12/07/2020 10:52
728 x 90

Kəlbəcərli 2-ci qrup Qarabağ əlili Zeynalov Əfqan Prezidentə "Pandemiya bizlər üçün daha qorxulu idi" deyə yazdı…

img

Kəlbəcər rayonundan məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili Zeynalov Əfqan Behbud oğlu Prezident İlham Əliyevə müraciət edib. Qarabağ qazisi məktubunda dünyanı cənginə alan pandemiya ilə mübarizədə Prezidentin düzgün addımlar atdığnı, səmərəli tədbirlər həyata keçirdiyini qeyd edir. O, vurğulayır ki, bunun nəticəsində vətəndaşlarımızın bu təhlükəli virusa yoluxma riski minimuma endirilib. “Müxtəlif xəstəlikləri və əlillik dərəcələri olan Qarabağ qaziləri üçün koronavirus böyük təhlükəlidir. Belə bir çətin dövrdə vətəndaşlarımızın bu pandemiyadan xilas olunması uğrunda mübarizəniz Sizin vətənpərvərliyinizi, cəsur sərkərdəliyinizi bir daha sübut etdi. Mən bütün xalqım adından, Qarabağ qaziləri adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”-deyə Ə.Zeynalov məktubunda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər