15/07/2020 06:21
728 x 90

Ramil Səfərovun Macarıstandan gətirilməsində İlham Rəhimov vasitəçilik edib? - Sarkisyan Ramillə bağlı 2012-ci ildə hansı son tapşırığı verib?

img

Erməni mediası yeni versiyalar uydurmağa başlayıb. Neçə gündür ki, Avropa Məhkəməsində guya Ramil Səfərov barədə şikayət məsələsində qalib gəldiklərini iddia edirlər. Halbuki Avropa Məhkəməsi ermənilərin Azərbaycanı qətldə məsul tutmaq cəhdlərinə sadəcə rədd cavabı verdi. Bu qədər…

İndi təzə uydurma tapıblar. Guya Ramil Səfərov 2012-ci ildə "Putinin dostu, milyarder İlham Rəhimovun vasitəçiliyi ilə Azərbaycana ekstradisiya olunub". Yeni saxtakarlıq… Həqiqət isə budur ki, Ramil beynəlxalq ekstradisiya qaydalarına tam uyğun olaraq və İlham Əliyevə Macarıstan rəhbərliyinin yüksək şəxsi etimadı əsasında ekstradisiya olunub.

Məsələ ilə bağlı ermənilərin bir mülahizəsi də maraqlıdır. 2012-ci ildə Ramil Səfərov Bakıya qaytarılanda o vaxtkı erməni prezident Sarkisyan Təhlükəsizlik Şurasının iclasında sədr Akopyana deyib ki,"…Qarik, indi sən nə etmək gərək olduğunu bilirsən"…

Xatırladaq ki, Akopyan TŞ sədri postundan 2016-cı ilin aprel hadisələrindən sonra çıxarılıb və 2017-ci ildə xəstəlikdən ölüb.

Sarkisyanın ona tapşırığı nə olub?

Baki-xeber.com

Son xəbərlər