“Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, bu çətin dövrdə xalqımızı bəşəriyyəti bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri yüksək qiymətləndirir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik”. Bunu Neftçala şəhər sakini Mirzəyev Rövşən Qaib oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Baki-xeber.com