Pandemiya ilə mübarizə dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bütün tədbirlər vətəndaş məmnunluğuna sbəb olub.
Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindən tələbə Bayramov Vüqar Habil oğlu Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirir:”Sizin bütün addımlarınız, qərarlarınız bir daha göstərdi ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz dövrdə belə xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində gördüyünüz işlər dünya ölkələrinə nümunə oldu. Xalqımızın sağlamlığı və rifahı Sizin üçün birinci dərəcəli məsələdir. Mən də Sizin humanistliyinizdən bəhrələndim. Bu günlərdə məni tələbə olaraq dövlət təqaüdü, bacımı isə müəllim olaraq əməkhaqqı ilə təmin etdiniz. Bu, Sizin bir daha tələbələrə, gənclərə həm maddi, həm də mənəvi cəhətdən göstərdiyiniz qayğının bariz nümunəsidir”.
Suraxanı sakini məktubunda bütün bunlara görə ölkə başçısına dərin minnətdarlığını bildirir.
Baki-xeber.com