Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ulu öndər Heydər Əliyev dühasından güc alan uğurlu daxili və xarici siyasəti ilə artıq 17 ildir ki, müstəqil respublikamızı sürətli və dinamik inkişaf yolu ilə daha xoşbəxt gələcəyə aparır.
Bu inkişaf və tərəqqini hər birimiz öz gündəlik həyatmızda hiss edir və yaşayırıq. Ölkənin iqtisadi və müdafiə qüdrətini yüksəltmək, xalqımızın sosial rifah halını ilbəil yaxşılaşdırmaq və doğma Azərbaycanımızın ərazi bütöbvlüyünu təmin etmək fəaliyyətinin başlıca prioriteti olan möhtərəm Prezidentimizin nəinki ölkə daxilində. eləcə də dünya səviyyəsində artan nüfuzu, görünür, bəzi düşmən qüvvələrin ürəyincə deyil. Qürurerici haldır ki, ölkə başçısı Tərtər rayonuna səfər zamanı Olimpiya Kompleksinin açılışı mərasmində çıxış edərkən öz nitqində bu məsələyə toxunmuş ikili standartlardan çıxış edən Avropa Şurası Parlament Assambleyasııın tutduğu anti-Azərbaycan mövqeyini qətiyyətlə pisləmiş, onların iç üzünü açmışdır.
Ölkəmizin hər bir vətəndaşı kimi biz ziyalılar da möhtərəm Prezidentimizin bu qətiyyətli addımını bəyənirik. Cənab İlham Əliyev çox haqlı olaraq AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə duşmədiyni, ikili standarlar numunəsinə rast gəldiyini… təxminən 20 ildir ki, sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etdiklərini demişdir.
Biz ziyalılar da möhtərəm Prezidentiizin ətrafında birləşərək AŞPA-nı və ATƏT-i şərçilər - böhtançılar yuvası adlandırır və bir daha bəyan edirik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməyəcək.
Qiyas QULİYEV Yevlax rayon Ziyalılar Cəmiyyətinin sədri