DOST mərkəzindən Nərminə Mansurova Prezidentə nə üçün minnətdarlıq etdi...

Pandemiya dövründə ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də sosial-ictimai yönlü təşkilatların fəaliyyətinin genişləndirilməsi həmin qurumların təmsilçilərinin rəğbətinə səbəb olub.
Bakı şəhərindən DOST İş Mərkəzinin sosial işçisi Mansurova Nərminə İsa qızı Prezident İlham Əliyevə yazdığı məktubda bunları qeyd edir: “Azərbaycanın sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu… Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına ciddi nəzarət xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Yasamal sakini olaraq, Sizin sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin sosial işçisi kimi Sizə xalqımıza bu qədər diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun”.
Baki-xeber.com