“Türkiyə-Azərbaycan Vizyon Teatrı”nın kollektivi adından Sizə xalımıza bəxş etdiyiniz layiqli qələbəyə görə minnətdarlığımızı bildiririk.
Bu il xalqımız bütün dünyaya əsl həmrəylik nümunəsi oldu, bu gözəl bayram öz şanına şan qatdı. Xalqımızın gücünü, qüdrətini, iradəsini bütün dünyaya Siz çatdırdınız. Sayənizdə çox böyük, sonsuz sevinc hissləri yaşadıq. Bütün bunları sözlə ifadə etmək olduqca çətindir.
Tanrı Sizi və ailənizi daim qorusun. Neçə belə zəfərləri qeyd etmək nəsibiniz olsun. Gələcək illərdə də Sizə işlərinizdə uğurlar, səbir, güc, qüvvət və ən əsası möhkəm cansağlığı arzu edirik. Arzu edirik ki, bundan sonra da Azərbaycan –Türkiyə dostluq və birliyi daha da möhkəmlənsin. Daim uğur saçan “iki dövlət bir millət” siyasəti bütün dünyada öz sözünü deyəcək.
Hörmətli Prezident, Sizi bir daha təbrik edirik!
Həmişə var olun!”
Bunu Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının İstanbul şəhərindən “Türkiyə-Azərbaycan Vizyon Teatrı”nın kollektivi adından Cabbarova Kəmalə bildirib.
Baki-xeber.com