Cümə günü, 30 oktyabr 2026
     

Azərbaycan ordu amilini Qarabağ çözümündə ön plana çıxarır…

Image


 Dağlıq Qarabağ münaqişəsi ətrafında işğalçı Ermənistanın son addımları məsələnin dinc müstəvidə həllini əngəlləməkdə davam edir. Xüsusən də separatçı rejim rəhbərinin Şuşada təşkil edilən “andiçmə” mərasimi Ermənistanın sülh yolundan uzaq qaçdığını çox aydın şəkildə nümayiş etdirir.  Hadisələrin bu səpkidə inkişafı isə əraziləri işğal altında qalmaqda davam edən Azərbaycanı təbii olaraq ciddi surətdə narazı salır. Bütün bunlar fonunda rəsmi Bakı Qarabağ konfliktini güc müstəvisində həll etməkdən başqa çıxış yolunun qalmadığına dair xəbərdarlıqlarını artırır, düşmənə, onun havadarlarına açıq mesajlar verir.

Qeyd edilən xüsusda son dövrlərdə bir neçə məqam ayrıca diqqət cəlb edir. Bunlardan biri Prezident İlham Əliyevin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı səsləndirdiyi fikirlərdir. Dövlət başçısı burada ordumuzla bağlı maraqlı xəbərdarlıqlar etdi:“Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan ordusu istənilən vəzifəni icra edə bilər". Bunun ardınca diqqət çəkən daha bir məqam Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan ordusunun rəhbər heyəti ilə xidməti müşavirədə dedikləri oldu. Nazir bildirib ki, şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır:“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq”. Bundan başqa, müdafiə naziri diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib:“Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalarla mütəmadi olaraq təchiz edilməsi ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir”. Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.

Beləliklə, bu fikirlərdən aydın görünür ki, Azərbaycan ordu amilini Qarabağ məsələsinin həllində ön plana çıxarır. Yaxın tezlikdə münaqişənin çözümü ilə bağlı müvafiq addımlar atılmasa, məhz güc faktoru burada öz sözünü deməli olacaq. Bunu Moskva Siyasi və Hərbi Təhlillər Mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin də istisna etmir. O bildirib ki, ümumilikdə Azərbaycan və Ermənistan arasında müharibə təhlükəsi həmişə, eləcə də bu gün var:“Mən həmişə demişəm ki, bir gün nəsə bir şey mütləq olacaq. Bundan əlavə, bəli, hərbi təlimlər örtüyü altında müharibəyə başlamaq həqiqətən də bəzən çox rahat olur. Lakin hər iki tərəf bir-birinin hərbi təlimləri haqqında əvvəlcədən öyrəndiyi üçün bu özlüyündə rəqibə xəbərdarlıq edir. Lakin indiki halda Azərbaycan burada daha çox seçilir və onun səbri tükənmiş kimi görünür”. Xramçixin qeyd edib ki, bu fonda Bakı məsələnin güc yolu ilə həllinə start verə bilər və bunun üçün Azərbaycan bütün resurslara sahibdir:“Burada həm də beynəlxalq şəraiti nəzərə almaq lazımdır. Məsələn, Rusiyanın proseslərə baxışı indi xeyli dəyişib və bunu Azərbaycanda da yaxşı sezirlər”. Ümumiyyətlə, düşmənə də yaxşı bəllidir ki, Bakı əlverişli şərtlər yetişən kimi masa üzərindəki hərb variantını həyata keçirəcək. Analitiklər hesab edir ki, Azərbaycan artıq bu şəraiti formalaşdırıb. Indi Azərbaycanın Qarabağ münaqişəsini güc yolu ilə həll etməsinə dünya, o cümlədən Rusiya hansısa ciddi reaksiya verməyəcək. Ermənistanın “Past” nəşri də yazır ki, bütün bunlar İrəvan üçün böyük təhlükə olduğu halda, Azərbaycan vəziyyətdən maksimal dərəcədə öz lehinə faydalanmağı düşünür:“Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsi Qarabağ münaqişəsi ətrafında duruma getdikcə daha çox təsir edir. Azərbaycanın artan hərbi ritorikasından bunu görmək olar. Üstəlik, Rusiya ilə Ermənistan arasında olanlar iqtisadi ilə yanaşı, həm də siyasi bir komponentə malikdir. Eyni zamanda bu, ümumi dövlətlərarası münasibətlərin yalnız bir tərəfidir. Əslində, son iki il ərzində Ermənistan-Rusiya münasibətləri, yumşaq desək, olduqca qeyri-müəyyəndir. Fakt budur ki, rus tərəfdaşları tərəfindən Ermənistan hakimiyyətinə inamsızlıq artır və qarşılıqlı münasibətlər getdikcə mürəkkəbləşir. Əvvəlcə yeni hakimiyyət Rusiya ilə gözəl tərəfdaşlıq münasibətlərinin olduğuna inandırmağa çalışırdısa, üstəlik, Paşinyan da Putinlə dost münasibətləri olduğunu göstərmək istəyirdisə, indi həm xarici işlər naziri Zöhrab Mnatsakanyan, həm də baş nazir Nikol Paşinyan ciddi problemlərin olduğunu etiraf edir. Bunlar “işgüzar” kimi təqdim olunur, ancaq Paşinyanın “hər şey normaldır” kimi təqdim etməyə çalışdığı şəkildə deyil, daha mürəkkəb olduğu açıq-aydın görünür, problemlər etiraf olmadan da açıqdır, bunu bir sıra hadisələr də sübut edir. Hətta 2019-cu ilin oktyabrında, İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində Putinin bütün “nüansları” ilə səfəri, o cümlədən Robert Köçəryanın həyat yoldaşı və oğlu ilə görüşü, Paşinyan tərəfindən təkrarən yola salınması faktı ilə və digər səbəblər bir çox şeydən xəbər verir. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarla əlaqədar bir sıra açıqlamalar verdi. Bir həftə əvvəl də  Lavrovun Mnatsakanyanla telefon danışığı oldu, rəsmi məlumata görə, onlar koronavirusla mübarizə və Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edib. Elə həmin gün mediada Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı siyasi təqib məsələsinin telefon danışığının müzakirə mövzusu olması barədə məlumatlar yayıldı. Xarici İşlər Nazirliyinin mətbuat katibi bu məlumatı təkzib etsə də, telefon danışığının hakim Anna Danibekyanın Köçəryanın qətimkan tədbirini dəyişdirmək barədə vəsatətini ləğv etməsindən ertəsi gün baş verməsi diqqət çəkir.
Bir sözlə, Rusiya rəsmilərinin Ermənistan hakimiyyət orqanlarının, xüsusən Nikol Paşinyanın hərəkətlərinə münasibətini tədricən diplomatik “mesajlardan” birbaşa, üzbəüz “danışıqlar” vəziyyətinə keçməsi halı baş verir. Ermənistan-Rusiya münasibətlərindəki boşluqlar getdikcə daha çox rəng alır, bunu isə heç rus tərəfi də artıq gizlətmir. Rusiya mediasında getdikcə daha sərt yazıların ortaya çıxması təsadüfi deyil ki, bu da Paşinyan və komandasının yaxın ətrafına sətiraltı və “sətirüstü” çox mənfi münasibəti açıq şəkildə göstərir. Bunun davamının Qarabağ müstəvisində olacağına da artıq şübhə yeri qalmır”. Hesab edilir ki, bu gedişlə Rusiya Qarabağ kartı ilə də Paşinyan iqtidarının mövqeyini sarsıtmaq niyyətini həyata keçirə bilər. Bu isə zəbt edilmiş ərazilərin daha bir hissəsinin Azərbaycanın nəzarəti altına qayıtması ilə nəticələnəcək.  Elə "1in.am” saytı da yazır ki, son günlər Rusiyanın Ermənistana təzyiqləri güclü şəkildə artıb: "Özü də bu təzyiq ən müxtəlif sahələri əhatə edir. Bir sıra hallarda isə diplomatik normaları belə aşır. Mahiyyət etibarilə Ermənistanın hakimiyyət orqanlarına Kreml barmaq silkələyir. Bu təzyiqlərə cavab olaraq Paşinyan iqtidarı daha çarəsiz duruma düşür. Bu durumda Rusiyanın yeni Qarabağ savaşını əngəlləməsini gözləmək sadəlövhlük olardı”.

Bütün bu qeyd edilənlər fonunda indi Azərbaycanın da yeni savaş mesajları Ermənistanı daha da əndişələndirir. Düşmən də görür ki, bu gün Azərbaycan ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə düşməndən dəfələrlə üstün mövqedədir. Azərbaycan ordusunun malik olduğu silah və texnikanın əsas hissəsi tam şəkildə yenilənib, şəxsi heyət ən müasir silahlarla təchiz olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. Bundan başqa, ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi Azərbaycanda istehsal olunan silah-sursat növləri öz göstəricilərinə görə fərqlənir. Elə bu fonda da güclü Azərbaycan ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir. Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlardan fərqli olaraq, Ermənistanda əks proses müşahidə edilir. Bu durumda ordumuzun qüdrətlənməsi, Qarabağ problemi müharibə yolu ilə həll ediləcəyi təqdirdə, sözsüz ki, ölkəmizin üstünlüyünü artırır. Erməni tərəfini də qorxudan elə budur. Düşmən yaxşı bilir ki, Azərbaycan Qarabağ məsələsində ordunu hərəkətə gətirsə, Ermənistanın tam məğlubiyyəti qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ