11/07/2020 05:47
728 x 90

Gəncəli alim Qəhrəman Namazov Prezidentin pandemiya ilə düzgün mübarizə kursu götürdüyünə xüsusi diqqət çəkdi...

img

Pandemiya dövründə Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən bütün tədbirlər ölkənin elm ictimaiyyəti tərəfindən təqdir edilir.

Gəncə şəhərindən texnika üzrə fəlsəfə doktoru Namazov Qəhrəman Murad oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətdə, həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın yanında olduğuna, xalqa qayğı göstərdiyinə görə öz adından və ailəsinin adından ölkə başçısına minnədarlığını bildirir. “Yaranmış çətin vəziyyətdə, həmişəki kimi, düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin xalqın yanında olmağınızın, daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Bu il imzaladığınız sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm” - deyə alim müraciətində qeyd edir.

Baki-xeber.com

Son xəbərlər