“Mən Qarabağ müharibəsi veteranıyam. Taleyin qismətindən hazırda Rusiyada yaşayıram. Bu məktub vasitəsilə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz əməli işlərinizlə sübut edirsiniz. Bunu deməyə mənim haqqım var. Üzləşdiyim vəziyyəti qısaca qeyd etsəm, yəqin ki, hər şey aydın olar. Bu çətin pandemiya dövründə ailəmə kömək göstərilməsi ilə əlaqədar Sizə müraciət etmişdim. Bir neçə gündən sonra ərzaq yardımı ilə təmin olunduq. Belə bir qayğını görmək, hiss etmək, əlbəttə ki, qürurvericidir”.
Bu fikirləri Rusiya Federasiyasının Moskva vilayətinin Fryazino şəhərindən Qarabağ müharibəsi veteranı Abdullayev Nizami Fayaz oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.
Qarabağ müharibəsi veteranı, həmçinin, dar gündə ailəsini darda qoymadığı və yardım etdiyi üçün ölkə başçısına təşəkkürünü bildirir.
Baki-xeber.com