Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanın "koronavirus zəncirini iki dəfə qırması və üç şərəf nümunəsi" - Pezidentlə xalqın arası ikiqat bərkidi... - Aydın Quliyev yazır...

Image


Hazırda dünyanın ümumi səviyyədə koronavirusla mübarizənin harasında olduğu bilinməsə də, tək-tək ölkələrin hansı iıkin nəticələrə yetişdiyi barədə fikirlər yürütmək mümkündür. Təbii ki, konkretliklərlə seçilən ölkələr sayca o qədər də çox deyil və bu sırada Azərbaycanı fərqləndirmək o qədər çətin olmaz. Maraqlıdır ki, bir sıra həm də sanballı ölkələr barədə konkret mülahizələr "filan tərifli ölkənin səhiyyəsi ağırlığa dözmədi, filan ölkə ad-sanına yaraşmayan şəkildə xəstələrini yerdə-yurdda yatırdı, filan ölkə qoca əhalisini müalcə etməkdən imtina etdi, filan ölkə həmin an xaricdə qalmış vətəndaşlarını ölkəyə gətirməkdən açıqca imtina etdi və s." şəklində olduğu halda, Azərbaycanı xarakterizə edən yekunlar məzmunca fərqlidir və başucalığı gətirə bilir.

Qürur duya bildiyimiz fərqli məzmunlara konkret yanaşmalarımız elə bu yazıda olacaq. Ancaq mütləq şəkildə ilk olaraq deyək ki, əgər koronavirusla mübarizə dövründə Azərbaycanın fəaliyyətlərini ən qısa formada ifadə etmək seçimi qarşısında qalsaydıq, tərəddüdsüz seçim belə olardı:"Azərbaycan öz dövlətçilik şərəfini də, dünyanın hər yerində olan vətəndaşlarını da, iqtisadi-siyasi sistemini də məharətlə qoruya bildi"...

Pandemiya ilə mübarizənin başladığı ilk günlərdə yazmışdım ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz ardıcıllığı, bir-birini tamamlaması, komlektarlığı, hədəfə düzgün yönəlməsi və ən az itkilərlə nisbətən böyük məqsədlərə aparmaq gücü ilə xarakterizə edilə bilər. Havadan götürülmüş mülahizə yox, həyata keçirilməyə başlanmış dövlət tədbirlərinin ardıcıl müşahidəsi əsasında gəldiyimiz real qənaət idi. Bu elə bir dövr idi ki, dünya ölkələrinin bir qismi yaxınlaşan təhlükənin miqyasını görməmək dərəcəsində öz işində idi, bəzi ölkələr mahiyyəti tam anlamadan adda-budda hövlnak addımlar atmaqda idi, az sayda ölkələrin isə, təhlükəni duyaraq nələrsə etməyə can atsa da, ortaya bitkin "sistem mübarizəsi" qoya bilmədiyini görmək mümkün idi.

  • Prezident hər kəsi "Hamı üçün hamı ilə birlikdə" prinsipi ətrafında toparlaya bildi...

Hər şey yaranmış və sürətlə böyüməkdə olan kütləvi məhvedici təhlükənin tam mənzərəsini həssaslıqla duymaqdan, insanların sağlamlığı üçün şəxsi məsuliyyət hissini dərin yaşamaqdan, ən sərt tədbirlərə getməyin qaçılmaz olacağına tam hazırlıq iradəsi nümayiş etdirməkdən başladı. Özünün bəzi dəyərlərini zaman-zaman gözümüzə soxan "humanist Qərbin" bəzi ölkələri yaşlıların müalicəsindən, xaricdəki vətəndaşlarının geri qaytarılmasından imtina etmək səviyyəsində liberal demokratiyadan üz döndərəndə Azərbaycan Prezidenti məhz bu iradəni ortaya qoyaraq, bütün resursları hər kəsin həyatını xilas edəcək qoruyucu mexanizmin yaradılmasına yönəltdi. Əsas strateji hədəf və ona aparan ən optimal yol və üsullar dəqiq müəyyən edildi. Əsas hədəf yaşından, cinsindən, əqidəsindən və yaşadığı bölgədən asılı olmayaraq hər bir vətəndaşın və hətta ölkədə olan əcnəbinin real ölüm təhlükəsindən xilas edilməsi kimi müəyyən edildi. Əslində tarixdə dövlətçilik səviyyəsində yoluxucu virus pandemiyaları ilə hər hansı sistemli mübarizə təcrübəsi olmayan Azərbaycanın bu qədər bitkin xilas modeli ortaya çıxara bilməsi şəxsən Prezidentin dərin fəhmi, tutduğu postdan dolayı xalqın gələcək taleyi üçün daşıdığı məsuliyyətin yetərincə dərki, prosesləri yönəltmək üçün polifonik ideoloji potensiala və təşkilatçılıq qabiliyyətlərinə malik olması sayəsində mümkün oldu. Həyata keçirilən tədbirlərin ən böyük təsir gücü onda idi ki, Prezident hər kəsi "Hamı üçün hamı ilə birlikdə" prinsipi ətrafında toparlaya bildi. Öyüd-nəsihətlə, inandırıb təşviq etmə ilə, yeri gələndə isə doğru olaraq  BARMAQ SİLKƏLƏMƏKLƏ... Onun "polis küçələrdə nə qədər ona-buna izahat verməlidir" kimi sadə el dilində dediyi sözlərdəki hökm-zabitə qarışıq xalqı epidemiyadan qorumaq yanğısının dərəcəsini tutmaq çətin deyildi. Bugünkü faktlar artıq sübut edir ki, Azərbaycan pandemiyanın yayılma zəncirini həqiqətən qırıb. Zatən ilk günlərdən dövlətin hədəfi elə bunun kimi də müəyyən edilmişdi. Çox çətin hədəfə doğru yolun özü də asan olmadı...

  • Azərbaycan - pandemiyanın "daxili lokallaşdırılmasına" nail olmağı hədəfləmiş və buna ilk nail olmuş ölkə...

Əslində Azərbaycan pandemiya zəncirini mütləq əksər dövlətlərdən fərqli və üstün olaraq iki dəfə qırmağı bacardı. Tərəddüdsüz demək lazımdır ki, Azərbaycan indiki nəticələrə məhz bunun sayəsində nail oldu. Zənciri iki dəfə qırmağı bacarmayan ölkələrin hələ də prosesi tam şəkildə nəzarətə ala bilmədiklərini biz də görürük. Azərbaycana giriş-çıxışın tam nəzarətə götürülməsi və dayandırılması, habelə xaricdə qalmış minlərlə vətəndaşımızın gətirilərək müvəqqəti təcrid edilməsi pandemiya zəncirini ilk qırdığımız nöqtə oldu. Xaricdən ölkəyə gəlişlərin əsas yoluxma mənbəyinə çevrilmək rusqi aradan qaldırıldı. Ardıcıl olaraq növbəti hədəf ölkənin içində insanların bir-birini yoluxdurması kimi risq mənbəyini neytrallaşdırmaq idi. Azərbaycan bu mənada bəlkə də dünyada pandemiyanın yayılmasının "daxili lokallaşdırılmasına" nail olmağı hədəfləmiş və buna ilk nail olmuş ölkədir. Beləliklə, Prezident pandemiyanın yayılmasının qarşısını "xaricdən təcrid, daxildə isə lokallaşdırma" kimi sadə və məntiqli düsturla ala bildi. Evində qalmağa məcbur edilən, yaxınlarından təcrid olunan, cərimələnən, hətta bəzən inzibati həbsə atıldığı üçün küsüb-inciyən vətəndaşlar bütün bunların xalqı qorumaq amalının zəruri elementləri olduğuna indiki nəticələrin fonunda qiymət verir. Bu gün Azərbaycanın hər yerindən sadə insanlar Prezidentə məktublar yazır, xüsusilə də koronavirusla mübarizə tədbirlərinə öz münasibətlərini ifadə edirlər. Bəziləri arxasında yüz minlərlə, milyonlarla insanın iradəsi dayanan məktublara, təəssüf ki, "təşkil olunur" kimi qərəzli və səthi yanaşma sərgiləyir, əslində xalqın iradəsinə hörmətsizlik edirlər. Məgər xalq görmür ki, Azərbaycanda virusa qarşı görülən tədbirlər başqa ölkələrdən miqyasına və nəticəsinə görə necə fərqlənir?! Məgər inkar etmək olar ki, Azərbaycan yoluxma sayı ilə müalicə olunanların sayı arasında müsbət nisbət dinamikasına nail olmüş ilk ölkələrdən biridir?! Həm də bu fantastik nəticəni İran kimi böyük yoluxma risqi daşıyan ölkənin bir addımlığında, Çin kimi əsas risq ocağı olan ölkə ilə sıx gediş-gəliş əlaqələrinin olduğu şəraitdə əldə edirik. Yalnız qərəzli düşünən adamlar tərsliklə inkar edə bilər ki, Azərbaycan pandemiyaya qarşı mübarizəni eyni arada iqtisadi fəallığı və əhalinin rifahını qorumaq mıqsədləri ilə paralel uğurla apara bilən tək ölkədir. Dünyanın hansı ölkəsində həm pandemiya ilə mübarizə gedir, həm də dövlət milyon yarımdan çox işçinin əmək haqqının əsas hissəsini ödəməyi öz üstünə götürür, 600 mindən çox aztəminatlı vətəndaşına ayda 190 manat ödəməyi bəyan edir, ünvanlı sosial yardım alan ailələrin sayını birdən-birə 80 minə çıxarır, 600 minə yaxın işçiyə orta aylıq 712 manat civarında pul ödəyir, heç bir sosial proqramın təxirə salınmayacağını xalqın qarşısında bəyan edir, şəhid ailələri və məcburi köçkünlərə tək bu il üst-üstə 8500-dən çox mənzil vermək hədəfinə doğru inamla gedir, ziyan çəkmiş sahibkarlara kompensasiya ödəyir, işçini ixtisar edən sahibkarı güzəştsiz şəkildə cəzalandırır, müəyyən kateqoriya təhsil haqqı ödəmiş tələbələrin pulunu geri qaytarır, "ağırlıq xalqın yox, onun yanında duran dövlətin çiyinlərinə düşəcək" kimi dərin humanist-sosial prinsipin əsasında fəaliyyət göstərir və sair...

  • Prezident xalqın təşəkkür məktublarını haqq etdi...

Xalq fərqinə varır ki, ortada cəmiyyətin dövlətlə birliyinin və həmrəyliyinin həqiqətən gücləndirilməsinə yönəlik səmimi və həm də dəmir bir iradə var. Bu səmimi iradəni xalqın aydın görə bildiyi qədər gerçək bir fakt ortada olduğu halda, xalqın təşəkkür dolu müraciətlərinə uyğunsuz donlar biçmək hamının Allaha tapındığı indiki anda kimlərinsə haqdan dönüş "nümunəsidir". Azərbaycanın koronavirusla mübarizəsinin özü də, ondan çıxış planları da düşünülmüş sistemdir.

Bu sistem əvvəlcə dövlət sərhədlərinin bağlanması, ardınca, tələbələr daxil, xaricdəki vətəndaşların dövlət hesabına ölkəyə daşınması, daha sonra daxilimizdə şəhərlərin, bölgələrin və insanların bir-birindən təcrid edilməsi, kütləvi toplantıların təxirə salınması, evlərdə qalmaq və sair kimi elementlərin əsasında tədricən quruldu.

Azərbaycanın koronavirusla mübarizəsinin fərqləndirici keyfiyyətlərindən biri dövlətin şərəfini,  yoluxmuş xəstənin və  karantinə alınmış vətəndaşın şərəfini, bütünlüklə cəmiyyətin şərəfini qoruya bilməkdir. Dövlətimiz Ermənistansayağı torbasını çiyninə ataraq dövlətçilik şərəfini diləndiyi qapılarda qoymadı. BVF-dən pul istəyən 155 ölkə arasında olmamağımız xırda fakt deyil. Virusa yoluxmuş xəstələrimizin super şəraitli xəstəxanalara alınması, xəstəsini az qala at tövləsinə soxan ölkələrdəm fərqli olaraq, "pasiyent şərəfi" deyilən vacib şərəf göstəricisinə dövlət qayğısı deyilmi?!. Əgər kimsə əmək haqqından məhrum olmadısa, əksinə, əmək haqları və müavinətlər bir az da artırıldısa, 15 mindən çox tənhaya dövlət sosial xidmət mexanizmi quruldusa, cəmiyyətin rifahına şərəfli münasibət başqa cür necə olur ki...

Mən Prezidentin sözlərinə şərikəm - Azərbaycan bəladan güclənərək çıxacaq...

Bu isə mənim öz sözümdür - Prezident xalqın təşəkkür məktublarını haqq etdi...

Aydın QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ