Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 28 may - Respublika Günü münasibətilə paylaşım edilib.
Paylaşımda deyilir: "Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".