11/07/2020 06:48
728 x 90

“Sizinlə fəxr edirik” - Türkiyədə oxuyan sumqayıtlı tələbə Sevcan Qarayevanın Prezidentə məktubu...

img

Türkiyədə təhsil alan sumqayıtlı tələbə Qarayeva Sevcan Tələt qızı Prezident İlham Əliyevə məktub yazıb.

“Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam. Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!” - deyə məktubunda S.Qarayeva bildirir.

Baki-xeber.com

Son xəbərlər