Cümə günü, 09 oktyabr 2026
     

İkli standart: ABŞ-dan ABŞ-a...

Image


ABŞ haqqında danışarkən tənqid olunası əsas məsələlərdən biri, bəlkə də birincisi əndirəbadi seçki institutudur. Uzun illərdir Amerikanın özünə belə xeyri olmayan seçki texnologiyalarını təbliğ, tərənnüm edən Amerika dostları “demokratiya ixracı” siyasətinə dəstək verir, yaxud dəstəkçi kimi görünürdü.

Əlbəttə, biz ucdantutma “Amerika adına nə varsa pis, bizlərdə hər nə olubsa yaxşıdır” düşüncəsində deyilik. Lakin ABŞ gerçəklikləri ABŞ təbliğatına uduzur və bu uduzmaq getdikcə daha da artan tempə malikdir. Əsrin, çağın bu vaxtında irqi ayrıseçkilik mərəzindən qurtulmayan zehniyyət haradadır? – ABŞ-da. Özü maraqları naminə öz elan etdiyi dəyərləri tapdalayan dövlətlərin başında hansı dövlət gəlir? – ABŞ. Aid olduğu coğrafiyadan çox uzaqlarda “demokratiya, insan hüquqları, fikir və söz adlığının təmini” adı ilə günahsız insanların qanını axıtmağı kim təmin edir, təminatlı ölkələri kim talan edir? – ABŞ və ABŞsayağı dövlətlər. (Problem ondadır ki, ABŞ-ı tənqid edirmiş kimi görünən başqa dünya gücləri də bir çox hallarda ABŞ-la tandem təşkil edir, o üzdən dünyada hüzur yoxdur, dinclik yoxdur, necə deyərlər, dünyavi asayiş, ədalət təmin olunmayıb. ABŞ, Fransa və bir çox başqalarının da Azərbaycana, eləcə də qardaş Türkiyəyə münasibətdə necə tandem təşkil etdiyini yaxşı bilirik. Baxarsan bir-biri ilə arası pozuq olan, bir çox məsələyə münasibətdə diametral fərqli davranan ölkələr, başda ABŞ olmaqla, bizlərə münasibətdə, daha doğrusu, münasibətsizlikdə həmən sözbir, dilbir, işbir ola bilir...

Uzun sözün qısası,

bugünlərdə ABŞ demokratiyasının üzündən betər astarı bir daha göründü.

Bu ölkədə istər keçmiş prezident Barak Obamanın, istərsə də indiki prezident Donald Trampın dövründə mövcud olan durum

- demokratiya yox, geridemokratiya,

-insan hüquqlarının təmini yox, kobud hüquq  pozutularının tendensiyaya (bəlkə, tendensiya sonrası qanunauyğunluğa) çevrilməsi,

- polisin asayişi qoruyan rolunda deyil, qəddarlığı təmin edən obrazda meydangir olması ilə

xarakterizə edilə bilər.

Əslində, Obama və Tramp iki əzəli rəqib partiyanı, iki fərqli ideologiyanı təmsil edir: demokratları və respublikaçıları. Heç olmazsa, biri pis olanda digəri yaxşı olmalıydı – “yaxşı polis, pis polis” obrazı ABŞ-da “pis polis, daha pis polis” obrazsızlığı ilə süslənməkdədir, qaliba...

Barak Obama (ondan öncələr Bill Klinton)  demokratları, Donald Tramp (ondan öncələr Corc U.Buş) respublikaçıları – rəqib ideologiyaları, əzəli rəqib partiyaları təmsilən prezident seçilsələr də, ABŞ-ın dünya siyasətində oynadığı rol elan etdiyi roldan fərqli oldu. – Nə Amerika əhalisinin, nə xaraba qoyduqları ölkələrin əhalisinə fayda verdi o rol... Sanki bir mərəzdi Amerikanizm, demokratı da, respublikaçısı da o mərəzə tutulub: qan-qada, dağıntı, pozuntu, ikili standart, nihilizm və s...

İndiki ideologiyası Amerikan liberalizmi, proqressivizm olan, üzv sayı 45.715,952 nəfər təşkil edən demokratların partiyası 1824-cü ildə yaradılıb. ABŞ Demokrat Partiyası (və ya Demokratlar Partiyası) ölkənin ən qocaman partiyasıdır. Partiyanın gələnəksəl rəngi mavidir.

İdeologiyası mühafizəkarlıq, Amerikan istisnaçılığı, ifrat sağçılıq və plutokratiya olan respublikaçıların üzv sayı 33.284,020 nəfər təşkil edir.

1854-cü ildə qurulmuş ABŞ Respublikaçılar Partiyasının (və ya Görkəmli Qoca Partiya) qeyri-rəsmi rəngi qırmızıdır.

Beləliklə, ABŞ-da seçki və ideologiya tərəfləri arasındakı dartışmaya mavilərlə qırmızıların mübarizəsi də demək olar.

Mavi – soyuq, sakit, bir az passiv rəngdir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır.

Mavi rəng barış, sevgi çaları olsa da, ABŞ üçün bu nə qədər keçərlidir? – Sual açıqdır...

Fiziki güc və hərəkətliliyin rəmzi olan qırmızı rəng daha çox ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edirsə, ABŞ üçün güc, gücün nümayişi ehtirası, müharibə və daha çox hakimiyyətlərə təsir imkanı kimi xarakterizə oluna bilər. Bu xarakteristikaların hamısı olmaz olsun. Təkrar çıxmasın, nə özünə, nə özgəsinə xeyri var mavili-qırmızılı ABŞ ikipartiyalılığının. Bir medalın o biri üzüdürlər... Məsələn, qaradərililər bu iki rəngin arasında qalır... Qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla bağlı geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmə, sərbəst toplaşma hüququnun qarşısının sərt şəkildə alınması necə səciyyələndirilə bilər? – Demokratiya? – Deyil. Təsadüf – Deyil. Bəs o zaman nə? – ABŞ-ın dünyanın dörd yanında tətbiq etdiyi ikili standartların, ikiüzlülüyün, daha necə bəd əməllərin öz içində bu və ya başqa biçimdə təzahürü, təcəllası, çevrilməsidir söhbətin mövzusu...

Bugünlərdə ABŞ Konqresində baş verən məlum olaylar təkcə demokratiyanın böhranı kimi yox, həm də keçmiş SSRİ-dən sonra özünü tək superderjava sayan dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilməyi haqq edir. Heç təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır.

Artıq bəlli olduğu kimi, olaylar vaxtı etirazçılara qarşı şiddət tətbiq olunub, hüquq-mühafizə orqanları yetərincə qəddar davranıb, sonucda 4 nəfərin həlak olması, daha çox adamınsa xəsarət alması barədə xəbərlər yayılıb.

ABŞ-da keçirilmiş son prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı Tarmpın, Tramp tərəfdarlarının iddiaları, hətta “seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması” Amerika demokratiyasının artıq fəlc olma həddinə çatması kimi qiymətləndirilə bilər.

Beləliklə, etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması antidemokratiyanın ta özüdür ki, var.

Hələ 2015-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin şübhə altına alınması, kənar müdaxilələr haqqında iddiaların gündəmə çevrilməsi Amerikada seçkilərin demokratikliyini zatən şübhə altına almışdı. Xatırlayırsıza, 44 günlük Vətən müharibənin gedişində ABŞ-ın “Fox News” kanalının jurnalisti Azərbaycan Prezidentindən müsahibə aldı. Müharibə mövzulu müsahibə vaxtı (24 oktyabr 2020) jurnalist özünü müstəntiq yerinə qoyaraq, Azərbaycanın daxili siyasətinə dair xeyli əlaqəsiz suallar verincə, cənab Prezident onu tutarlı cavabla susdurdu. O ironiyanı yaxşı xatırlayıram. Jurnalistin öz ölkəsindəki seçkilərdə qalib gələnlərin hamısının demokratik və şəffaf şəkildə seçildiyini bildirməsi üzərinə, bizim dövlət başçımız “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş...” deyə təbəssüm etdi. O zaman jurnalistə “Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident” demək qalmışdı...

 

Fikirlərimizi yekunlaşdırarkən daha nələri demək olar? –

 

ABŞ-da baş verən olaylar geridemokratiyanın, antidemokratiyanın “təsadüf” deyib keçilməyəcək dərəcədə irəlilədiyini göstərir; bu, hətta tendensiyadan da o tərəfə ötərək, “ABŞ qanunauyğunluğu” kimi də xarakterizə oluna bilər;

 

ABŞ polisinin qəddar davranışının nümayiş etdirilməsi də qaradərili vətəndaşlara qarşı ötən aylar, illər boyu edilən vəhşiliklərin bir qədər fərqli formasıdır. İşə baxın ki, həmin o Amerika bundan qat-qat yumşaq olaylarda başqalarını, konkret olaraq, Azərbaycan asayiş keşikçilərini “ittiham” etməyin aludəçisidir. – Yəni “sənin polisinin davranışı video daha yumşaq olsa da, ittiham olunmalısan – çünki sən Azərbaycansan, Türkiyəsən”. – Eləmi?.. – Keçməz bə, Amerika, keçməz! Özün örnək olmadığını özgəsindən tələb etmə haqqın ola bilməz. Sən o haqqı tapançanı dubinkadan qabağa keçirincə itirmisən. Sən o haqqı irq ayrıseçkiliyi salınca itirmisən – çoxdan. Sənin ərazində hələ də “Tom dayının daxması”na gərək var...

Amerikada köləlik sistemi, irqçilik on illər öncə rəsmən ləğv edilmiş olsa da, şüurlarda, rəsmi və ABŞ cəmiyyəti təzahür­lərində hələ də öz izlərini saxlamaqdadır. Bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyata malik qaradərililərin ağlasığmaz məhrumiyyətlərə düçar edilməsi keşkə yalnız kitab səhifələrində, bədii əsərlərdə qalsaydı... Və o illərdə belə bizim xalq, bizim dövlətlər, hakimiyyətlər insanları dininə, dilinə, irqinə, dərisinin rənginə görə məhrumiyyətlətə düçar etməyib..!

Və nəhayət: ABŞ Konqresində baş verənlərlə bağlı yalnız bizlər yazmır, yalnız bizlər danışmırıq; buyursunlar, düz-dünyanın yazdığına, dediyinə, göstərdiyinə diqqət etsinlər. Və bir ağıllı sonuca varsınlar. Dövlət ağlı yoxdu yoxdu, heç olmasa, din ağlı, elm əqli, mənəviyyatın üzağlığı olsun... ola bilirsə...

İkili standartlar hərlənib-fırlanıb okeanın o tayına dönmüşdür, əfəndim...

Əkbər Qoşalı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ