12/07/2020 10:00
728 x 90

“Mən xaricdə oxuyan azərbaycanlı tələbəyəm” - Polşadan Mehrac Məmmədovun Prezidentə yazdıqları...

img

“Mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş edib. Ölkəmizin hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah körpüsüdür. Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm”.

Bu fikirlər Polşa Respublikasının Varşava şəhərindəki WSB Universitetinin tələbəsi Mehrac Məmmədovun Prezident İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.

Baki-xeber.com

Son xəbərlər