çərşənbə günü, 28 oktyabr 2026
     

Işğal altındakı ərazilərin daha bir hissəsi Azərbaycana qaytarılır – Paşinyanın dayaqlarının sarsılmasında Kremlin həlledici həmləsi...

Image


Ermənistanda son günlərdə yaşanan istefalar bu ölkənin daxili həyatı ilə yanaşı, xarici siyasət sferasına, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin də gedişinə təsir göstərə biləcək mühüm proseslərdən hesab edilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ermənistanda son kadr dəyişiklikləri əsas etibarı ilə güc strukturlarının rəhbərlərini özündə ehtiva edir.

Bütün bu dəyişikliklərə əsas səbəb kimi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın pandemiya dövründə oğluna toy etməsi göstərilir. Amma erməni mediası yazır ki, məsələnin kökü daha dərindədir və söhbət Paşinyanın devrilməsindən gedir. Artak Davtyanın istefasının kökündə məhz bu amilin əsas yer tutduğu vurğulanır. Düzdür, onun işdən çıxmasına səbəb kimi koronavirus pandemiyası dövründə karantin rejimi qaydalarını pozaraq oğluna toy etməsi göstərilir.  Belə ki, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq olunmasına baxmayaraq təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə geniş rezonans doğurub. Amma Ermənistanda ictimai rəylə hesablaşılmadığı da heç kimə sirr deyil. Bu fonda diqqət çəkən məqamlardan biri də budur ki, Ermənistanın polis rəisi Arman Sarkisyan da istefa verib. O da Artak Davtyan kimi işdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana özü ərizə yazıb. Xatırladaq ki, Arman Sarkisyan 2018-ci ilin mayında “inqilabdan” sonra Ermənistan polisinin rəisi Valeri Osipyanın birinci müavini təyin edilib. 2019-cu ilin sentyabrında Osipyan istefa verdikdən sonra o, polis rəisi səlahiyyətlərinin müvəqqəti olaraq icrasına başlayıb. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisi Eduard Martirosyan da Armen Sarkisyana vəzifədən azad olunmaqla bağlı ərizə yazanlar sırasındadır. Qeyd edək ki, Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra etməyə başlayıb. O yalnız bu il martın 19-da həmin vəzifəyə təyin edilmişdi. İndi bu şəxslərin adi bir toy qalmaqalına görə istefa verməsi inandırıcı sayılmır. Erməni mediası yazır ki, adları çəkilən şəxslər yaxın tezlikdə Ermənistanın “Vətən” partiyasının sədri,  Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın ətrafında birləşməyə hazırlaşır. Sonuncunun əsas dayağı isə Rusiya hesab edilir. Bunu Artur Vanetsyanın özü də gizlətmir.

Qeyd edək ki, Artur Vanetsyan baş verənləri baş nazir Nikol Paşinyanın günahı kimi qələmə verir. O, son istefalara münasibətində qeyd edir:“Bu günlərdə müzakirələrin əsas mövzusu Ermənistanda yaranmış vəziyyətdir.  Çox narahatam, belə davam etmək artıq mümkün deyil. Biz böyük fəlakətin astanasındayıq. Əgər indi də ciddi yanaşmasaq və addımlar atmasaq, çox pis olacaq. Məsələn, koronavirus bu gün Ermənistanı sürətlə məhvə aparır. Ermənistanın hazırkı hökuməti epidemiyaya qarşı mübarizədə uğursuz olub. Bu hökumət epidemiya əleyhinə mübarizədə uğursuz olub və bir an öncə uzaqlaşmalıdır”. Erməni mediaslı isə yazır ki, elə güc strukturlarının rəhbərlərinin Paşinyanı tərk etməsinin əsas səbəblərindən biri də pandemiya ilə bağlıdır. “İravnuk” yazır ki, istefa verənlər pandemiya üzündən Ermənistanın fəlakət həddinə çatdığını görür:“Onlar Paşinyanla birlikdə bunun məsuliyyətini daşımaq istəmir. Eyni zamanda, Paşinyanın sarsılan dayaqlarını görüb ondan qaçırlar. Bu insanlara Rusiyadan dəstək vədi də prosesdə az rol oynamır”. Bununla yanaşı, diqqət həm də ona çəkilir ki, istefaya gedənlərin yerinə Qərbmeylli gənclər vəzifələrə təyinat alır. Bu məqamı Ermənistanın “Past” nəşri də xüsusi olaraq vurğulayır. Bildirilir ki, Paşinyan Rusiyaya loyal yanaşanları hakimiyyətdən uzaqlaşdırır və buna Moskvanın reaksiyası kəskin olacaq. Nəşr qeyd edir ki, bu durumda yaxın gələcəkdə Ermənistanın diplomatik korpusunda da müəyyən dəyişikliklər gözlənir.

Mövzu ilə bağlı maraqlı detallar da məlum olub. Məlumata görə, “sorosçular” bu sahəyə qarşı xüsusi gözləntilər təzahür etdirirlər. Onların böyük əhəmiyyətə malik olan ölkələrdə səfir vəzifələrində “gözləri var”. Söhbət, xüsusən Rusiya, Fransa və bir sıra digər ölkələrdən gedir: “Sorosçular” bu məsələ üzrə “birbaşa mətnlə” Ermənistan baş nazirinə və ya xarici işlər nazirinə müraciət etməyəcəklər. Çünki baş nazir tərəfindən onlara hansısa müqavimət də yoxdur. Məlumata görə, bu durumda dəyişiklik sxemi aşağıdakı kimidir: ardıcıl olaraq bu və ya digər səfiri ictimai şəkildə gözdən salmağa çalışmaq, onlar işdən azad olunanda isə “hazır” namizədlərini təqdim etmək. Beləliklə, yaxın gələcəkdə bir sıra səfirlərə qarşı antitəbliğat kampaniyası başlayacaq. Yeri gəlmişkən, həmçinin danışılır ki, qeyd olunan dairələrin, xüsusən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Ermənistanın Rusiyadakı səfiri vəzifəsində görmək istəkləri var. Qriqoryanın bunu nə dərəcədə istədiyi isə başqa məsələdir. Amma  o, faktiki olaraq “sorosçuların” əsas nümayəndələrindən biridir. Bu durumda görünən indi budur ki, Ermənistanda Rusiyaya meylli olanlar sıxışdırılır və onlar cavab tədbiri kimi yenidən təşkilatlanır. Üstəlik, Rusiyadan da bu şəxslərə ciddi dəstək göstərilir.

Erməni mediası da yazır ki, son illər Ermənistanda baş verənlər Rusiyanın bölgədəki hadisələrə fərqli baxmasına təsir göstərib. Düzdür, Moskva Ermənistan hökumətinin başçısını deyil, bu ölkəni özünə müttəfiq sayır. Ancaq hələ ki, rəsmi İrəvana Paşinyan başçılıq etdiyindən, bölgədə Moskvanın maraqlarına qarşı da daha çox onun komandası çıxış edir. Kreml Paşinyanın timsalında Ermənistanda Rusiyaya qarşı çıxacaq qüvvələrin sayının az olmadığının şahidi oldu. Vaxtilə Gürcüstandan gördüyü münasibətlə indi Ermənistanda rastlaşır. Məhz belə vəziyyətdə Rusiya Paşinyana qarşı daha fəal hərəkətə keçir. Bu halda Paşinyanın mövqeyinin sarsılması üçün Kremlin Qarabağ məsələsi üzərindən də həmlələr edəcəyi proqnozlaşdırılır. İşğal altındakı ərazilərin daha bir hissəsinin Azərbaycana qaytarılması Paşinyanın mövqeyini sarsıtmaq üçün həlledici həmlələrdən sayılır.   

Digər tərəfdən, bu hal Azərbaycan-Rusiya münasibətlərini də xeylı sıxlaşdıra bilər. Kreml burada nəzərə alır ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, Moskvanın Cənubi Qafqaz siyasətinə davamlı şəkildə dəyişməz münasibət göstərir. Bu, iki ölkə arasında əlaqələrin əsaslı inkişafına da təsir göstərir. Belə əlaqə həm də geosiyasi əhəmiyyət kəsb edərək, Türkiyə-Rusiya münasibətlərinin inkişafına dəstək verir. Eləcə də Ankaraya və Moskvaya rəsmi Bakı ilə daha sıx münasibət saxlamağa yardım edir. Burada onu da xatırlatmaq lazım gəlir ki, Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həllində iştirak edən beynəlxalq vasitəçilərdəndir. Onun Türkiyə ilə normal əlaqələri bu münaqişənin ədalətli həllinə də yardım edə bilər. Nəzərə almaq lazımdır ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə müxtəlif səviyyəli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışır, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəklədiklərini bildirirlər. Bu baxımdan rəsmi Bakının müttəfiq saydığı qonşu Rusiya ilə dost, qardaş Türkiyə arasında münasibətlərin normal olması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda da həlledici addımların atılmasına təsir göstərə bilər.

Beləliklə, Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı təkcə region üçün deyil, beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və sabitlik üçün əhəmiyyətlidir. Dağlıq Qarabağın işğaldan azad edilməsi isə bu formatı daha da möhkəmləndirər, bu üçlüyü dünyanın ən güclü müttəfiqlərindən edər. Bunu indi Rusiyada da nəzərə alırlar. Elə erməni politoloq Karen Bekaryan da qeyd edir ki, yaranmış vəziyyətdə Azərbaycan uğurlu manevr edərək, Rusiyanın da yardımı ilə zəbt oliunmuş ərazilərin daha bir hissəsini özünə qaytarmağı planlaşdırır:“Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan bu durumda“lift diplomatiyası”nın zərərlərini olduqca yumşaq şəkildə təqdim edir. Təəssüf ki, yaranmış çətinliklər olduqca dərin və çoxqatlıdır. İndiki vəziyyətdə Azərbaycan prezidentində təəssürat var ki, Paşinyanın torpaqları geri qaytarmaq, bundan irəli gələn gözləntiləri, davranış və hərəkətləri yerinə yetirmək borcu var. İlham Əliyev Ermənistan üçün risqləri əvvəlcədən hesablanmamış razılaşmadan maksimal istifadə edib və istifadə etməyə davam edir. Atəş açmamaq razılaşması altında İlham Əliyev 2 il ərizində ardıcıl şəkildə öz mövqelərini yaxşılaşdıraraq və daha artığını gözləməyi davam etdirərək bütün mümkün digər sahələrdə cavabsız “atəş açıb”. Bənzər vəziyyətdə yeganə çıxış yolu budur ki, baş nazir və onun komandası bir an öncə hakimiyyətdən uzaqlaşmalı, yeni gələn hakimiyyət də səylər göstərərək mövcud dağıdıcı inersiyanı dayandırmağa çalışmalıdır. Amma hazırda bu olduqca çətin gürünür və Moskvanın da artan təzyiqləri Azərbaycanın maraqlarına daha çox uyğun gəlir”. Bu durumda erməni tərəfində etiraflar artır ki, Azərbaycan proseslərdən istifadə edərək, yeni ərazilərin azad olunmasına nail olacaq. Buna təsir edən əsas amillərdən biri məhz Ermənistan daxilində baş verənlər, rusiyameyllilərin yenidən təşkilatlanması, Kremldən dəstək almalarıdır. Belə vəziyyətdən də Azərbaycan maksimal dərəcədə öz lehinə istifadəni planlaşdırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ