Özbəkistan Respublikasının Daşkənd şəhərindən Özbəkistanın veteran idmançısı Xasanov Adoxon Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Sizi, ulu və böyük Azərbaycan xalqını vətənpərvər oğullarınızın işğalçı erməni qüvvələrini döyüşlərdə məğlub edib Qarabağı azad etdiyinə görə ürəkdən təbrik edirəm. Güvəncimizi doğrultduğunuz üçün xoşbəxtəm.
Vətən müharibəsində şəhid düşən mərd Azərbaycan oğullarına Allah cənnət qismət edər, inşallah.
2020-ci il dekabrın 11-də “Euronews” kanalında Sizinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı izləyərkən hər ikinizi xoşbəxt gördüm. Allah Azərbaycan-Türkiyə-Özbəkistan dostluğunu, qardaşlığını əbədi etsin.
2017-ci ildə Bakı şəhərində olmuşam. Bakının qədimliyi və gözəlliyi məni valeh etdi.
Fürsətdən istifadə edib ölkənizə, ailənizə və bütün Azərbaycan xalqına 2021-ci ildə böyük uğurlar arzulayıram. Sizə cansağlığı, uzun ömür, əmin-amanlıq, xoşbəxtlik və uğurlar diləyirəm. Səmanız daim aydın olsun. Gülüş və təbəssüm üzünüzdən əskik olmasın.
Özbəkistan xalqı, o cümlədən idmançıları adından Sizə uğurlar diləyir, Allahdan diləklərimin həyata keçməsi üçün bol şanslar istəyirəm.
Allah köməyiniz olsun! Amin”.
Baki-xeber.com