Cümə günü, 30 oktyabr 2026
     

Azərbaycan KTMT çərçivəsində yenə Ermənistanı qorxuya saldı

Image


Azərbaycanın malik olduğu potensial və dünya siyasətində oynadığı rol ölkəmizə, əvvəlki kimi, qlobal miqyasda böyük marağın yaranması ilə müşahidə edilir. Bu xüsusda bir çox təşkilatlar Azərbaycanı öz sıralarında görməkdə yenə əvvəlki kimi maraqlıdır. Onlardan biri də KTMT - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır.

Xatırladaq ki, artıq iki ildir Azərbaycanın bu quruma üzvlüyü ilə bağlı müxtəlif fikirlər səslənir. Düzdür, rəsmi Bakı bildirir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  hansısa status almaq üçün müraciət etməyib və bu əsnada heç bir müzakirə aparılmır. Hazırda Azərbaycanın gündəliyində belə məsələ yoxdur. Amma Rusiya rəsmilərinin açıqlamaları bir daha təsdiq edir ki, Moskva  Bakını həm KTMT, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının sıralarında görmək istəyir. Bu isə yenə Ermənistanda böyük narazılıq və narahatlıq doğurur.

Xatırladaq ki, hələ ötən il Rusiya baş nazirinin müavini Yuri Borisov və Rusiyanın KTMT-də təmsilçisi Valeri Semerikov Azərbaycanın təşkilata müşahidəçi kimi üzv ola biləcəyinə dair açıqlamalar vermişdi. Elə o vaxt da Ermənistan buna kəskin etiraz edirdi. İndi isə məsələ Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən yenidən gündəmə gətirilib. O, bugünlərdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra onlayn birfinq zamanı bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB gələcəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərəfdaşları statusunu ala bilər. Rus hərbi analitik Vladimir Yevseyev bildirib ki, indiki halda Moskvanın KTMT sıralarında görmək istədiyi ölkələrdən biri məhz Azərbaycandır. Yevseyevin sözlərinə görə, bu barədə zaman-zaman danışılır və qeyd edilən istiqamətdə danışıqlar istənilən vaxt aktivləşə bilər, çünki Azərbaycanın bənzər status üçün imkanı var:“Düzdür, Rusiya xarici işlər naziri iddiaçılar siyahısında Azərbaycan barədə birbaşa qeyd etməyib, çünki Azərbaycandan bənzər müraciət yoxdur. Amma Rusiya Azərbaycanı təşkilatın sıralarında görmək marağını da heç vaxt gizlətməyib”. “Əgər təşkilatlar da bənzər statusu ala bilərsə, MDB və Azərbaycanın müşahidəçi statusu alması mümkündürmü” sualına Yevseyev cavab verib ki, bu barədə Rusiya xarici işlər naziri tərəfindən danışılıb, bunun məqsədi KTMT-nin təsir zonasını və ümumi mənada KTMT-ni genişləndirməkdir:“Bu barədə bəyanatlar göstərir ki, müəyyən proseslər və müzakirələr olub, təşkilat tərəfindən müraciət var. Ermənistan bundan narazı olsa da onun mövqeyi Rusiya və digərləri üçün arxa plandadır”.

Ermənistan parlamentinin deputatı Arman Babacanyan da bildirir ki, Azərbaycan qurumda hansısa formada təmsil olunmaq istəsə, İrəvan bunun qarşısını ala bilməyəcək:“Rusiya Azərbaycanı burada görmək niyyətini gizlətmir. Bu mənada. KTMT-nin Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı sakitliyi normal və ənənəvidir. KTMT Ermənistanın təhlükəsizliyini təmin etməyin müqaviləli öhdəliklərinə sahibdir. Bu, KTMT-nin əslində bacarıqsız, həyati qabiliyyəti olmayan, irrasional bir ittifaq olması həqiqəti haqqında sübut verir. Azərbaycan KTMT-nin fəaliyyətsizliyini göstərir. Azərbaycan, həmçinin, KTMT-nin qarşı çıxmaması ilə dolayı şəkildə göstərir ki, bu hərbi-siyasi ittifaqda əslində ittifaqın nominal üzvü olan Ermənistandan daha çox müttəfiqlərə malikdir. Bu cür hadisələr və KTMT-nin sakitliyi Ermənistanın ictimai-siyasi gündəmində müzakirə mövzusu olmalıdır. Həyat göstərir ki, bu struktur Ermənistanın təhlükəsizliyinin təmin edilməsi işində hər hansı praktik əhəmiyyət və rola malik deyil. Bu vəziyyətdə Azərbaycanın ora üzv olması Bakı üçün hansısa çətinlik də yaratmayacaq. Amma o halda Ermənistanın problemləri daha da artacaq”.

Ümumiyyətlə, İrəvanda belə hesab edilir ki, Azərbaycan hansısa formada KTMT-də təmsil olunsa, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeləri daha da zəifləyəcək. Çünki münaqişə yenidən aktiv fazaya keçəcəyi təqdirdə Ermənistan hansısa formada KTMT-dən, xüsusən də Rusiyadan yardım ala biləcəyinə hələ də ümidlər bəsləyir. Amma digər KTMT üzvləri Ermənistanın bu niyyətlərinin qətiyyən reallığa söykənmədiyini dəfələrlə rəsmi mövqeləri ilə nümayiş etdiriblər. Bu halda Azərbaycanın təşkilatda hansısa formada təmsil olunması Ermənistan üçün növbəti böyük zərbə sayılır. Rusiyalı ekspert Yevgeni Mixaylov da qeyd edir ki, istənilən halda Azərbaycan istəsə, Ermənistanın narazılığına baxmayaraq, KTMT-də müşahidəçi statusu alacaq:“Azərbaycan KTMT-də müşahidəçi statusu alsa, bu, postsovet məkanında təhlükəsizliyin əldə edilməsi üçün böyük bir addım ola bilər. Siyasi stabillik və iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan bu təşkilata lazımdır. Bakının öz siyasi kursu var və dünya dövlətləri onunla hesablaşır. Hətta müşahidəçi qismində belə bir müttəfiq əldə etməyə bir çoxları can atır. Fikrimcə, ümumdünya siyasi vəziyyətini nəzərə alsaq, bu, Bakı üçün də vacibdir. Bundan əlavə, müşahidəçi qismində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərini istənilən yolla geri qaytarmağa hazır olduğunu KTMT-yə üzv ölkələrə daha asanlıqla sübut edəcək”. Elə məsələnin ekspert tərəfindən vurğulanan hissəsi Ermənistanda yaranan əndişəni daha da artırır. Amma elə ermənilərin özlərinin etiraf etdiyi kimi, onların mövqeyini nəzəzrə alan yoxdur. Bu mənada görünən odur ki, qarşıdakı dövr ərzində Azərbaycan KTMT çərçivəsində də Ermənistanı lərzəyə gətirməkdə davam edəcək.

Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ