12/07/2020 09:38
728 x 90

“Hətta pandemiya dövründə ölkədə yeni iş yerləri yaratdınız" - Neftçala şəhərindən Nuriyyə Qədirovanın Prezidentə məktubu...

img

Prezident İlham Əliyevin pandemiya ilə mübarizə dövründə iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin yaradılmasına xüsusi diqqət yetirməsi vətəndaşlar tərəfindən təqdir edilir.

Neftçala şəhərindən Prezident İlham Əlievə məktub ünvanlayan Qədirova Nuriyyə Məhərrəm qızı öz məktubunda bu məsələyə diqqət yetirib:”Siz pandemiya dövrünə baxmayaraq ölkədə yeni iş yerləri yaratdınız. Mən neçə illər idi ki, işsiz idim. Xəstə anamın himayəsində qalırdım. Sizə böyük təşəkkür edirəm ki, mənim kimi işsizlər işlə təmin olunduq. Uca Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirik.

Mən həmişə fəxr etmişəm ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşıyam. Siz Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz dövrdən bu günə kimi ölkədə güclü iqtisadiyyat yaratdınız. Siz həmişə hər bir vətəndaşın yanında olmusunuz. Bu günlərdə harınlamış məmurlara qarşı apardığınız mübarizə aztəminatlı təbəqəni çox sevindirir. Bizə bu sevinci yaşadan Sizin qüdrətinizdir”.

Məktub müəllifi görülən bütün işlərə görə Prezidentə özünün və anasının  adından minnətdarlığını bildirir.

Baki-xeber.com

Son xəbərlər