Cümə günü, 09 oktyabr 2026
     

Milli dövlətçilik tariximizdə böyük Nizami irsinə münasibət - burada da sistemli siyasəti Heydər Əliyev başladıb

Image


Ədəbiyyatda ədalət axtarışlarını, ədaləti tapıb ona qovuşmaq istəklərini, niyyətlərini biz dahi Nizami Gəncəvinin ölməz əsərlərindən, böyük ədəbi irsindən öyənmişik. İctimai, humanitar, fəlsəfi fikrimizin formalaşmasında böyük yeri olan və mədəniyyət tariximizdə çox önəmli rol oynayan dahi mütəfəkkir, şair Nizami Gəncəvinin tükənməz sənət xəzinəsinin əhəmiyyətli yeri danılmazdır. Haqqın-ədalətin carçısı olan mütəfəkkirimiz yalnız Azərbaycan, Şərq, türk ədəbiyyatına deyil, bəşər ədəbiyyatına işıq saçır, önəmli təsir göstərir.

Milli dövlətçilik tariximizdə Nizami irsinə münasibət əsasən Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə formalaşıb, inkişaf edib. Məhz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə klassik irsimizə, dahi şairlərimizin, mütəfəkkirlərimizin yaradıcılığına, öyrənilib tədqiq edilməsinə, bu şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, kitablarının, cildliklərinin nəşrinə xüsusi diqqət və qayğı göstərilib. Bütün bu möhtəşəm işlərin başında xalqımızın Ümummilli lideri Heydər Əliyev dayanıb. 

  • Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu...

Nizamişünasların yazdıqlarından öyrənirik ki, Heydər Əliyevin Nizami Gəncəvi irsinə xüsusi münasibəti və qayğısı olub. Ömrünün böyük hissəsini dövlət işlərinə, böyük siyasətə həsr edən H.Əliyev bununla belə, ədəbiyyata, mədəniyyətə diqqət, qayğı göstərib, böyük ədiblərimizin, dahi şəxsiyyətlərimizin halal haqqını onlara qaytarıb.

“Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Ümummilli liderimiz Heydər Əliyevin rolu” adlı nəşrdə qeyd edilir ki, böyük Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvi 800 il öyrənilib araşdırılmış deyildir. “Bu fikir cənab Əliyevi narahat etməyə  bilməzdi. Nə üçün İran-fars  ədəbiyyatçıları Nizamini araşdırır, doğma vətəni Azərbaycanda isə bu iş tamamilə unudulub, arxa plana çəkilmişdir? Buna görə  də Nizami Gəncəvinin 840 illik yubileyi ilə əlaqədar olaraq H.Əliyevin uzaqgörən siyasəti nəticəsində 01.01.1979-cu ildə “Azərbaycan KP MK-nin xüsusi qərarı ilə böyük şair və mütəfəkkir Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” fərman verilir. Bu isə Nizami Gəncəvi haqqında işin güclənməsinə  təkan verir... Heydər  Əliyev bu işlərə daim özü nəzarət və rəhbərlik edərdi”.

Bundan iki il sonra Heydər Əliyev 1981-ci ildə Nizami Gəncəvinin doğum gününü nəzərə alaraq, onun 840 illiyi haqqında yeni bir sərəncam imzalayır. “Məhz bunun nəticəsidir ki, Azərbaycanda Nizamini təbliğ edənlərin hamısına imkan yaranır. Dövlət fərman və sərəncamları, müəlliflərə çap imkanı və maddi marağın artması bu sahəyə öz bəhrəsini verir. Onlarla Nizamişünas alim, şair, yazıçı riqqətə gəlib, şair haqqında illərcə yatıb qalan mətləbləri həyata keçirməyə başladılar. Bundan sonra xeyli iş görüldü”.

Qeyd edilənə görə, uzaqgörən Heydər Əliyevin şəxsi təşəbbüsü və diqqəti ilə Bakıda metronun “Nizami” stansiyası tikilib. H.Əliyev özü  şəxsən bir neçə  dəfə oraya gəlmiş, işin gedişi ilə maraqlanmış, metro dayanacağındakı rəsmlərin Nizami əsərlərindən alınan qəhrəmanların və  əməkçı insanların olmasına öz tövsiyələrini verib. “Sevindirici haldır ki, şairin doğma yurdu Gəncədə Nizami məqbərəsinin yenidən qurulub, onun adına layiq olması ilə əlaqədar göstəriş vermişdi…” 

  • “Nizami elə böyük dahidir ki...”

Həmin nəşrdə qeyd edildiyinə görə, H.Əliyev Moskvada işləyərkən təklif edib ki, Nizaminin 840 illiyi qeyd edilsin. Lakin o zaman Kremlin daha yüksək məmurlarının buna etirazı olub. “Hətta onlar Heydər Əliyevə irad tutmağa çalışmışlar ki, 800-850 illik olsa, keçirmək olar. Ancaq Heydər  Əliyev isə özünəməxsus soyuqqanlılıqla cavab verir: “Nizami elə böyük dahidir ki, biz onu hər il keçirməliyik”. Bu kəlamdan sonra hamı Əliyevlə razılaşır. Buradan belə nəticəyə gəlmək olur ki, başqalarına vaxtında əsl qiyməti verməyi bacar ki, sənə də qiymət verə bilsinlər”. 

Heydər Əliyevin Nizami irsinə qayğısı bununla bitmirdi. Belə ki, 2002-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində Nizaminin heykəlinin təntənəli açılışı olur. 2004-cü ildə isə elm mərkəzi sayılan Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli açılışı olur.

  • Heydər Əliyevin göstərişi ilə AMEA-da xüsusi Nizamişünaslıq şöbəsi yaradılıb

Sözügedən kitabda qeyd edilir ki, H.Əliyev göstərilənlərlə kifayətlənməyib, Nizami irsinin daha yaxsı öyrənilməsi üçün AMEA-da xüsusi Nizamişünaslıq şöbəsi yaratmış, respublikanın görkəmli Nizamişünas alimlərini oraya cəlb etməyə nail olub. H. Əliyev Nizaminin vətəni Gəncə  şəhərində olarkən AMEA-nın Gəncə Elmi Mərkəzində də Nizamişünaslıq şöbəsinin açılması təşəbbüsü göstərib.

“Azərbaycan xalqı öz müqəddəratını əlinə aldıqdan sonra əvvəlki nəsillər tərəfindən yaradılmış zəngin klassik mənəvi irsə  də yiyələnmiş, öz tarixini dərk və  bərpa etmişdir... Orta əsr  Şərqinin  ən böyük şairləri və mütəfəkkirləri Xaqani, Nizami, Nəsimi, Füzuli qədim Azərbaycan mədəniyyətinin digər korifeyləri, dünya sivilizasiyasını dahiyanə əsərlərlə zənginləşdirən ön şəxsiyyətlər məhz sovet dövründə, xalqımızın mənəvi həyatında vətəndaş hüququ qazanmış, müasir mədəniyyətlə qaynayıb-qarışmışdır”. Bu fikirlər də Heydər Əliyevin ədəbi irsimizə verdiyi böyük dəyərin örnəyidir.   

Həmin nəşrdə vurğulanır ki, 6 yanvar 1979-cu ildə Azərbaycan KP MK Nizaminin anadan olmasının 850 illik yubileyinin təntənəli keçirilməsi, məqbərəsinin yenidən klassik və muasir memarlığın köhnə və yeni müsbət ənənələrinə uyğun bərpası, hər il sentyabr ayında böyük şairin  şərəfinə, adına layiq poeziya günlərinin keçirilməsi, əsərlərinin Azərbaycan və dünya xalqlarının dillərində gözəl, bədii tərtibatla çap edilməsi, eləcə  də “Azərbaycannın maarifpərvər şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsini gücləndirmək haqqında” çıxarılan qərar da, 1982-ci ilin noyabr ayında Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı da Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bağlıdır.  

  • Qoy ədalət zəfər çalsın!

18 oktyabr 1981-ci ildə Moskvada dərc olunan “Literaturnaya qazeta”da həmin dövrdə Sov. KP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyevlə müsahibə dərc olunmuşdu. Müsahibəyə dahi Nizaminin “Qoy ədalət zəfər çalsın” fikri başlıq olaraq seçilmişdi. O illərin ən populyar qəzetlərindən birinə çevrilmiş “Literaturnaya qazeta”nın bu nömrəsi əldən-ələ ötürülürdü. Həmin müsahibə bu gün də öz aktuallığını qoruyub saxlayır...

  • Prezident İlham Əliyev tərəfindən 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Bakı-Xəbər”ə bildirib ki, Azərbayanda və dünyada kifayət qədər tanınan və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə tanıtmağa ehtiyac var. “Möhtərəm Prezidentimizin “Nizami İli” haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamı Nizami Gəncəvinin həyatı və yaradıcılığını bütün istiqamətlər üzrə yeni təfəkkür əsasında tədqiq və təhlil etməyə geniş imkan yaradan tarixi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nizami İli” ilə əlaqədar imzaladığı Sərəncam vaxtilə Ümummilli lider Heydər Əliyevin 1979-cu ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsinin tədqiqi, tərcümə və nəşr edilməsi haqqında qəbul etdiyi qərar əsasında həyata keçirilmiş tədbirlərə yenidən qayıtmaq, başlanmış mühüm işləri daha geniş miqyasda və əhatəli şəkildə, yaradıcılıqla davam etdirmək üçün də geniş meydan açır”.

  • “Uzun illərdən sonra nəşri yenidən bərpa edilmiş “Nizamişünaslıq” albomunun ikinci sayı da bu il oxuculara çatdırılacaq”

İ.Həbibbəylinin sözlərinə görə, Nizami Gəncəvinin əsərlərinin dünya dillərinə tərcüməsi, “Xəmsə”nin akademik nəşrinin hazırlanıb çap olunması görkəmli sənətkarın haqqında xarici dillərdə tanıtma kitablarını yazıb nəşr etdirmək baxımından da qarşıda mühüm vəzifələr durur: “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Nizamişünaslıq” şöbəsinin əməkdaşları son üç il ərzində üzərində çalışdıqları, ilk mənbələrə, orijinal mətnlərə istinad etmək əsasında yazılmaqda olan “Nizami Gəncəvinin həyatı və yaradıcılığı”, “Nizami Gəncəvinin elmi tərcümeyi-halı” mövzularında monoqrafiyaları tamamlayıb ictimaiyyətə təqdim edəcəklər. Bundan başqa, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının da 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsi nəzərdə tutulur. Ədəbiyyat İnstitutunun əməkdaşları “Nizami Gəncəvinin görkəmli davamçısı Əmir Xosrov Dəhləvi” adlı monoqrafiya üzərində də tədqiqat işlərini davam etdirirlər. Bundan başqa, uzun illərdən sonra nəşri yenidən bərpa edilmiş “Nizamişünaslıq” albomunun ikinci sayı da bu il oxuculara çatdırılacaq. Eyni zamanda, Ədəbiyyat İnstitutunun əməkdaşlarından Zəhra Allahverdiyeva, Vəfa Hacıyeva və Hacı Siracəddinin Nizami Gəncəvinin həyatı və yaradıcılığının aktual problemlərinə həsr olunmuş doktorluq dissertasiyalarının müzakirəyə çıxarılması da gözlənilən mühüm tədbirlərdən biri ola biləcək” - deyə akademik vurğulayıb.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ