Neftin qiymətlərinin düşməsi və dünyada cərəyan edən proseslər Azərbaycanda iri maliyyə vəsaitləri tələb edən nəqliyyat layihələrinin reallaşdırılmasını yubadır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Nazir onların sırasında sürət dəmiryol xəttinin inkişafı layihəsini də qeyd edib.