Azərbaycanın mobil operatorlarına abonent nömrələrinin satışı üçün elektron xidmətin təşkili təklif olunub. Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Mənbə bildirib ki, operatorlara "Elektron hökumət" portalının köməyi ilə göstərilən əməliyyatın həyata keçirilməsi imkanını yoxlamaq təklif edilib.