Cümə günü, 30 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Sosial şəbəkələr son zamanlar mənəvi terror platformasına çevrilib”

Image


“Sosial şəbəkələr haqqında bu günə qədər həm publisistik, həm də elmi yazılar olub, araşdırmalar aparılıb, onun real vəziyyəti və perspektivi barədə müxtəlif fikirlər, qənaətlər səsləndirilib. Lakin çox az insan gözləyirdi ki, sosial şəbəkələr “virtual terror” platformasına çevriləcək. Doğrudur, sosial şəbəkələr yaradılarkən onların əsas funksiyası insanlar arasında ünsiyyət əlaqəsini daha da sıxlaşdırmaq idi. Amma zaman keçdikcə siyasətin, biznesin, psixoloji hücumların, hətta siyasi inqilabların sosial şəbəkələrə sirayət etməsi bu seqmentin mahiyyətini və funksiyasını tamamilə dəyişdi. Elə bu səbəbdəndir ki, artıq dünya ictimaiyyətində sosial şəbəkələrlə bağlı mənfi qənaət formalaşıb”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb və bu səbəbdəndir ki, bir sıra ölkələrdə sosial şəbəkələr ya qismən, ya da tamamilə qadağan edilib:“Banqladeşdə "Facebook" 2010-cu ildə qadağan edilib. Səbəb isə dinsizliyin təşviqatıdır. Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. “Google”, “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. “Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır. Misirdə də baş verən qarşıdurmalar və etiraz aksiyalarında "Facebook" böyük rol oynayıb. Nəticədə 2010-cu ildə bu ölkədə "Facebook"a giriş məhdudlaşdırılıb. Şimali Koreyada, ümumiyyətlə, "Facebook", "Twitter" və "YouTube" kimi bütün saytlar bağlıdır. İranda 2009-cu ildəki prezident seçkilərindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlanıb. Mərakeşdə kral VI Məhəmməd adına yaradılan saxta səhifələrə görə tez-tez sosial şəbəkəyə girişdə çətinliklər yaranıb. Birləşmiş Ərəb Əmirliklərində də saytlar filtrlənir, bəzən siyasi səbəblərdən də bloklanma olur. Ölkənin bəzi hissələrində, xüsusilə də Dubayda turizm və ticarətin inkişafını təmin etmək üçün nisbətən azad internetə rast gəlinir. “Twitter”, “Facebook”, “YouTube” kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. “Flickr”, “Skype”, «VKontakte» kimi böyük servislərə də uzunmüddətli qadağa qoyulub. Bütün bu ölkələrlə yanaşı, Rusiya, Türkmənistan, Özbəkistan, Tacikistan, Türkiyə və başqa ölkələrdə də sosial şəbəkələr ya qadağan edilib, ya da onlara giriş məhdudlaşdırılıb.

Göründüyü kimi, ayrı-ayrı ölkələrdə sosial şəbəkələrə girişin məhdudlaşdırılmasının səbəbləri demək olar ki, eynidir. Saxta profillər, səhifələr, yalan məlumatlar, ictimai rəyi çaşdırmaq, dağıdıcı inqilablara təşviq, mənəvi terror, həmçinin silahlı qarşıdurmalara və terrora çağırış və s. səbəblərə görə müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə sosial şəbəkələr qadağan edilib. Probleməümumi yanaşdıqda bir daha əmin oluruq ki, sosial şəbəkələr son zamanlar ünsiyyət vasitəsindən daha çox siyasi qarşıdurmalara çağırış, mənəvi terrora, təhqirə məruz qoyma platformasına çevrilib”.

“Sosial şəbəkələrdəki məlumatlara, paylaşımlara görə məsuliyyət məsələsi artıq ABŞ-da da gündəmə gəlib” deyən Vüqar Rəhimzadə əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətini tənzimləməyə kömək edəcək və onların məsuliyyətdən müdafiə hüququnu ləğv edəcək fərman imzalayıb: “Donald Tramp tərəfindən imzalanan sənəd ABŞ-da xüsusən sosial şəbəkələrdə davranış qaydalarını müəyyən edən qanunun 230-cu bəndini qüvvədən salacaq. Bu, internet şirkətlərini yaratdıqları platformalarda yerləşdirilən mesajların məzmununa görə məsuliyyətdən azad edir. Beləliklə, sözügedən bənd “Twitter” və “Facebook” şirkətlərini hər hansı bir paylaşıma görə böhtan və ya şərəf və ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyur. Bununla yanaşı, sözügedən qanun sosial şəbəkə şirkətlərinə həmin paylaşımları redaktə etmək icazəsini tanıyır. Lakin həmin bənd qüvvədən düşdükdən sonra sosial şəbəkə şirkətlərinin toxunulmazlıqları da aradan qaldırılacaq və istər sosial şəbəkə şirkətləri, istərsə də sosial şəbəkə istifadəçiləri yazılan statuslara, postlara görə məsuliyyət daşıyacaqlar”.

Baş redaktor bildirib ki, artıq Azərbaycanda da sosial şəbəkələrdəki fəaliyyətə görə məsuliyyətə cəlb olunma qanunvericiliyi və prosedurları tətbiq edilməsinin vaxtı çatıb:“Əgər bu gün sosial şəbəkələrin və internetin başlanğıc götürdüyü ABŞ-da bu cür addımlar atılırsa, niyə bu, Azərbaycanda da olmasın? Sosial şəbəkələri mənəvi terror və təhqir platformasına çevirmiş “virtual terrorçuların” cəzalandırılması zamanın tələbinə çevrilib. Əli Kərimli və cəbhə trolları, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Arif Məmmədov, Gültəkin Hacıbəyli, eləcə də Qabil Məmmədov, Məhəmməd Mirzəli, Orduxan Temirxan Azərbaycan ictimaiyyətinə yalan danışdıqları, şəxsiyyəti təhqir etdikləri, insanlarımızı mənəvi terrora məruz qoyduqları, hətta iğtişaşlara, fizikiməhv etməyə çağırışlar etdikləri üçün məsuliyyətə cəlb olunmalıdırlar. Bunun üçün milli və beynəlxalq qanunvericilik bazası formalaşdırılmalıdır. Təşəbbüslə çıxış edilməlidir və sosial şəbəkələrdəki mənəvi terrorun qarşısının alınması, bu fəaliyyəti həyata keçirənlərin cəzalandırılması mexanizmləri hazırlanmalıdır”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, sosial şəbəkələrdəki “terror”un və təhqirin qarşısının alınması söz azadlığının məhdudlaşdırılması demək deyil:“Əgər mətbuatda, televiziyada kiminsə ünvanına təhqir ifadə olunursa, məsuliyyətə cəlb etmə, həmin media vasitəsinin cəzalandırılması olur və bu heç də söz və mətbuat azadlığının pozulması kimi qələmə verilmir. Bu cür cəza və məsuliyyətə cəlbetmə tədbirləri niyə sosial şəbəkələrdə olmasın? Şübhəsiz, bu gün ABŞ tərəfindən sosial şəbəkələrin məhdudlaşdırılması ilə bağlı atılan addımlara səsini çıxarmayan Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Cəmil Həsənli Azərbaycanda da eyni addımlar atılacağı təqdirdə susmalı olacaqlar. Əgər fərqli mövqe olarsa, bu onların simasızlığının və ikiüzlülüyünün göstəricisi olacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ