Cümə axşamı günü, 08 oktyabr 2026
     

İlahi eşqin sehri

Image


Yaşamaq həyatın xanasına ilmə vuraraq yeni naxışlar toxumaq kimi. Hər rəngi bir-birinə yaraşdırıb ipi-ipə calamaq kimi. Həyat xanasının həvəsi ilə tanış olub əzilərək cərgəmizə düzülmək kimi...

Uşaqlıq illərində qulağımızın eşitdiyi nağılların şirin xülyaları ilə röyalara dalıb həyatımızı da məhz o nağılların qəhrəmanı kimi şən və gözəl zənn edərdik. Ən böyük dərdimiz qələmimizi itirmək, oyuncağımızı sındıran qonşu uşaqlarla dalaşıb küsmək olurdu. Sonrasında qayğılı bir əlin sığalı ilə daha gözəl bir günə başlayırdıq. O zamanlar heç vaxt bitməyəcək düşüncəsi ilə bəzən üzülürdük. Hətta ürəyimizdə bircə tez böyüsəydim deyə Allaha dua edirdik. Anamızı niyə mən belə balacayam deyə məzəmmət də edərdik. O zaman dünyanı yalnız bizim zənn edərdik. Zaman keçdi, bir zamanların səbrsiz uşağı bu günün qayğılı böyüyünə, həm də ruhu cismindən ahıl olan birinə çevrildi. O nağıllar da xəyal oldu, oynadığımız oyunlar da. Uşaqlar heç düşünmür ki, böyüklərin nağılı da ağır olur. Onu daşımağa böyük ürək lazım olur. Biri yoxların bol olduğu böyük nağılları. Nə qədər qəribə səslənsə də, dövr edən dünyamızda, sürətlə keçən zamanın heç kimə və heç nəyə məhəl qoymadan getməsinə, eraların əsrləri əvəz etməsinə baxmayaraq, həyatda doğuluş və vida eyni olur. Fərq isə sadəcə dövrün və cəmiyyətin tələbləri, yazılmayan qanunların hökmranlığı olur. Hər dövrün öz qaydası, öz cəzası bəzən ədalətli, bəzən isə qatı hökmləri. Zamanəsinə boyun əyib tabe olan məzlumları, qanunlara asi olan, ağır cəzalara təlim edilsə də əqidəsini tərk etməyən qəhrəmanları. Ortalama insan ömrünü qorxu, həyəcanla yaşamaqdansa, həyatı yarıda kəsilib qəhrəmancasına əqidəsi uğrunda şəhadət edən insanlar. Haqq dünyasına qovuşsalar da dünyanın içində başqa bir dünya olan əbədiyaşar fatehlər. Fəth etdikləri könüllərin, sehirlədikləri ruh aləmlərinin görünməyən tilsiminin, sevgi odundan saçılan və ətrafı nura qərq edən qığılcımlarının sayəsində eldən-elə, dildən-dilə süzülərək filosofu, mütəfəkkiri olan seçilmişlər. Seçilmiş ifadəsi yad gəlməsin qulağınıza. Çünki yaradanın seçdiyi dahilərin sayı çox olmasa da, gücü-qüvvəsi sonsuz olur. O kəslərin dünyasına zaman, məkan məfhumları tamam yad olur.

Bu il 650 illik yubileyini qeyd etdiyimiz Seyid Əli İmadəddin Nəsimi kimi. Nəsimi də bu həyata məsum bir körpə olaraq gəlmişdi. XIV əsrin qayda-qanunlarına tabe olan bir ailədə böyüyürdü. Doğulub böyüdüyü Şamaxı üsyanlara, tufan və zəlzələlərə şahid olmuşdu. Şah zülmündən bezib, dövrün qaydalarını qıran Xaqanilərin, saray şeiriyyətinə tac olan Fələkilərin yurdunda onların nəfəsindən bəhrələnərək yetişirdi. Yaşı artdıqca el içində şan-şöhrəti də yaranırdı. İlahidən hədiyyəsi olan təbi ilə şah sarayına belə şöhrət çətiri tutmuşdu. Hər kəs onun istedadından danışir, o isə özü üçün tamam fərqli bir yol cizirdi xəyalında. Ruhu azad idi, elə ona görə də cismini qəfəsin əlvan boyalı barmaqlıqlarına həbs etmək istəmirdi, bu qəfəs dünyanın ən dəyərli daş-qaşları ilə bəzədilsə belə. O hürriyyət aşiqi idi. Ömrü boyu bir quş kimi azad qanad çalmaq və əngin səmaları, insan izinə həsrət məkanları fəth etmək istəyirdi. Bu istək onun yolunu Fəzilullah Nəimi ilə kəsişdirdi. Bu tanışlıq zaman içində ata-oğul münasibətinə çevrildi. İsa Muğannanın təbirincə desək, o, Nəiminin gözünün nuru oldu. İnsanların qorxulu röyası olan ölüm dərəsi belə ona həyat mənbəyi kimi göründü. Nəsimi təxəllüsünü belə ustadının adına uyğun olaraq qəbul edən ölümsüz filosofun həyatı enişli-yoxuşlu, dağlı-dərəli, bu dünyaya göz açdığı doğma Şamaxı kimi bol zəlzələli və tufanlı oldu. Həyatında tərki-vətənliyi belə dadan söz mülkünün sultanına çoxlu şər, böhtan atıldı. Kimisi sevgisindən, kimi də nifrətindən qəlb evinin qapılarını açdı onun üzünə. Klassik poeziyanın bütün naxışlarına yazdı adını. Bu adı pozmaq, o nümunələri məhv etmək istəyənlərin sayı onlarla oldu. Ancaq bu istəklər sadəcə bir xəyal olaraq zalım beyinləri bəzədi...

Əsrləri arxada qoyan hər dövrün alimi, şairi. Hər sözü, hər kəlməsi bir hikmətli fikir olan ölümsüz şairin ilahi eşqinin odu bütün nifrət yuvalarını xarabalığa çevirdi. Adına Nəsimi deyilən ustadın namı laməkan oldu. O bütün aləmləri kiçik olan cisminə sığdırdırdı. Zərrəsi olduğu bu cahana isə sığmadı. Şərqdən doğan söz mülkünün günəşi əsrlərin o tayından şəfəq saçdı dünyamıza. Yolu haqq, əqidəsi ruhun azadlığı, qovuşmaq istədiyi ali məqam isə ilahi eşq idi. Həyatı boyunca istəklərinə xilaf çıxmadı. Onun sevgisinin əzəmətini dərk etməyən nadanlar bu zirvənin aşırımlarından uçuruma yıxıldılar.

 

Sərrafi bəhri qüdrətəm, yaquti kani vəhdətəm

 

Söyləyən Nəsimi insanı bütün yaradılışların alisi qəbul etdi. O, varlığın və yoxluğun əzəli və əbədi məkanı kimi gördüyü insana tutdu üzünü. Düzlüyə, haqqa səslədi insanlığı. Haqdan dönən insan isə onu dinsiz, cahil kimi qələmə verdi. Həyatı boyu təqiblərə məruz qaldı. Fəqət heç bir hədəyə təslim olmadı. Həyatının son anlarında belə düşmənə göz dağı oldu sinəsi dağlı şair. Dövrün hakim təbəqələrinin qorxulu yuxusu olan şairin fikirləri doğrudan da zaman və məkan tanımadı. Bir zamanlar dinsiz deyə küfr edilən şairin qəzəlləri dünyanı fəth etməyə nail oldu. Adına poemalar, romanlar yazıldı. Şəninə dahilər söz söylədi. Sovet məngənəsində sıxılanda belə həyatı ekran ömrü qazandı. Onun səhnə şöhrətinin işığı ilə parıldayan aktyorlar dünya miqyasında tanındılar. Qəzəlləri, tuyuqları dünya dillərinə tərcümə edildi. Bu gün musiqi ilə belə bir vəhdətdə həyat tapan qəzəlləri dünya poeziya və musiqi xəzinəsinə qızıl boyalarla nəqş etdi adını. Bu gün Nəsimi irsi onlarla tədqiqata məskəndir. Gələcək nəsillərin belə maraqlı istinad nöqtəsi olacaq Nəsimi irsi dünya durduqca yaşayacaq. Bu dünyanın vəfasına inanmayan şairin böyüklüyü qarşısında qoca dünya belə aciz qalacaq.

 

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

 

Aldanma anın alına, andan həzər eylə

 

Bir halə qərar eyləməz əyyal, keçər ömür,

 

Ey əhli nəzər, baxma bu halə, nəzər eylə!

 

Rəfiqə RAFİQQIZI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ