12/07/2020 09:26
728 x 90

Sumqayıtlı 6-cı sinif şagirdi Günay Məsum qızı - cənab Prezident, siz bizim sağlamlığımızı düşündüyünüz üçün...

img

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 6a sinif şagirdi Hüseynli Günay Məsum qızı da Prezident İlham Əliyevə məktub yazıb. Məktəbli Günay qeyd edir ki, bir Azərbaycan övladı olaraq xalqımızın rifahı naminə Prezidentin gördüyü  təmənnasız yaxşılıqlardan xəbərdardır. “Siz qabaqlayıcı tədbir olaraq, biz şagirdlərin sağlamlığını düşünərək mart ayının əvvəlindən bütün ümumtəhsil müəssisələrinin fəaliyyətini dayandırdınız. Bu, biz vətəndaşların sağlamlığına verdiyiniz önəmin bariz nümunəsidir. Bizləri düşündüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Biz də öz vəzifələrimizi dərk edərək "Evdə qal, təhsildən qalma" aksiyasına qoşulduq. Bizə yaratdığınız şəraitdən istifadə edərək "Dərs saatı" və müəllimlərimizin bizə onlayn keçdikləri dərslər vasitəsilə gələcəkdə dövlətimizin müxtəlif sahələrinin inkişafına töhfə vermək üçün səylə çalışırıq”-deyə məktəbli qeyd edib.

Baki-xeber.com

Son xəbərlər