11/07/2020 04:38
728 x 90

“Sizin sayənizdə təhsildə fasilə yaranmadı və həkim olmaq istəyirəm” - Sumqayıtdan 9-cu sinif şagirdi Günay İsrafilova Prezidentə yazdı...

img

Sumqayıt şəhərindən 9-cu sinif şagirdi İsrafilova Günay İsrafil qızı pandemiya dövründə məktəblilərə göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən şagirdlərdəndir.

G.İsrafilova Prezidentə ünvanladığı məktubda bunları yazıb: “Mən 9-cu sinif şagirdiyəm. Həkim olmaq istəyirəm. Bilirəm ki, bunun üçün yaxşı oxumalıyam. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalmadıq. Sizin sayənizdə onlayn dərslər və "Virtual məktəb" layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşünürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görürsünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır”.

Məktəbli qız həm də onu yazıb ki, bu gün doğma Azərbaycanımız dünyaya günəş kimi işıq saçan incidir və doğma yurdumuz Prezidentin sayəsində gündən-günə inkişaf edir.

Baki-xeber.com

Son xəbərlər