11/07/2020 06:50
728 x 90

Həmsədrlər bəyanat yaydı - XİN başçıları iyulda yenidən görüşəcəklər

img

İyunun 29 və 30-da keçirilmiş videokonfranslarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət və münaqişənin sülh yolu ilə həlli prosesindəki gələcək addımlar müzakirə edilib.

Trend-in ATAT-ə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla əvvəlcə ayrı-ayrılıqda, daha sonra isə birgə görüş keçiriblər.

Bildirilir ki, görüşlər zamanı tərəflər regionun səhiyyəsinin vəziyyətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti və münaqişənin sülh yolu ilə həlli prosesindəki gələcək addımları müzakirə ediblər. Müzakirələrdə ATƏT sədrinin münaqişənin həlli üzrə xüsusi nümayəndəsi səfir Anjey Kasprşik də iştirak edib.

Qeyd edilir ki, həmsədrlər sülhə və əsaslı danışıqlara şərait yaradan atmosferin yaradılmasının və saxlanmasının vacibliyini vurğulayıblar. Onlar təmas xəttindəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin münaqişənin kəskinləşməməsi üçün mövcud birbaşa rabitə kanallarından istifadə etməyə davam etdiklərindən məmnunluqlarını ifadə ediblər. 9 mart 2019-cu il tarixli bəyanatlarını xatırladan həmsədrlər, son təxribatçı ifadələrin, iltihablı ritorikanın və vəziyyətin dəyişdirilməsi üçün mümkün addımların nizamlama prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd etdilər.

9 mart 2019-cu il tarixli bəyanatlarına istinadla həmsədrlər, son təxribat xarakterli ifadələrin, təhrikedici ritorikanın və vəziyyətin dəyişdirilməsi üçün mümkün addımların nizamlama prosesinə xələl gətirə biləcəyini narahatlıqla qeyd etdiblər: "Həmsədrlər münaqişənin həllinin hərbi yolu olmadığını vurğulayıblar. Onlar tərəfləri atəşkəs rejimini qorumaq və əhalini sülhə hazırlamaq üçün əlavə addımlar atmağa çağırıblar. Həmsədrlər mümkün olduqca monitorinq müşahidələrini davam etdirməyin zəruriliyini də qeyd ediblər".

Həmsədrlər və xarici işlər nazirləri iyul ayında daha bir birgə videokonfrans keçirmək və ən qısa zamanda görüşmək barədə razılığa gəliblər.

Son xəbərlər