çərşənbə günü, 28 oktyabr 2026
     

Tural Səfərov: “Azərbaycan polisini hədəfə gətirənlər ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir”

Image


Artıq iki gündür ki, sosial şəbəkələrin Azərbaycan seqmenti və bir sıra kütləvi informasiya vasitələri polisin üzərinə zibil atan insanlardan  və onların cəzalandırılmasından yazır. Bu sətirlərin müəllifi də mövzu barədə sosial şəbəkələrdə öz fikirkərini bildirib,  Azərbaycan polisinin qanuni tələbinə qarşı çıxanları qınayıb. Hesab edirdim ki, hər kəs bu mövzuda mənimlə həmfikirdir. Axı ölkəmizdə sabitliyin, insanların təhlükəsizliyinin qorunmasının əsas qarantlarından biri də Azərbaycan polisidir. Ancaq dünən axşam yaxın bir dostumla söhbətimdən sonra anladım ki, sapı özümüzdən olan baltaların, xarici qüvvələr tərəfindən idarə olunan radikalların apardığı anti-təbliğat bir qrup vətəndaşımızda çaşqınlıq yaradıb. Ona görə də qərara aldım ki, bu mövzuda fikirlərimi, həqiqətləri daha geniş formada oxucuların diqqətinə çatdırım.

Əvvəla başlayaq polisə hücumun məqsədindən. Azərbaycan polisinə qarşı aparılan qarayaxma kampaniyasının təşkilatçıları ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrdir. Onlar Azərbaycanın inkişafını, dövlət  müstəqilliyinin daha da möhkəmləndirilməsini həzm edə bilmirlər. Çünki onların havadarlarına aciz, özünü idarə edə bilməyən, hər zaman xarici qüvvələrdən asılı olan Azərbaycan lazımdır. İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan isə onların maraqlarına cavab vermir. Ona görə ki, Azərbaycanda heç bir güc mərkəzindən asılı olmadan müstəqil siyasət aparılır, hər bir sahədə xalqın mənafeyinin əsas götürülür. Bütün bunların reallaşdırılmasında isə Azərbaycan polisinin müstəsna xidmətəri vardır. Odur ki, polisi qaralamaq, daxili işlər orqanlarını xalqın gözündən salmaq radikal qüvvələrin idarə olunduğu güc mərkəzlərinin qarşısında duran əsas vəzifələrdəndir. Onlar bu sahədə fəaliyyətin aktiv fazasına ötən il  Daxili İşlər Nazirliyində kadr dəyişikliyindən sonra  keçiblər. General Vilayət Eyvazovun Daxili İşlər naziri təyin olunmasından sonra polisə təzyiqlərin artması heç də təsadüfi deyil. Radikal müxalifət və onların havadarları bilir ki, Vilayət Eyvazov milli kadrdır, Prezident İlham Əliyevin komandasının ən sadiq üzvlərindən biridir. Onun olduğu yerdə Azərbaycanda sabitliyin pozulmasından söhbət gedə bilməz. Odur ki, sosial şəbəkələrdə, müxtəlif kütləvi informasiya vasitələrində daxili işlər orqanlarına qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Məqsəd polislə xalqı qarşı-qarşıya qoymaq, ölkədə sabitliyi pozmaq, Azərbaycanın müstəqilliyinə təhdid yaratmaq və beləliklə, bizi öz istəklərinə tabe etdirməkdir.

Bu məkrli ssenarinin həyata keçirilməsinə hələ ötən ilin oktyabr ayında başlanılmışdı. Radikal müxalifətin icazəsiz mitinqində ictimai asiyişi, qanunun aliliyini qoruyan polislərə qarşı mislim görünməmiş linç kampaniyasının başladılması bu ssenarinin tərkib hissəsi idi. Ancaq daxili işlər orqanları nümunəvi davranışı, qətiyyətli mövqeyi sayəsində xalqımızın düşmənlərinin planlarını alt-üst etdi.

Bu ilin əvvəlində bütün dünyanı öz cənginə almış koronaviris Azərbaycanda da yayılmağa başladı. Bu bəladan xalqımızı xilas etmək üçün ölkəmizdə xüsusi karantin rejimi elan olundu və bu rejimə nəzarət Daxili İşlər Nazirliyinə tapşırıldı. Karantin rejiminin elan olunmasına ən çox sevinən isə radikal qüvvələr idi. Çünki onların əlinə əla fürsət düşmüşdü. Hesab edirdilər ki, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət funksiyasını həyata keçirən polis kobudluq edəcək, bu radikallar da bütün dünyaya car çəkəcəklər. Azərbaycan polisi isə bu dövrdə öz nəzakətli davranışı, qayğıkeşliyi, humanistliyi, nümunəvi fəaliyyəti ilə bu məkrli planları da pozdu. Biz bu dövrdə polisin xəstələri necə xəstəxanaya çatdırmasının, köməyə ehtiyacı olanların imdadına çatmasının, sərt karantin günlərində vətəndaşlara hətta çörək alıb aparmasının şahidinə çevrildik. Bu çətin günlərdə polis yeri gəlir, təcili yardım avtomobilinin, qəza-xilasetmə briqadalarının işini görür. Niyə? Ona görə ki, insanlarımız əziyyət çəkməsin, çətin vəziyyətdə çarəsiz qalmasın. Dünyanın harasında polis belə xidmət aparır? Amerikada polislərin insanlara atəş açmasının, Avropa ölkələrində polislərin atları, maşınları insanların üzərinə sürməsinin fonunda Azərbaycanda baş verənlər əlbəttə ki, radikal qüvvələrin idarə olunduğu mərkəzləri ciddi narahat edir. Təcili Azərbaycan polisi ilə bağlı bir mövzu tapmaq və ictimaiyyəti bu istiqamətə yönləndirmək lazım idi. Beləliklə, Azərbaycanda sərt karantin rejiminin elan olunduğu ötən həftə sonu bu cür şou düzəltməyə cəhd etdilər. Karantin rejimini pozan vətəndaş haqqında qanuni tədbir görən polislərə bir qrup öyrədilmiş adam binanın balkonundan zibil atdı. Məqsəd aydındı. Bu adamlar bilirdi ki, polisin üstünə zibil atanlar tapılacaq və qanuni tədbir görüləcəkdir. Elə əsl həngamə də bundan sonra başlayacaqdı. Sosial şəbəkələrdə öyrədilmiş adamlar tərəfindən polislərimiz “vəhşi” adlandırılacaq, onlar qınanacaqdı.

Azərbaycan polisi gecəsini gündüzünə qatıb sabitliyi qorusun, təhlükəsizliyi təmin etsin ki, hansısa öyrəldimiş anti-milli adam polisə guya etiraz əlaməti olaraq ona zibil atsın? İndi daxili işlər orqanları nə etməlidir? Deməlidir ki, yaxşı edib polisin başına zibil atmısınız?  Polisə zibil atanları müdafiə edənlər ölkəmizdə sabitliyin pozulmasında maraqlı olan insanlarıdır.

Sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri də polisin vətəndaşı evindən çıxardığı kadrlardır. Guya ki, qadının, qızın yanında bu hərəkət yolverilməzdir. Bəs o adamcığın öz ailə üzvlərinin yanında polisin ünvanına səsləndirdiyi küçə söyüşləri yolveriləndir? Axı o polislərin də anası, bacısı, ailə üzvləri var. Və yayılan kadrlara onların ailə üzvləri də baxıb. Bəs onları niyə müdafiə etmirsiniz?  Öz ailə üzvlərinin şərəfini qoruyan adam da onların yanında küçə söyüşləri söyər? Yaxşı, deyək ki, bilmədin, belə bir qanun pozuntusuna yol verdin. Polislər qanunun tələbini yerinə yetirməyə gələndə qadınları qabağa verib yataq otağında gizlənmək nə deməkdir? Bu nə mentalitetimizə, nə də insanlığa sığır? Deməli, bu adam gizlənməklə polisin sərt mövqe göstərməyini və ajiotaj yaratmaq istəyib, beləliklə, öz ağalarının tapşırığını yerinə yetirib.  Bu isə Azərbaycan xalqına və dövlətinə xəyanətdir. Xəyanətkar isə cəzasız qala bilməz.

Məni bir vətəndaş kimi narahat edən məqamlardan biri də  polisə zibil atanı müdafiə edənlər arasında sözdə hüquq müdafiəçilərinin olmasıdır. Bu hüquq müdafiçləri ilə biz çətin qabağa gedək. Belə adamların yaşadığı ölkədə biz hüquqi, demokratik dövlət qura bimişiksə, bu dövləti quranlar tarixdə analoqu olmayan bir hadisəni reallaşdırıblar.

Dahi Mövlana deyirdi ki: “Biz elə bir məxluqlarıq ki, bəzən mələklər insan olmadıqlarına görə üzülür, bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər”.

Gəlin insan olaraq öz insanlığımızı göstərək, böhtan atmayaq, dövlətimizi, millətimizi sevək, dövlət müstəqilliyimizi qoruyub saxlayaq. Müstəqilliyi qorumaq üçün onun əsas atributlarını qorumaq lazımdır ki, onlardan biri də Azərbaycan polisidir. Polis bizim təhlükəsizliyimizin qarantıdır. Mən ölkəmizi, təhlükəsizliyimizi bir gün də polissiz təsəvvür edə bilmirəm. Polisə hücum sabitliyin pozulmasına təhdiddir. Sabitlik olmayan yerdə isə inkişafdan, xoşbəxt yaşam tərzindən danışmaq əbəsdir. Ölkəmizin xoşbəxt gələcəyini istəyiriksə, Azərbaycan polisini müdafiə etməliyik. Bizim polislərimiz isə buna layiqdir.

Tural Səfərov

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi

 

 

 

 

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ