Cümə günü, 30 oktyabr 2026
     

Ermənilərin Gürcüstanda gürcü və azərbaycanlılara qarşı qorxunc fəaliyyəti həddini aşır... İki istiqamətli erməni ssenarisi gündəmdə...

Image


Cənubi Qafqazda Ermənistanın, ona bağlı qüvvələrin təkcə Azərbaycan yox, həm də regionun digər dövləti olan Gürcüstan üçün ciddi təhdid yaratdıqları birmənalı həqiqətdir. Hazırda ermənilərin Gürcüstan üçün hazırladığı düşmən ssenarisi iki istiqamətdən özünü göstərir. Bunlardan birincisi Gürcüstana qarşı olan ərazi iddilarıdır.

Məlumdur ki, ermənilər uzun müddətdən bəri Gürcüstanda Samtsxe-Cavaxetiya bölgəsini ələ keçirmək istiqamətində intensiv iş aparır. Bu xüsusda gürcü tərəfinin gördüyü qabaqlayıcı tədbirlər hələ də istənilən nəticəni vermir. Əvəzində ermənilərin daha bir istiqamətdə təhlükəli fəaliyyəti genişlənir. Söhbət Gürcüstanda yaşayan etnik azlıqlarla gürcü milləti arasında qarşıdurma yaratmaq səylərindən gedir. Ermənilərin bu istiqamətdə əsas fəaliyyəti hazırda Gürcüstan azərbaycanlıları ilə gürcülər arasında qarşıdurma yaradılması üzərində qurulub. Bu barədə danışmazdan öncə qeyd edək ki, Gürcüstanda əhalinin 83,8%-ini təşkil edən gürcülərdən əlavə digər böyük etnik qruplar da var. Bunların 6,5%-i azərbaycanlılar, 5,7%-i  ermənilər, 1,5%-i ruslar, qalanları abxazlar, acarlar və osetinlərdir. Cənubi Qafqazın yerli sakinləri olmayan ermənilər XXI əsrdən etibarən, Qafqazın digər regionları ilə yanaşı, Gürcüstanda da məskunlaşdırılıb. O vaxtdan bəri ermənilər, Azərbaycan və Türkiyə ilə olduğu kimi Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Yuxarıda qeyd edildiyi kimi, onlar Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Eyni zamanda burada etnik zəmində qarşıdurma yaratmağa da çalışırlar. Bunu gürcü tərəfi özü də etiraf edir. Keşikçidağ ətrafında yaranan məlum durum fonunda bu hal özünü aydın göstərdi. Bu xüsusda ötən ayın əvvəlində Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin hesabatında maraqlı məqamlar qeydə alındı. Burada qeyd olunurdu:“Ötən il bəzi qruplar və fərdi şəxslər də daxil olmaqla, müxtəlif qüvvələr Keşikçidağ ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”. Sənəddə bildirilirdi ki, Gürcüstan-Azərbaycan sərhədində vəziyyətin saxtalaşdırılması ilə dağıdıcı kampaniya aparılıb və bu kampaniya strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdüb:“Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycanla qonşuluq münasibətlərini davam etdirir. Bununla belə, davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər mövcuddur. Gürcüstan etnik və dini müxtəlifliyə görə daim dözümsüzlük və separatizm təzahürlərinin eskalasiyası təhlükəsi altındadır. Məhz buna görə xarici ölkələrin xüsusi xidmət orqanları Gürcüstanın müəyyən bölgələrinə maraq göstərir. 2019-cu ildə Gürcüstanda ultrasağ düşüncəli qruplarla bağlı risqlər müəyyən edilib. Bu cür fikirlər davam edən qlobal böhran nəticəsində artan beynəlxalq miqrasiya prosesi ilə də bağlı olub”. Hesabatda vurğulanırdı ki, Gürcüstanın təhlükəsizliyi üçün önəmli problemlərdən biri də hibrid təhdidlərdir: “Gürcüstanda təsirə sahib olmaqda maraqlı ölkələr məqsədlərinə nail olmaq üçün “hibrid müharibə” alətlərini daha effektiv istifadə etmək məqsədilə cəmiyyətdə müxtəlif qrupları araşdırmağı davam etdiriblər”. Elə o vaxt aydın idi ki, söhbət burada əsas etibarı ilə ermənilərdən, Ermənistanın xüsusi xidmət orqanlarından gedir. Çünki məhz ermənilər gürcülərlə azərbaycanlıların arasında problemlərin olmasında xüsusi maraqlı tərəf kimi çıxış edir.

Bütün bunların ardınca indi yayılan yeni məlumatlar göstərir ki, bu istiqamətdə ermənilərin mənfur fəaliyyəti davam edir. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin  yaydığı yeni bəyanatdan da bunu aydın sezmək olar. Burada qeyd olunur ki, Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlar var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər. Sənəddə deyilir ki, həmin insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə Kvemo Kartli və Kaxeti bölgələrində dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar. Bildirilir ki, bu istiqamətdə yalan və aqressiv çağırışlar yaymaqla bir qrup şəxs etnik gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən ifadələr və hərəkətlərə yol verir. Bununla da insan hüquqlarının kobud şəkildə pozulması baş verir. Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, guya etnik gürcü əhali Gürcüstandakı digər etnik azlıqlardan üstündür. Bu da milli qarşıdurma risqini daha da artırır. DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrıseçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti günahkarların kimliyini açıqlamasa da, məlumdur ki, söhbət burada əsas etibarı ilə məhz ermənilərdən gedir. Məsələ burasındadır ki, rəsmi Gürcüstan hökuməti Ermənistanla diplomatik səviyyədə normal münasibətlər saxlamağa çalışdığı üçün baş verənlərin arxasında ermənilərin dayandığını birbaşa bəyan etmir. Lakin gürcü xalqı arasında ermənilərə mənfi münasibət var. Gürcüstanda yaşayan yerli ermənilərin ərazi iddiları, həm də  Rusiyayönümlü olduqları üçün gürcü cəmiyyətində onlara qarşı münasibət olduqca neqativdir. Indi ermənilərin burada etnik azərbaycanlılarla gürcülər arasında qarşıdurma yaratmaq niyyəti onlara qarşı nifrəti daha da artırır.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ