Cümə günü, 30 oktyabr 2026
     

Düşmən torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır - Fərəc QULİYEV yazır

Image


Son zamanlar daha çox müharibə çağırışı edənlərlə dinc vasitələr axtarışında olanlar arasında  mətbuatda, sosial şəbəkələrdə qarşılıqlı ittihamlar səslənir. Heç bir tərəfdə xəyanətkar axtarmadan ehtiyatlı olmaq və mətbuatımızın həm də Ermənistanda izləndiyinin nəzərə alınmasını xatırlatmaq istəyirəm. Qəribədir ki, polemikalar hərbi təlimlər keçirdiyimiz zamana təsadüf etdi. 

Budəfəki hərbi təlimlər sülh danışıqlarının tam fiaskoya uğradığı vaxta təsadüf edir. Azərbaycan prosesi qabağa aparan, fəallaşdıran, sürətləndirən formatlardan biri kimi hərbi təlimləri doğru seçib. Hətta növbəti təlimlər üçün də anons vermək olar ki, hədəf atışları Qarabağ ətrafında işğal olunmuş ərazilərdə keçiriləcək. Bu ərazilərdəki hər hansı hərəkətlilik üçün heç bir subyekt qarşısında hesabatlı deyilik. Çünki bu halda Azərbaycan nəinki Ermənistana hücum etmir, heç öz ərazisi olan Qarabağda da erməni əsilli azərbaycanlıları narahat etmir, etnik təmizləmə aparmır, özünün beynəlxalq miqyasda tanınan ərazisində təlim keçirmiş olur. Rəsmi İrəvan bir-birinin ardınca dinc nizamlanma prosesini mənasız edən təxribatçı bəyanatlarla çıxış etdiyi zaman keçirdiyimiz təlimlər İrəvana mesajdır. Çünki Ermənistan faktiki əraziləri qaytarmaqdan imtina edir. Dinc danışıqlarla nizamlanmanın alternativi isə hərbdir. “Azərbaycan müharibəyə hazırdır” deməkdir. Bu güc prestijinin cəmiyyət tərəfindən  qüvvətləndirilməsi gərəkdir.

Əksinə, çəkingən bəyanatlar vermək, hərbi təlimlər də daxil olmaqla, bu siyasətə sərf olunan vəsaitin də, əməyin də üstündən xətt çəkmək, bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir. Bu çəkingənlik və qorxmağa bəhanə axtarışı sərgiləndiyi sürəcdə təlimlər və “problemin dinc yolla həlli mümkün deyilsə, güc yolu ilə həll ediləcək” bəyanatları ciddiyə alınmaz.

Keçirilən irimiqyaslı hərbi təlimlər düşmənin psixoloji durumuna təsir edir.

Təlimlərin mahiyyəti Ermənistan işğalçı ordusu ərazimizdən xoşluqla çıxmayacağı halda hərbi yolla çıxardılacağını nümayiş etdirməkdir. Hərbi təlim gücü yoxlamaq və gerçək savaşı məşq etməklə yanaşı, düşmənə psixoloji təziqdir. Bu təlimlər Ali Baş komandanın iradəsi ilə keçirilir. Ən azından, hərbi təlimlər keçirdiyimiz bir zamanda hamının nəbzi eyni vurmalıdır. Bu zaman kəsiyində - ordumuzun əzələ nümayişi zamanı mediada çəkingənlik nümayiş etdirmək müdriklik deyil və görülən işlərə zərər verir.

İndi sosial şəbəkə və KİV-də guya təmkin və analitik düşünmə sonucu olaraq vəziyyətlə barışmaq, sonsuz bir müddətə danışmaq, “savaş olarsa düşmən Kür çayına qədər gələ bilər” ifadəsi işlətmək, ən azı, yaranmış psixoloji ab-havanı əleyhimizə dəyişə bilər. Nəzərə almaq lazımdır ki, biz erməni mətbuatını izlədiyimiz kimi, ermənilər də bizim mətbuatı izləyir.

Əlbəttə, ölçülü-biçili, prosesi xeyirimizə dəyişən hesablanmış addımların atılması zəruridir. Xüsusilə hərb variantı ilə bağlı. Bu planlama Ali baş komandan tərəfindən generalitet və strateji mərkəzlərlə həll olunar. Bunu Prezidentin 28 may çıxışında da duymaq mümkündür. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik.”

İctimai rəy liderlərinin isə indiki anda Qarabağ məsələsi ilə bağlı yanaşmalarında xeyrimizə dəyişmiş psixoloji duruma zərər verməməyi önəmlidir. Bunun kəsinliklə nəzərə alınması lazım. Biz ədalətli sülh istəyirik, hərb istəmirik, amma hərbə hazırıq- fəlsəfəsi ilə davranmalıyıq. Düşmən tərəf torpaqlarımızdan çıxmaqdan savayı seçimin olmadığını anlamalıdır. 

Ehtiyatlı mövqe nümayiş etdirənlərin bəziləri müharibə çağırışı sonuclarından ehtiyatlanan adamlardırsa da, bəziləri sadəcə indiki status–kvodan məmnun halda “vətənim villam, millətim ailəm” yanaşması ilə zamanı ötürmək, şəxsi rahatını risqə buraxmaq istəməyənlərdir. Parlamentin ilk iclasında ölkə prezidenti susmamağa, həqiqətləri deməyə, təhdidlərin qarşısında dayanmağa çağırış etdi. Bu çağırışa əməl etmək əvəzinə əhalidə ruh düşkünlüyü yaradanlara yenə də prezident öz bəyanatları ilə örnək oldu. Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də çıxışı zamanı deyib:

-Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz var və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi... 

-Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.

Prezidentin bu çağırışları, məncə, “qorxmağa bəhanə axtaranlar”ın mövqelərinə yenidən baxmasına kifayət edər.

“Sonsuz səbrli” olmağı tövsiyə edənlər anlamalıdırlar ki, atəşkəs sülh müqaviləsi deyil, müqaviləni hazırlamaq üçün pauzadır. Bu pauza on illərlə davam edə bilməz. Ermənistan ən müxtəlif bəhanələrlə vaxtı uzatmaq və Azərbaycan cəmiyyəti üçün “sakitləşdirmə”, ”unutdurma” taktikasına üstünlük verir. Bunun alternativi vaxt uzandıqca cəmiyyətin daha da aqressivləşdiyini göstərməkdir. Kimsə öz yorğunluğunu, bitkinliyini, ümidsizliyini millətin adından bəyan edərək düşməni ruhlandıra bilməz. 

2016-cı ilin aprel savaşı millətimizin savaşa münasibətini sərgilədi. 2016-cı ildə erməni ordusunun “məğlubedilməzlik” mifini darmadağın edən bir neçə günlük savaş hələ də Ermənistanda müzakirə olunur. Buna görə Ermənistan hərbi rəhbərliyindən bir neçə nəfər işdən qovulub və xüsusi təhqiqat komisiyyası işini davam etdirir.

Bu əməliyyatın bir neçə baxımdan mühüm əhəmiyyəti oldu. Əməliyyat təkcə yüksəkliklərin tərəfimizdən geri alınması, müəyyən ərazilərin azad olunması, düşmənin xeyli itki verməsi baxımından deyil, ən əsası psixoloji–mənəvi cəhətdən əhəmiyyətli idi.

-Ermənistan ictimaiyyətinin öz ordusu haqqında real təsəvvürü və Azərbaycan ordusu haqda real təsəvvürü formalaşdı;

-vasitəçilərin təsəvvürü dəyişdi, danışıq və dinc vasitələrdən yayınma halında Azərbaycan haqqı olan digər yoldan-hərbi yoldan istifadə edəcək qənaəti formalaşdı. Və Azərbaycanın xəbərdarlıqlarının söz güləşdirmək yox, günün birində qəfil həyata keçirilə biləcək son həmlə ola biləcəyi anlaşıldı;

-Azərbaycan xalqının da özünə inamı bərpa olundu; 

-Azərbaycan ictimaiyyətinin də  öz ordusu haqqında real təsəvvürü və Ermənistan ordusu haqda təsəvvürü dəyişdi;

-Xalq prosesə ciddi dəstək verdi, bəlkə də bəziləri xalqın döyüş bölgələrindən gedəcəyini gözlədiyi halda xalq əksinə döyüş bölgələrinə getdi və bunu bütün dünya müşahidə etdi.

Azərbaycan müdafiə naziri cənab Zakir Həsənov 2020-ci il 30 mayda açıqlamasında isə bu mövzuda gözlənilən sonucu ifadə etdi - “bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər Ermənistanın siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”.

Prezidentin bəyanatlarından sonra Müdafiə nazirinin də yanaşmasını ona görə xatırlatdım ki, hər kəs məsuliyyətini hiss etsin. Problemin qeyri-hərbi yolla həllini arzulayanlar problemin hərbi yolla həllinə hazır olduğumuzu daha uca səslə deməlidirlər ki, həm də bölgədə sabitlik istəyənlər bu əhvalı nəzərə alaraq dinc yolla ədalətli status-kvonun bərpası üçün Ermənistanı məcbur edəcək addımlar atsın.

Çağırışımı Prezident, Ali Baş komandan İlham Əliyevin çıxışındakı bir fikirlə tamamlayıram: “Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına!”

Fərəc QULİYEV
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ