Cümə günü, 30 oktyabr 2026
     

Ermənilərin yeni versiyaları - Ramil Səfərovun ekstradisiyasında İlham Rəhimovun vasitəçiliyi və 2012-ci ildə prezident Sarkisyanın Ramil Səfərovla bağlı son tapşırığı...

Image


Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı adi prosedur qaydasında Avropa Məhkəməsinə ermənilərin etdikləri şikayətlə əlaqəli yekun qərarın verilməsi erməni KİV-ni yenidən bu mövzu ətrafında yersiz manipulyasiyalar etməyə həvəsləndirib.

Onların iddiasına görə, guya bu işdə maddi amil vacib rol oynayıb və Azərbaycan zabitimizi pulun gücü ilə ekstradisiya etdirib. Onların versiyasına əsasən, bu işdə “vasitəçiliyi”, yəni “dillerlik” rolunu Putinin tələbə yoldaşı kimi tanınan, Azərbaycan əsilli milyarder İlham Rəhimov edib. Sitat: “Bu hadisə 2012-ci ildə danışıqlarda masada olan Kazan prosesinin iflasa uğraması ilə nəticələndi... Hətta həmin ildə keçirilən Təhlükəsizlik Şurasının iclasında prezident Sarkisyan milli təhlükəsizlik naziri Qorik Akopyana üzünü tutaraq, “bununla bağlı sizə xüsusi tapşırıq olacaq” demişdi. Qorik Akopyan 2016-cı ildə vəzifəsindən çıxarılıb, 2017-ci ildə isə xəstəlikdən ölüb. Bəs həmin xüsusi tapşırığın taleyi necə oldu?”.

Göründüyü kimi, ermənilər öz xislətlərinə uyğun olaraq Ramil Səfərovla bağlı prosesdə iftiralara yol verirlər.  Bu işdə milyarder İlham Rəhimovun adının “diller” kimi hallanmasına münasibət öyrənmək üçün iş adamı ilə əlaqə saxlamağa cəhd etdik, ancaq niyyətimiz alınmadı. Buna baxmayaraq, biz araşdırdıq ki, İlham Rəhimov məhz Ramil Səfərovun Azərbaycana ekstradisiya olunduğu ildə yerli mətbuata müsahibə verib və sözügedən prosesdə rolunun nədən ibarət olduğuna aydınlıq gətirib. Sitat: “Mətbuatda da bu haqda getmişdi, Ramil Səfərov məsələsi ilə bağlı hələ bir neçə il öncə həbsxanada onun yanında olmuşdum. Sonra mediaya bu haqda qısa xəbər verdim, amma görülən işlər, nə etmək istədiyimiz barədə heç nə danışmamışdıq; bu o zaman doğru deyildi. İctimaiyyət də bilirdi ki, bu işlə məşğulam. Bu prosesin içərisində olduğum üçün məsələnin mahiyyəti və detalları barədə bilgiliyəm. O zaman bunları gizli saxlamalı idik, indi daha bunları açıb söyləmək olar. Mən bu işlə birbaşa cənab Prezident İlham Əliyevin tapşırığı və razılığı ilə məşğul olurdum. Yəni mən bu məsələnin hüquqi həll mexanizmlərini araşdırırdım. Bu məsələ ilə bir vətəndaş və bir hüquqşünas, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti kimi məşğul olmağı özümə borc bilirdim. Ramil Səfərov məsələsini dərindən bilmək üçün gərək gedib Macarıstandakı hüquqşünaslarla diskussiya aparmaq, Ramilin özü ilə söhbət etmək, xüsusilə cinayət işi ilə tanış olmaq lazım idi. Cinayət işini oxumayana qədər hansısa nəticəyə gəlmək, həqiqəti, çıxış yollarını bilmək çətin idi. Bu prosedurları keçəndən sonra Macarıstandakı rəsmilərə sübut etməyə çalışdım ki, birincisi, Ramil Səfərova verilən cəza törətdiyi cinayətə uyğun gəlmir, həddindən artıq yüksəkdir, ağırdır. Düzdür, hakim hökm verəndə daxili inamını da nəzərə alır, amma mən onlara bildirdim ki, Ramil Səfərova hökm çıxararkən, cəza verərkən yalnız ağırlaşdırıcı halları nəzərə alıb, amma onun işi ilə bağlı yüngülləşdirici halları nəzərə almayıb. Bu dəqiq belə idi”.

Göründüyü kimi, hüquqşünas olan iş adamı bu işlə maraqlandığını, hətta Ramil Səfərovla həbsxanada görüşdüyünü də etiraf edir. O, qeyd edir ki, bu işlə əsasən bir hüquq professoru olaraq maraqlanıb və zabitimizin azad olunması istiqamətində hüquqi vasitələrin axtarılmasına çalışıb. Aydındır ki, burada hər hansı bir sövdələşmədən söhbət belə gedə bilməz.

Ramil Səfərovla bağlı həyata keçirilən ekstradisiya və onun əfv olunmasının qanuniliyinə toxunan hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ekstradisiya olunduqdan sonra Ramil Səfərova qarşı atılan addımların ədalətsiz olduğu nəzərə alınıb və Prezident tərəfindən əfv olunub: “Beynəlxalq qanunlar var, beynəlxalq hüquq var. Həbs olunan şəxslərin bu və ya digər ölkədən öz dövlətlərinə, vətəndaşlıqlarını daşıdıqları ölkəyə köçürülməsi, ekstradisiyası qaydaları mövcuddur. Həmin qaydalara görə, ekstradisiya olunan məhbus həmin ölkəyə qədəm qoyduqda o ölkənin qanunları çərçivəsində məhbus kimi sayılır. Azərbaycan qanunlarına görə də ölkə başçısı kimi Prezident ölkədə əfv etmək səlahiyyətinə malikdir. Ramil Səfərov da Azərbaycan vətəndaşı olaraq ölkəyə qədəm qoyduğu andan dövlətin qanunları ona şamil olunurdu. Prezident də buna görə onu əfv etdi. Əfv etməsəydi, o zaman Ramil Səfərov başqa variantla Azərbaycan həbsxanalarına göndərilməliydi. Amma onu Azərbaycanda həbsxanaya göndərmək erməni fitnəkarlığına haqq qazandırmaq, erməni vəhşiliklərinin, ermənilərin törətdikləri cinayətlərin unudulması demək olardı.

Ramil Səfərovun ekstradisiyası və əfv olunması cənab Prezidentin qətiyyətli siyasətinin və Azərbaycan Ordusuna, zabitinə, vətənpərvər övladımıza diqqət və qayğısının nəticəsidir. Ölkə başçısı bu addımı atarkən yalnız və yalnız Azərbaycanın milli, dövlət marağını, eyni zamanda da Ermənistanla müharibə şəraitində olduğu bir zamanda ölkənin qətiyyətli mövqeyini ortaya qoyub. Sarkisyanın həmin vaxt öz təhlükəsizlik nazirinə guya hansısa tapşırığı verəcəyi ilə bağlı dediklərinə şou adı vermək olar. Belə təəssürat yaratmağa çalışıb ki, guya onlar da bunun qisasını başqa cür almağa hazırlaşırlar. Ancaq bu müddət ərzində gördük ki, heç nə baş vermədi. Deməli, blef olub”.

Məhəmmədli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ