Cümə günü, 09 oktyabr 2026
     

Xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzləri...

Image


Lalə Hüseynova: “Xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin açılması çox müsbət haldır”

 

Mədəniyyət xalqlar, dövlətlər arasında ən etibarlı körpüdür. Deyərdik ki, dünyada ən incə siyasət mədəniyyətin dili ilə ifadə olunur. Azərbaycan xalqı, dövləti sülhsevər olduğu üçün başqa xalqlarla, dövlətlərlə hörmət və sayğı dili ilə danışır. Zəngin Azərbaycan mədəniyyəti bu hörməti, sayğını daha geniş səviyyədə ifadə edir.

Mədəni əlaqələrin qurulmasında, inkişaf etdirilməsində mədəniyyət və incəsənət mərkəzlərinin, qurumlarının xüsusi yeri var. Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqlar və dövlətlər arasında mədəni əlaqələrin yaradılmasına, inkişaf etdirilməsinə xüsusi önəm verməyə başladı. Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyət və incəsənət mərkəzləri qurulmağa başladı. Hər bir mədəniyyət mərkəzi Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, həm də mədəni əlaqələrin formalaşmasına rəvac verdi. İndiyə qədər dünyanın bir sıra ölkələrində açılan və Azərbaycanın dövlət siyasətini, mədəniyyətini, xalqlar və mədəniyyətlər dostluğunu təbliğ edən mədəniyyət mərkəzlərinin gördüyü işlər təqdirəlayiqdir. Xarici ölkələrdə bu gün də Azərbaycan mədəniyyət mərkəzləri yaradılır, açılır.

Məlumatlara görə, Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına "Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Özbəkistan Mədəniyyət və Sənət İnstitutunun rektoru İbrahim Yuldaşev arasında görüş keçirilib. Görüşdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Mədəniyyət və Sənət İnstitutu arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Memorandumun imzalanması, gələcəkdə Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov Azərbaycanda dövlətin qayğısı nəticəsində ali məktəblərin, hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsinin böyük intibah dövrünü yaşadığını qeyd edib, həyata keçirilən işlər barədə məlumat verib. O, rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında danışaraq, son zamanlar Azərbaycanla Özbəkistan arasında mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, iki ölkənin müəssisələri arasında əməkdaşlığa dair memorandumların imzalandığını vurğulayıb. Ötən müddət ərzində ilk dəfə olaraq tərəflər arasında tələbə mübadiləsinin həyata keçirildiyini, Azərbaycana dair özbək dilində çoxsaylı nəşrlərin Özbəkistanda çap olunduğunu qeyd edib.

O, 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsi, habelə bu il Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illik, şair və dramaturqu Hüseyn Cavidin 135 illik yubileylərinin qeyd olunmasına dair Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncamların imzalandığını vurğulayaraq, Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradılmasını təklif edib. O, sözügedən mərkəzə Azərbaycan tərəfindən müvafiq nəşrlərin, milli suvenirlərin, bədii və sənədli filmlərin, milli musiqimizə dair disklərin, foto və rəsmlərin hədiyyə olunacağını qeyd edib.

Bundan başqa, İnstitutun nəzdindəki ali attestasiya komitəsində rəsmi qeydiyyatdan keçmiş elmi jurnalda mədəniyyət, kitabxana-informasiya sahəsi üzrə azərbaycanlı mütəxəssislərin elmi məqalələrinin Azərbaycan və rus dillərində dərc olunması məsələsi tərəflər arasında razılaşdırılıb.

Görüşdə Özbəkistan Mədəniyyət və Sənət İnstitutunda fəaliyyət göstərən teatr, kino, televiziya və radio sənəti, rejissorluq, folklor, çalğı alətləri, etnoqrafiya, kitabxanaşünaslıq-informasiya, aşıq sənəti və rəqs üzrə fakültələr üçün azərbaycanlı alimlər, mütəxəssislər tərəfindən master-klassların təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib, konkret təkliflər irəli sürülüb.

S.Abbasov Azərbaycan və özbək xalqlarının milli mədəni irsi olan muğam və aşıq sənətinə dair birgə layihələrin həyata keçirilməsi, cari ilin mart ayında institutda bir günün Azərbaycan mədəniyyətinə həsr edilməsi və bu məqsədlə “Azərbaycan Mədəniyyət günü”nün keçirilməsi təklifi ilə çıxış edib və təklif razılaşdırılıb.

Qeyd edək ki, bir neçə il əvvəl Vyanada, Parisdə, Moskvada, Kiyevdə və s. şəhərlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

Mədəniyyətşünas Lalə Hüseynova bizimlə söhbətində xaricdə yaradılan Azərbaycan mədəniyyət mərkəzlərinin əhəmiyyətini qeyd edərək bildirdi ki, bu mədəniyyət mərkəzlərinin əsas işlərindən biri ölkəmizin mədəniyyət siyasətini təbliğ etmək, respublikamızda mövcud olan multikultural vəziyyəti dünyaya çatdırmaqdır: “Azərbaycan mədəniyyət mərkəzlərinin xarici ölkələrdə açılması olduqca müsbət bir haldır. Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin həyata keçirdiyi uğurlu işlər çoxdur. İndiyə qədər mərkəzdə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişafı üçün xeyli iş görülüb. İndə də ikinci mərkəzin açılması barədə razılığa gəlinib. Qeyd edim ki, bu gün dünyanın bir sıra ölkələrində Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan evləri fəaliyyət göstərirlər. Bütün dünyaya məlumdur ki, Azərbaycan dövləti multikulturalizmin, tolerantlığın əsas beşiklərindən və ünvanlarından biridir. Bizim ölkədə multikulturalizmin gerçək siması formalaşıb. Qarşılıqlı mədəni əlaqələr xalqları bir-birinə daha da yaxınlaşdırır, mədəniyyətləri qovuşdurur, birləşdirir, dostlaşdırır.

Qeyd edim ki, dünyanın əksər ölkələrində mədəniyyət mərkəzlərinin açılmasında ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın böyük əməyi və rolu olub. Bu mərkəzlərin də əksəriyyətinin açılışında Prezident İlham  Əliyev və Mehriban xanım Əliyeva iştirak ediblər. Xarici ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin açılması çox müsbət haldır. Bunu hər kəs təqdir etməlidir”.

L.Hüseynova qeyd etdi ki, xarici ölkələrdə ayrıca Azərbaycan xalçası mərkəzlərinin, xalça evlərinin yaradılması da əhəmiyyətlidir. O hesab edir ki, xaricdə ayrıca milli geyim evlərinin, kəlağayı mərkəzlərinin, Azərbaycan musiqi alətləri evinin də açılması müsbət olardı: “Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan xalçaları mərkəzlərindəki ekspozisiyalar ən qiymətli incilər sırasındadır. Bu mərkəzlərdə milli xalçaçılığın bütün istiqamətlərinin nümunələri təqdim edilir. Hətta bu evlərdə yaşı 100 illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapır. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.

Bu da müsbət haldır. Xarici ölkələrdə muğamlarımız, aşıq sənəti, bəstəkarlarımızın irsi təbliğ edilir. Bu sahədə çoxlu işlər görülür. Yaxşı olardı ki, milli musiqi alətləri, kəlağayı, milli geyim evləri də açılsın. Bunları mədəniyyət mərkəzlərinin içində də etmək olar. Azərbaycan mədəniyyət mərkəzlərində kitabxana da fəaliyyət göstərir. Bu kitabxanalarda Azərbaycanla bağlı dəyərli kitablar yer alır. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə, incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir”.

Ekspert vurğulayır ki, hər bir mədəniyyət mərkəzi Azərbaycan xalqının, dövlətinin simasıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ