ən qısa zamanda Sizinlə çiçəklənəcəyinə açacağına inamımızı artırdığınıza görə hamımız xoşbəxtik.
…Biz hər zaman Sizinləyik. Əmin olun ki, Vətəndən uzaq olsaq da, Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşən Azərbaycan xalqı ilə birlikdə Sizin arxanızdadır.
Rəhbərliyiniz altında Azərbaycan bölgənin ən güclü siyasi qüvvələrindən biri kimi cazibə mərkəzinə çevrildi. Uğurlarınız daimi olsun!
Cənab Prezident, Müzəffər Ali Baş Komandan, yeni - 2021-ci ildə Sizə və Can Azərbaycana uğurlar və yaxşı günlər diləyirəm”.
Baki-xeber.com