“Sizin söylədiyiniz "İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür" sözləri bizi ruhlandırır. Sanki dağa söykənmişik. Mehriban xanım Əliyevanın xalqımıza bir ana, bacı, nənə kimi müraciət etməsi və müraciətlərinin sonunda "Sizin Mehriban" imzasını qoyması ən xoş sözlərə layiqdir. Bu sözlərin, gördüyünüz işlərin əks-sədası çox-çox uzaqlara gedib çıxır. Bu sözlər, bu xoş münasibət bizə ən yaxşı valideynləri, ailə üzvlərini xatırladır.
...Bacıma söylədim ki, bu çətin pandemiya dövründə mən Prezidentimizi düşündüyümdən də güclü, bacarıqlı, xalqı üçün fədakarlıq nümayiş etdirən gördüm. Bacım isə cavab olaraq mənə dedi: "O, müdrik şəxsiyyətin, Ulu Öndərin oğludur. Elə də olmalıdır”.
Bu sözləri Gəncə şəhərindən təqaüddə olan müəllimə Sevil Babayeva Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com