“2020-ci ildə qazanılan və dünyadakı bütün azərbaycanlıların sevincinə səbəb olan zəfərlər münasibətilə Sizi təbrik edirəm.
Moldova Azərbaycanlıları Konqresi adından xalqımıza zəfər gətirən və tarixi ədaləti bərpa edən, Qarabağı erməni işğalından azad edən hərbi əməliyyatlar zamanı göstərdiyiniz qətiyyət, əzm və cəsarətdən iftixar hissi keçirdiyimi bildirirəm.
Əminəm ki, yeni 2021-ci ilin növbəti 365 günü Vətənimizin çiçəklənməsi və əldə olunan nəticələrin möhkəmləndirilməsi istiqamətində daha məhsuldar olacaq.
Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun dəstəklənməsi və inkişafına yönəlmiş fəaliyyətlərin qiymətləndirilməsinin simvolu olan "Diaspora fəaliyyətindəki xidmətlərinə görə" medalını təsis etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
Sevindirici haldır ki, Moldova Azərbaycanlıları Konqresinin 2 üzvü bu medalla təmin edilmişdir. "Diaspor fəaliyyətində xidmətlərinə görə" medalı ilə təltif olunan Maarif Rəhimov Moldovadakı Azərbaycan diasporunun fəaliyyətinə böyük töhfə verən fəallardan biridir. Mən də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və diasporun qurulması istiqamətindəki fəaliyyətimə görə təşəkkürnamə ilə təltif olundum. Azərbaycanın Moldovadakı səfirliyi ilə sıx əməkdaşlıq edən qurumumuz şanlı Ordumuzun Azərbaycan torpaqlarını azad etməsi barədə yerli əhalinin məlumatlandırılmasında mühüm işlər gördü.
Konqresimizin üzvləri Azərbaycan xalqının rifahı naminə gündəlik işin bu səviyyədə qiymətləndirilməsinə yüksək dəyər verir və qürurlanır.
... Sizi əmin etmək istəyirik ki, tarixi Vətənimizin mənafeyinə əbədi olaraq sadiqik və doğma Azərbaycanımızın haqq səsini Moldova ictimaiyyəti arasında yaymaq üçün səylərimizi davam etdirəcəyik.
Çiynimizdə Vətənimizin çiçəklənməsi üçün fəxrlə daşıdığımız bir məsuliyyət var!”
Bu sözləri Prezident İlham Əliyevə müraciətində Moldova Respublikasının Kişinyov şəhərindən Moldova Azərbaycanlıları Konqresinin sədri Bayramov Elçin qeyd edib.
Baki-xeber.com