Cümə günü, 09 oktyabr 2026
     

Müştəri axtaranlar - YUNUS OĞUZ YAZIR

Image


Əvvəllər  bazara girəndə səsdən qulaq tutulurdu. Elə bil qarğa bazarı idi. Çənə döyməkdən yorulmurdular. Satıcı qiymətini deyir, alıcı qiymət salırdı. Ən çox da alıcılar qabağa düşürdülər. Satıcılar da hərif deyildi.

Alıcıları gendən tanıyırdılar. Sözləşib bir sırada eyni qiymət qoyur, sonra isə lazım gələndə guya alıcı ilə razılaşıb qiymətdə aşağı düşürdülər. Yəqin ki, məşhur "Alma almaya bənzər" filmini görmüsünüz. Bax bütün Azərbaycan bazarları o filmdəki bazar epizod idi keçən əsrin 60-70-ci illərində. Bazarda bir neçə bərkgedən satıcılar var idi ki, çox qışqırmazdılar. Arada yaxşı müştəri gələndə səsləri gələrdi:

-Gəl ay müştəri!

Qızıldandı dişləri! (Onlar "dişləri" əvəzinə "dişdəri" deyirdilər).

O zaman ağıza qızıl diş qoymaq həm dəb, həm də zənginlik əlaməti idi. Deməli bazara pul xərcləyən gəlib. Bu deyimdən sonra bərkgedən satıcılar dərhal hərəkətə keçir, həmən müştərini özlərinə cəlb etmək üçün mallarını tərifləməyə başlayırdılar.

Belə satıcılardan biri də bizim qonşumuz idi. Hər şeyi də vardı; daşdan tikilmiş ikimərtəbəli evi, "Jiquli 04" ü, qapıda qoyun-quzusu, toyuq-cücəsi, bir sözlə doqquz uşağı böyütmək üçün bütün şəraiti vardı.

Uzun yay gecələrinin birində domino oynaya-oynaya soruşdum ki, qonşu, bazarda dediyin o sözlərin mənasını aç da, nə olar?

Mənə mənalı-mənalı baxaraq gülə-gülə  bircə kəlmə dedi:

-Müştəri "tuturam" özümçün. - Gördü ki, heç nə anlamadım əlavə etdi. - İmkanlı adam həmişə bazara gəlmir, çənə vurmur, hansı qiyməti deyirsən, razılaşır. Sonra da xəbər göndərir ki, filan bazarlığı elə, bizim evə çatdır. Bax, müştəri "tutmaq" budur.

İndi o günlərdən 50-60 il keçib, hətta müstəqil də olmuşuq, otuz ildən sonra mənfur ermənini də əksər torpaqlarımızdan "iti qovan" kimi qovmuşuq. Qürurumuz da yüksəlib, amma müştəri "tutmaq" xasiyyətindən əl çəkməmişik.

İndi hamı -"məmə əməndən, pəpə yeyənə" qədər müştəri axtarır. Südəmər körpə anasının döşlərində süd, pəpə yeyənlər isə müştəri axtarır. Hər şey alınır, satılır, Alan kim, aldadan kim? Satan kim, satılan kim? Özünü cəmiyyətə dürtüşdürən kim, dürtüşdürülən kim? Bütün bunlardan bezən kim, bezdirilən kim?

O gün fikrim "Aladağ"da olanda telefonuma zəng gəldi. Telefonun o biri tərəfində bərkgedən dostumun səsi eşidildi, elə bil nədənsə sarsılmışdı:

-Neyləyirsən? - Salamsız-kəlamsız soruşdu. - Yazmırsan, Mirzə?

Elə mən də salamsız-kəlamsız cavab verdim:

-Yazmağa o qədər məsələ var ki, heç nə yaza bilmirəm, itib qalmışam ortada. Bilmirəm COVİD-dən, kəlləçarxa qalxan  dərman qiymətlərindən, yoxsa müharibə vaxtı xalq yardımı satan məmurlardan, ya da televiziyada müharibə vaxtı az qala unudulan, indi isə qırışları açılmış müştəri "tutan" müğənnilərdən yazım. Hələ mən bu bərkgedən televiziya aparıcılarını demirəm. O aparıcılardan biri canlı yayımda deyir ki, valideynlər də məxluqdur. Bah, "gül dərib gülab çəkdi". Hamı müştəri axtarır, müştəri tutur.

Bəzi TV aparıcıları var ki, adamı çağırır verilişə, nə danışırsan danış, fərqi yoxdur. Verilişdən çıxanda cibinə bir şey qoymasan, bir də o verilişin bağlı qapılarını da görməyəcəksən. Bəs nə bilmişdin. Müştərini belə axtarırlar; "tutar qatıq, tutmaz ayran"...

Kişinin ürəyi dolu imiş. Sözümü yarımçıq kəsdi:

-Qardaş, nə qoyub, nə axtarırsan? Bu televiziyalar cəmiyyətin güzgüsüdür. Axı mən necə uşaqlarıma narkomanın, cinsi azlığın  nümayəndələrinin verilişinə baxmaqlarına imkan verim? Onlar müştəri axtarırlar, ortada gələcək nəsil korlanır. Bax COVİD-ə görə toy "tutmayan"lar, indi gələcək nəslimizə toy tuturlar. Müharibə qurtaran kimi elə bil sözləşiblər kimi, yenə guya bir-birlərini qırmağa başladılar. Hələ mən demirəm bəzi müğənnilər qazilərlə televiziyaya çıxıb müştəri də tuturlar, guya vətənpərvərdilər. Təki gözdə, üzdə olsunlar. Bilmir harada nə bişib, deyir mənə də bir çömçə çək.

Dilim dözmədi, zarafatla dedim:

Eybi yox, müharibədən sonra, həm də karantindir deyə kasıblayıblar, müştəri axtarırlar ki, toy tutsunlar.

-Qardaş, - yenə sözümü kəsdi, - yaxşı bu müğənniləri bildik, bəs bu siyasətçilərə nə deyirsən? Bir-birlərini agent adlandırmaqla bunlar da müştəri axtarırlar? Bəs o Milli Şuraya nə ad qoyacaqsan?

Yenə keçdim zarafata:

-Azərbaycanda bir qurum var ki, ondan başqa hamı müştəri axtarır, müştəri "tutur". O da bizim Tarif  Şurasıdır. O qiymət tutur. Di get.

Dostum sözünü yekunlaşdırdı.

-Eybi yox, çox çəkməz "Dövlət" baba da belələrinə bir toy tutar ki, gəl görəsən.

Saqollaşdıq. Düşündüm ki,  müştəri axtarıb, tapmaq elə bilirsən "dım-dım" halvasıdır? Buna da fərasət, xüsusi bacarıq (lazım gəlsə elm də deyərəm) lazımdır. Bax, o gün bir müğənni deyir ki, mənim filan mahnıma görə mənə fəxri ad verin. Ağ eləmə də, müştəri axtarırsan, axtar. Azərbaycanda hər iki nəfərdən biri oxuyur. Ona qalsa, hamıya fəxri ad verilsin. Bu ad üçün gərəkdir ki, bir qədər xərcə düşəsən. Bunu bacarmırsansa, get, o fəxri adı Şirazdan al. Gərəkdir Aqil Abbasa fəxri ad hökmən verilsin, çünki "Dolu" filmi çəkiləndə xalq nə təhər qızışmışdısa, basıb təmas xəttini keçmişdi. Müharibəni "Dolu" filmi başladı. Elçin Hüseynbəylinin Qarabağ hekayələrinə görə Dilqəmlə Şahbaz sehrbaz kimi işğal olunmuş ərazilərdə göründülər və bədəl olaraq səkkiz il qapalı məkanda qaldılar. Onlar müştəri axtarmırlar deyə ən ali adları ala bilmirlər.

Mən də müştəri axtarmıram, müştəri olmaq istəmirəm, yoxsa bu qədər tarixi romanlar yazandan sonra, qışqırmağa nə vardı ki? Qoy bu barədə müştəri "tutan"lar dərd çəksin. Bizimsə dərdimiz başımızın altındadır.

Yunus Oğuz




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ