12/07/2020 10:18
728 x 90

Əməkdar müəllim Eliza İsayeva Prezidentə "Siz dövlət başçısı,ata və oğul qayğısı.. "

img

Ağdamdan Respublikanın Əməkdar müəllimi Eliza İsayeva Prezident İlham Əliyevə məktub yazıb.

“…Vəziyyətin belə ağır vaxtında Sizin müdrik qabaqlayıcı tədbirləriniz xalqımızı bu ağır böhrandan az itki ilə qurtarmaqdadır. Xalq pandemiya dövründə özünün tək olmadığını hiss etdi. Siz bir dövlət rəhbəri olmaqla yanaşı, hər bir vətəndaşımıza ata və oğul qayğısı göstərdiniz. Sizin hər bir müraciətiniz Azərbaycan xalqını bu virusla mübarizədə daha diqqətli olmağa çağırdı. Bu çağırışda xalq Sizin səmimiyyətinizi, həyəcanınızı hiss etdi. Sizin hər bir çıxışınız, Sərəncamınız xalqımızı ətrafınızda daha da sıx birləşdirdi. Bu, xalqın Sizə inamı, etibarı idi. Bunu da Siz öz əməllərinizlə, xalqa olan sevginizlə qazanmısınız. Mən sadə bir vətəndaş kimi, bütün müəllim ordusu adından Sizə dərin təşəkkürümü bildirirəm. Bir dövlət rəhbəri kimi, Sizin zəhmətinizi öz işimizlə həmişə doğrulduruq. Biz Sizinləyik. Sizin arxanızda Sizi sevən Azərbaycan xalqı dayanıb və dayanacaq da. Biz birlikdə güclüyük”-deyə Əməkdar müəllim bildirir.

Baki-xeber.com

Son xəbərlər