Cümə günü, 30 oktyabr 2026
     

Vüqar Rəhimzadə COVID-19-la mübarizəni gündəlik həyat tərzinə çevirməyə çağırdı

Image


«Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Təbii ki, hər bir dövlət  bu sınaqdan az itki ilə çıxmaq üçün  malik olduğu imkanlara, təcrübəyə uygun addımlar atır. Reallıq budur ki, əksər  dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu  zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür.  Gündən-günə yoluxma  və ölüm hallarının artması bir siqnal, çağırışdır. Epidemiya başlayan gündən etibarən, hər zaman olduğu kimi, Azərbaycan yenə də öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda beynəlxalq  səviyyədə həyata keçirilən tədbirlər  Azərbaycan  dövlətinin   məsələyə  dərhal  adekvat reaksiya verdiyini və bundan  uğurla çıxmaq üçün  təkmil yollar axtardığını ortaya qoydu». 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır: «Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri səbəbsiz deyil. «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsas idi. Vətəndaşlardan  daha məsuliyyətli olmaq tələb edilirdi.  Dünya miqyasında müqayisə apardıqda  Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Məhz bunun nəticəsidir ki, ölkəmiz birinci mərhələni az itki ilə başa vurdu.  Amma bu o demək deyil ki, pandemiya sona çatıb. Onun ikinci dalğasının baş verməsi qaçılmazdır. Bunun üçün qabaqlayıcı tədbirlərin davam etdirilməsi bu günümüzün əsas tələbləri sırasındandır.

Ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutur. Mehriban xanım Əliyeva  koronavirus infeksiyası ilə bağlı xalqımıza dəfələrlə etdiyi  müraciətində  bildirir ki, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi: «Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk.» Bu inam da  ifadə olunur  ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və  məhəbbət sayəsində  biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.» Baş redaktor bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına yoluxanların müalicəsinin lazımi səviyyədə təşkili görülən qabaqlayıcı tədbirlərlə yanaşı, Azərbaycanın səhiyyə sisteminin təkmilliyinə də aydınlıq gətirir: «20 xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib ki, onlar ən müasir avadanlıqlarla təchiz edilib. Pandemiya dövründə Bakıda  575 çarpayılıq «Yeni klinika» tibb müəssisəsi, digər  3 şəhərdə  ümumi çarpayı sayı 500-dən artıq olan yeni xəstəxanalar istifadəyə verilib.  Qısa müddətdə  6-sı dövlət, 4-ü özəl  sahibkarlar tərəfindən tikilməkdə  olan, hər biri 200 çarpayılıq 10  müasir modul tipli xəstəxananın  istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan biri istifadəyə verilib. Koronavirusla  Mübarizəyə Dəstək Fonduna  110 milyon manatdan çox ianə toplanıb ki, bu da  xəstələrin müalicəsi üçün zəruri olan bütün imkanların yaradılmasına yönəldilib. Dövlətimizin başçısı İlham Əliyev bu mübarizədə   əsas məsuliyyətin həkimlərin üzərinə düşdüyünü xüsusi vurğulayır. Sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir və alqışlanır. «Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə  münasibət öz aydın ifadəsini tapıb.»

«Qeyd etdiyimiz kimi, dövlətimizin vətəndaşlarını  koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində  atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyini təsdiqləyir.  Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib: Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, ehtiyac olmadığı təqdirdə  evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda  özümüzlə yanaşı, doğmalarımızı, ətrafımızdakı insanları virusa  yoluxmadan qoruyar, onların  sağlamlığına vətəndaş kimi dəstək olarıq» söyləyən baş redaktor vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi, yaxud yumşaltması da vətəndaşların sağlamlığının təminatında, eyni zamanda, onların  əvvəlki həyata qayıtmalarında  əhəmiyyətli rol oynayır. Karantin qaydalarının zaman-zaman yumşaldılması müəyyən dövr üçün statistik rəqəmlərə əsaslanır: «Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən  karantin qaydalarında  yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti  böyüklərimizə olan diqqətin bariz nümunəsi kimi dəyərləndirildi.  Hətta dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində  yaşı 65-dən yuxarı olan 176 məhkum  azadlığa buraxıldı. Həmçinin yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər  Kabineti yanında Operativ  Qərargahın  tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıraraq bildirir ki,  böyüklərinizi qoruyun. Virusa yoluxmuş insanların mütləq  əksəriyyətində xəstəlik yüngül formada  keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən  əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risq qrupuna aiddir. Onu da qeyd edək ki,  karantin qaydalarının yumşaldılmasında yer alan mühüm məqamlardan biri də  yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün qadağalar  may ayının 18-dən götürüldü. Amma bununla yanaşı, belə bir çağırış edildi ki, yalnız ehtiyac duyulduğu təqdirdə  evdən  çıxmaq gərəkdir».

V.Rəhimzadə bu məqamı təəssüf hissi ilə vurğulayıb ki, karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb: «Əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaqda çətinliklər yaranıb. Təbii ki, buna səbəb insanlarda arxayınlıq hissinin yaranması, pandemiyanın ümumiyyətlə, yoxa çıxması barədə təəssüratların formalaşmasıdır.   Bugünkü gündə maarifləndirmə işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Prezident İlham Əliyev bildirir:«Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.» Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.»

«Bu gün hər kəs  maarifləndirmə işinin fəal iştirakçısı olmalıdır» söyləyən V.Rəhimzədə qeyd edib ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə çağırmalıdır: «Nəzərə alaq ki, ölkəmiz  pandemiya dövründə  digər tədbirlərlə yanaşı, tibbi maska çatışmazlığının yaşanmaması üçün iki  müəssisənin istifadəyə verilməsinə  nail oldu. Müsbət nəticələrin davamlılığını təmin etmək üçün maarifləndirmə işləri daha geniş vüsət almalıdır.  Koronavirus  infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, həmçinin bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.»

V.Rəhimzadə qeyd edib ki, sosial məsuliyyətin artırılması, ictimai nəzərətin gücləndirilməsi  bütün cəza tədbirlərinin ən önəmlisidir: «Hər kəs özünə və doğmalarına, ətrafındakı insanlara  diqqət, qayğısını nizam-intizam qaydalarına riayət etməklə nümayiş etdirə bilər. Sosial məsafənin qorunması,  tibbi maskalardan istifadə edilməsi, gigiyena qaydalarına əməl olunması bu dəstəyimizin ən yüksək ifadəsi olar. Artıq ölkəmizdə də  epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib.  Bu cərimələr sosial məsuliyyət hissinin artırılmasına necə  təsir göstərəcək, bunu növbəti dəfə açıqlanacaq statistik rəqəmlər göstərəcək. Reallıq budur ki, Azərbaycan pandemiya təcrübəsi ilə dünyaya nümunədir.  Dünyaya birlik, həmrəylik çağırışını edən və bunu əməldə təsdiqləyən Azərbaycan daxildəki birliyimizlə də nümunədir. «Biz birlikdə güclüyük!»



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ