11/07/2020 01:45
728 x 90

Paşinyan Ermənistanın 30 illik tarixini əhatə edən “cinayət dastanı” açmağa başladı

img

Ermənistanda 1991-ci ildən 2018-ci ilə kimi olan bütün növ qanun pozuntularını araşdıracaq Faktoloji Komissiya yaradılır. Erməni KİV-nin verdiyi məlumata görə, komissiyanın tərkibində parlamentdə təmsil olunan deputat fraksiyalarının nümayədələri, ali məhəkəmə şurası və ombudsmanın üzvləri təmsil olunacaq. Yaradılacaq komissiyanın hər hansı cəza tədbirləri vermək səlahiyyəti olmayacaq, ancaq qanun pozuntuları ilə bağlı toplanan faktları hüquq-mühafizə orqanlarına təqdim etməsi mümkün olacaq. İki ildən sonra isə komissiya yekun rəyini açıqlamalıdır. Bununla Paşinyan hansı məqsədə çatmaq istəyir?

AMİP funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ideyanı heç Ermənistanın özündə ciddi qəbul etmirlər:

  •  “Bu, hakimiyyətin opponentlərinə qarşı ortaya atdığı növbəti təzyiq üsuludur”
  •  

“Paşinyana müxalif olan dairələr hakimiyyətin bu addımını növbəti şou kimi dəyərləndirirlər. İş burasındadır ki, son 30 il ərzində baş verən qanun pozuntularını iki ilə tədqiq etmək fiziki baxımdan mümkünsüzdür. Çünki həmin illər ərzində baş verənlərdən bəlkə də 10 minlərlə şikayət olacaq. Hətta günahı olanlar da reabilitasiya olunmaq üçün həmin komissiyaya müraciət edəcək. Bu, hakimiyyətin opponentlərinə qarşı ortaya atdığı növbəti təzyiq üsuludur. O anlama gəlir ki, istənilən şəxs həmin komissiyanın araşdırmasına təqdim oluna bilər. Təbii ki, söhbət vaxtilə vəzifə tutmuş adamlardan gedir. Bu, demək olar ki, Ermənitanın müstəqilliyindən indiyə kimi olan dönəmini əhatə edir. Bununla Paşinyan korrupsiya və digər qanunsuzluqlarla mübarizə adı ilə ölkədə xof yaradır və sabiq vəzifəli şəxsləri total nəzarət altında saxlamaq istəyir. Paşinyan hakimiyyətə gələndən sonra belə addımları bir qədər kiçik miqyasda atıb. Demək olar ki, ən qatı siyasi rəqiblərini həbsə salıb, digərləri barəsində isə cinayət işləri açdırıb. İndi də bu şouya gedir. Onun konkret şəxslərə yönəlik repressiv addımları sərt tənqidə məruz qalıb. İndi bunu xalqın dəstəyini qazanmaq adı ilə həyata keçirməyə can atır. Populust addımdan başqa nəsə deyil. Adətən belə komissiyalar konkret sahədəki qanun pozuntularını araşdırmaq üçün yaradılır. 30 il müddətində Ermənistanda baş verənləri araşdırmağa Ermənistanın heç hüquqşunas resursu çatmaz. Pandemiya dönəmində gördük ki, onların normal sayda tibb işçiləri belə yoxdur”.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər