12/07/2020 11:29
728 x 90

“Bu ahıl vaxtımızda Sizin sayənizdə evimizə dönə bildik” - Bakıdan Zeynalovların Prezidentə məktubu...

img

Pandemiya dövründə ölkəmizdən kənarda olan vətəndaşlarımıza Prezident İlham Əliyevin göstərişi ilə qayğı və diqqət göstərilməsi onların məmnunluğuna səbəb olub.

Bakı şəhər sakinləri Bilal Piri oğlu Zeynalov və Həyat Oktay qızı Zeynalova Prezident İlham Əliyevə yazdıqları məktubda bu məsələdən bəhs ediblər. “Dünyada kütləvi hal alan COVID-19 pandemiyası başlayanda mən həyat yoldaşımla Rusiya Federasiyasının Yessentuki şəhərində müalicə alırdıq. Sizin xaricdə qalmış azərbaycanlıları diqqət mərkəzində saxlayaraq, hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu ahıl yaşımızda tam təhlükəsiz və sağlam şəkildə evə dönməyimiz dövlətimiz tərəfindən təmin edildi”.

Prezidentin “Biz birlikdə güclüyük!” çağırışına xalqımızın cavab verdiyini və həmrəylik nümayiş etdirdiyini qeyd edən məktub müəllifləri, həmçinin, xalqa dəstək olduqlarına, xalqın sağlamlığı üçün yorulmadan çalışdıqlarına görə Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.

Baki-xeber.com

Son xəbərlər